Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

  
 


Mövzu 7 
 
MM ÜZRƏ İSTİFADƏ EDİLƏN DOZİMETRİK CİHAZLAR. 
 
İ
onlaşdırıcı şüalanmaların aşkar edilməsi və ölçülməsi üsulları 
 
Mülki  müdafiə  (MM)  sistemində  dozimetriyanın  əsas  vəzifəsi  –  müxtəlif 
radiasiya şəraitində əhalinin, mülki müdafiə qoşunları və hərbiləşməmiş dəstələrin 
fəaliyyətini  təmin  etmək  məqsədilə  ionlaşdırıcı  şüalanmaları  aşkar  etmək  və  bu 
ş
üalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir. 
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir: 
•  əhalinin  həyat  fəaliyyətinin  və  zədələnmə  ocaqlarında  xilasetmə  digər 
təxirəsalınmaz  işlərin  təhlükəsizliyini  təmin  etmək  üçün  şüalanmaların  aşkar 
edilməsi və ölçülməsi; 
•  dezaktivasiya  və  sanitariya  təmizlənməsi  keçirilməsi  zərurətini,  bunların 
keyfiyyətini  müəyyən  etmək,  habelə  zəhərlənmiş  ərzaq  məhsullarından  istifadə 
etməyin  mümkünlüyünü,  normalarını  təyin  etmək  üçün  müxtəlif  obyektlərin 
zəhərlənmə dərəcələrinin ölçülməsi; 
•  radiasiya  baxımından  əhalinin və  ayrı-ayrı  adamların iş qabiliyyətini  təyin 
etmək məqsədilə şüalanma dozalarının ölçülməsi; 
•  ərzaq  məhsullarının,  suyun,  alafın  radioaktiv  maddələrlə  zəhərlənmə 
dərəcələrinin laboratoriyalarda ölçülməsi; 
Dozimetrik  cihazlar  –  onların  təyinatına,  vericisinin  tipinə,  ölçülən 
ş
üalanmanın  növünə  və  cihazın  sxeminin  çevirdiyi  elektrik  siqnallarının 
xarakterinə görə təsnif etmək olar. 
Təyinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır: 
İ
ndikatorlar  –  radiasiya  kəşfiyyatı  üçün  ən  sadə  cihazlardır;  bu  cihazlar 
vasitəsilə şüalanmaları aşkar etmək, β və γ – şüalanma dozalarının gücünü təxmini 
qiymətləndirmək  mümkündür.  Cihazlar  işıq  və  səs  siqnalı  verən  sadə  elektrik 
sxeminə  malikdir.  İdikatorlar  vasitəsilə  doza  gücünün  artdığını  və  ya  azaldığını 
təyin  etmək  olur.  Belə  cihazlarda  verici  olaraq  qazboşalma  sayğacı  tətbiq  edilir. 
Cihazların qrupuna DP-64, rəqəmsal CİT 200 və CİT 250; diaqram tipli rəqəmsal 
CİT 350, çox kanallı rəqəmsal CIT 650 indikatorlar aiddir. 
 
 
 
 


 
Rəqəmsal CİT 200 
 
 
Diaqra tipli rəqəmsal CİT 350 
 
 
Rəqəmsal CIT 250 
 
 
 
Çox kanallı rəqəmsal CIT 650 
 
Rentgenmetrlər  –  rentgen  şüalarının  və  ya  γ-şüalanma  dozalarının  gücünü 
ölçmək üçündür. 
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz 
rentgen-saata (R/saat) qədərdir. 
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları 
tətbiq edilir. 
Rentgenmetrlər DP-3, DP-3B, DP-5, A, B, V, İMD – 2H,  İMD-1, İMD-21 və 
s. belə cihazlardır. 
 
DP-5B 
 
 
İ
MD – 2H


Radiometrlər  –  müxtəlif  səthlərin,  avadanlıqların,  texnikanın,  paltarların, 
havanın  əsasən  α  və  β  hissəciklərlə  radioaktiv  zəhərlənməsini  aşkar  etmək  bu 
zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli γ 
ş
üalanmanı da ölçmək mümkündür. 
Radiometrlərdə verici olaraq qazboşalma və ssintilyasiya sayğacları işlədilir. 
Bu cihazlar daha çox yayılmış və tətbiq olunurlar. 
Universal  bazalı  QBR-3  cihazı,  SRP-68-01,  Luç-A  betta-qamma  radiometri, 
“Tiss radiometri”, DP-100 M, DP-100 ADM radiometrik qurğuları, solor light, X-
Cite və s. belə cihazlardır. 
 
 
Solar light 
 
X-Cite
Dozimetrlər – zəhərlənmiş ərazidə fəaliyyət göstərən bütün müddət ərzində 
şə
xsi heyətin aldığı cəmi şüalanma dozalarını (əsasən γ şüalanma dozalarını) təyin 
etmək mümkündür. 
Fərdi  dozimetrlər  kiçikölçülü  ionlaşma  kamerasından  və  plyonkalı 
fotokasetdən ibarətdir. 
Kameralar  komplektindən  (dəstindən)  və  doldurma  –  ölçmə  tərtibatından 
ibarət cihaz dəstinə - fərdi nəzarət komplekti deyilir. 
DK-02,  DP-22V,  DP-24V,  İD-1,  İD-11,  horiba  U  52,  PT  878,  RAD-60 
(Personal  Alarm  Dosimeter),  noise  Dosimeter  -  Quest  300  və  s.  cihazlar  fərdi 
dozimetrlər komplektləridir.  
Vericilərin tipinə görə cihazları: ionlaşma kameraları, silindir formalı və kəllə 
qazboşalma  sayğacları,  ssintilyasiya  sayğacları  və  fotomüqavimətli  sayğaclar 
tətbiq olunan cihazlar növünə ayırmaq olar. 
Ölçülən  şüalanmanın  növünə  görə,  cihazları  –  γ  şüalanmanı  ölçən,  β  və  α 
hissəcikləri ölçən cihazlara ayırmaq mümkündür. 
Cihazın  sxemində  çevrilən  siqnalların  xarakterinə  görə  dozimetrik  qurğular 
iki qrupa ayrıla bilər. 


 
Horiba U 52 
 
 
 
 
RAD-60 (Personal Alarm Dosimeter) 
 
 
 
PT 878 
 
 
 
 
 
Noise Dosimeter - Quest 300
 
Birinci  qrupa  elə  cihazlar  aid  edilir  ki,  burada  nəzarət  edilən  şüalanmaların 
hissəcikləri  və  ya  fotonları  detektor  vasitəsilə  qısa,  ardıcıl  elektrik  siqnallarına 
(impulslara)  çevrilir.  Bu  qrup  cihazların  elektrik  sxemi  çevirici  və  impuls 
gücləndiricisi rolunu oynayır. 
İ
kinci  qrupa  aid  olan  dozimetrik  cihazlarda  isə  cihazın  detektoru  ona  təsir 
göstərən  şüalanmaları  fasiləsiz  sabit  cərəyana  çevirir.    Belə  halda  cihazın  sxemi 
sabit cərəyan gücləndiricisi və çevirici rolunu oynayır. 
Müasir dozimetrik cihazların çox hissəsi ionlaşma və fotodiod  (ssintilyatorlu) 
metodu əsasında işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir:  
•  vericilərin əsas tərkib hissəsi olmaqla, detektorlar (ionlaşma kameraları və 
fotodiod qəbuledicilər), qazboşalma sayğacları və ya ssintilyatorlar;  
•  impulsların çevirici elektrik sxemi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə