Microsoft Word 1-ci m vzu- fh t snifati


DP-5A radiometr- rentgenmetrin işlədilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

 
111
 
 
DP-5A radiometr- rentgenmetrin işlədilməsi: 
γ
-şüalanma 
dozalarının gücünü təyin etmək üçün cihazı işə hazırlamaq, onun iş qabiliyyətini 
yoxlamaq və γ-şüalanmanın səviyyələrini ölçmək lazımdır. 
 
Cihazın işə hazırlanması:  
1)
  Cihaza mexaniki zədələnmələrin olub-olmamasına diqqət etməli; 
2)
  İki dəfədən artıq istifadə edilibsə batareyalar təzələnməli; 
3)
  Ölçü cihazın əqrəbini şkalanın sıfır bölgüsü üzərinə gətirməli; 
4)
  Çevirgəci “Rej” vəziyyətinə keçirib cihazı qoşmalı; 
5)
  “Rejim” dəstəyini fırlatmaqla cihazın əqrəbini qara üçbucağın üzərinə 
gətirməli.  
 
Cihazın  iş  qabiliyyətinin  yoxlanması:  Cihazın  iş  qabiliyyətini  onun 
futlyarının  qapağında  yerləşən  nəzarət  radioaktiv  mənbə  vasitəsilə  yoxlayırlar. 
Cihazın  iş  qabiliyyətini  bu  mənbə  vasitəsilə  I  yarımdiapozondan  başqa  bütün 
yarımdiapozonda yoxlamaq mümkündür. 
İş
 qabiliyyətini aşağıdakı qayda üzrə yoxlayırlar: 
1)
  Zondu radioaktiv mənbənin üzərində yerləşdirirlər; 
2)
  Telefonları qoşurlar 
Cihaz sazdırsa şüalanmanın intensivliyi artdıqca çıqqıltı səsələri sürətlənəcək. 
Bundan başqa cihazın əqrəbinin vəziyyəti də dəyişəcəkdir.  
 
Cihazdan düzgün istifadə etməyin əsas qaydaları aşağıdakı kimidir: 
1)
  Cihazı təmiz saxlamalı; 
2)
  Cihazı zərbə və təkanlardan qorumalı; 
3)
  Cihazı güclü yağış, günəş və şaxtadan mühafizə etməli;  
4)
  Zondun kabelini həddən artıq əyməməli; 


 
112
5)
  Yağış altında işlədikdən sonra cihazın pultunu və zondunu yağlı əski ilə 
silməli; 
6)
  Cihazı 2 ildən bir dərəcələndirməli; 
7)
  Yüksək  radiasiya  səviyyələri  olan  sahələrdə  işlədikdən  sonra  cihazı 
dezaktivasiya etməli.  
 
DP-22V dozimetrlər komplekti 
DP-22V dozimetrlər komplekti şüalanma dozalarını ölçmək üçündür. 
γ
-şüalanma  dozalarının  gücü  0,5-dən  200  R/s-dək  dəyişərkən  dozimetrlərin 
ölçmə  diapozonu  2-dən  50  rentgenədəkdir.  Ölçmələrin  öz-özünə  boşalması  bir 
sutka ərzində 4 R-dən artıq olmur. 
Dozimetrlər -40ᵒS-dən +50ᵒS hədlərində və havanın nisbi rütubəti 98 faiz olan 
hallarda işləyə bilir; bir komplekt qidalandırma mənbəyilə fasiləsiz iş müddəti 30 
saat, dozimetrin kütləsi 50 q,komplektin kütləsi 5,6 kq-dır. Doldurucu pultunun işə 
hazırlamaq müddəti 1-2 dəqiqədir. 
DP-22V  dozimetrlər  komplekti  50  ədəd  birbaşa  göstərən  DKP-50A 
dozimetrindən,  3D-5  doldurucu  pultdan,  futlyardan  (qutu)  və  texniki  sənədlərdən 
ibarətdir (şəkil). 
 
 
İ
D-1 dozaölçən cihaz komplekti 
Fərdi  dozimetrlər  komplekti  udulan  γ-neytron  şüalanma  dozalarını  ölçmək 
üçündür;  cihaz  -  50ᵒS-dən  +50ᵒS  temperatur  hədlərində,  habelə  havanın  nisbi 
rütubəti 98%-dək dəyişərkən işləyə bilər.  
Doldurucu  pult  dozimetrin  kondensatorunu  doldurmaq  üçündür.  Dozimetr 
dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 500 radadək diapozonda γ-
neytron şüalanmasının udulan dozalarının ölçülməsini təmin edir. Ölçülən dozalar 
dozimetrin  içərisində  yerləşən  və  radlarla  dərəcələndirilmiş  şkalada  hesablanır. 
Dozimetrlərin göstəricisinin sabitliyi 6 ay ərzində istismar zamanı ölçmələrin əsas 
ölçmə xətaları hədlərində aparılmasını təmin edir.  


 
113
Dozimetrlər 3D-6 doldurucu pult vasitəsilə və ya çıxış gərginliyinin 180-250 
V  hədlərində  rəvan  dəyişdirilməsinə  imkan  verən  hər  hansı  (3D-5-dən  başqa) 
doldurucu pult vasitəsilə doldurulur. 
Komplekt  titrəməyə,  zərbəyə,  təkana  qarşı  davamlıdır  və  istənilən  növ 
nəqliyyat vasitələrində aparıla bilər. 
Komplektin saz işləmə müddəti ən azı 5000 saat, xidmət müddəti ən azı 15 il, 
texniki ehtiyatı ən azı 10000 saatdır. 
Futlyarla  birlikdə  komplektin  ölçüləri,  dozimetrin  və  doldurucu  pultun 
ölçüləri aşağıdakı kəmiyyətlərdən artıq deyil: 
komplekt futlyarda olarkən – 1500 q; 
doldurucu tutqacla birlikdə - 19 x 128,5 mm; 
doldurucu pult – 105 x 37 x 122 mm. 
Futlyarla  birlikdə  komplektin,  dozimetrin  və  doldurucu  pultun  kütləsi 
aşağıdakı kəmiyyətlərdən artıq deyil: 
komplekt futlyarda olarkən – 1500 qr; 
dozimetr – 40 qr; 
doldurucu pult – 500 qr. 
 


 
114
Mövzu 8 
 
FH-DA KÖÇÜRMƏ TƏDBİRLƏRİ. 
 
Köçürülmənin təşkili, növləri. Köçürmə orqanları. 
 
Köçürmə (təxliyə, evakuasiya) - adamların həyatı və fəaliyyəti üçün təhlükə 
yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) 
təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. 
Evakuasiya  –  latın  sözü  evacuatio  sözündən  götürülmüşdür,  evacuare  — 
boşaltmaq, çıxartmaq deməkdir. 
Köçürmə  tədbirlərinin  yerinə  yetirilməsi  fövqəladə  hallarda  əhalinin  mü-
hafizəsinin ən səmərəli üsullarından biridir. 
Köçürmə  tədbirləri  həm  sülh  dövründəki  fövqəladə  hallarda  (təbii 
fəlakətlər,  qəzalar  və  katastrofalar  zamanı),  həm  də  müharibə  dövrünün 
fövqəladə  hallarında  (müasir  kütləvi  qırğın  vasitələri  işlədilərkən)  əhalinin 
təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. 
Təhlükəsiz  zona  —  düşmən  basqını  gözlənilən  dərəcəli  şəhərlərin  və 
əlahiddə  obyektlərin  ətrafında  ehtimal  olunan  dağıntı  zonalarından  və  digər 
təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması 
üçün yararlı olan ərazidir.  
Köçürmə  tədbirləri  əhalini  təhlükəli  sahələrdən  (zədələmə  ocaqlarından) 
təhlükəsiz  rayonlara  vaxtında  çıxarmağa  və  bununla  da  fövqəladə  halların 
təsirindən törəyən tələfatı maksimal dərəcədə azalmağa imkan verir. 
 
Daşkənddə  zəlzələ,  Sabirabad,  Salyanda  daşqınlar,  İsmayıllı  və  Bayılda 
sürüşmə  və  digər  fövqəladə  hallarla  əlaqədar  olaraq  köçürmə  tədbirləri  həyata 
keçirilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə