Microsoft Word 1-ci m vzu- fh t snifati



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/76
tarix14.01.2018
ölçüsü5,01 Kb.
#20629
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

orta  dərəcəli  zədələnməyə,  0,6-1kqq/sm
2
  (60-100  kPa)  nəticəsində  ağır  dərəcəli 
zədələnməyə,  1  kqq/sm
2
  (100  kPa)  artıq  olan  izafi  təzyiq  nəticəsində  çox  ağır 
dərəcəli  zədələnmələrə  məruz  qalırlar.  Belə  zədələnmələr,  adətən,  ölümlə 
nəticələnir.  Nüvə  silahından  qorunmaq  üçün  düzəldilmiş  sığınacaq  və 
daldalanacaqlar  adamları  zərbə  dalğasının  təsirindən  qoruyur.  Bu  məqsədlə 
xəndəkdən,  yeraltı  binalardan,  habelə  yerin  relyefindən  də  (çala,  dərə,  meşə) 
müəyyən dərəcədə istifadə etmək mümkündür. 
Zərbə dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları və başqa 
yerüstü tikililəri dağıdır və zədələyir. 
 
İşıq şüalanması nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı 
gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti 
nüvə  yükünün  gücündən  asılı  olaraq  10-20  saniyə  olur.  İşıq  şüalanmasının 
zədələyici  təsiri  işıq  impulsundan,  yəni  işıq  şüalarına  nisbətən  şaquli  yerləşmiş 
səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin 
miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kal/m
2
 qəbul edilmişdir. 
Müxtəlif  sahələrdə  yaranmış  işıq  impulsunun  kəmiyyəti  nüvə  partlayışının 
gücündən,  növündən,  məsafədən  və  hava  şəraitindən  asılı  olur.  Təsirin  qısa 
müddətinə  baxmayaraq,  işıq  şüalanması  xeyli  məsafələrdə  bədənin  yanıqlarına, 
gözlərin  müvəqqəti  və  ya  daimi  korluğuna,  müxtəlif  materialların  alovlanmasına, 
kömürləşməsi  və  əriməsinə,  yaşayış  məntəqələrində,  meşələrdə,  mədənlərdə 
yanğına səbəb ola bilər. Məsələn havada gücü 1mln. tonluq nüvə partlayışı zamanı 
19  km  məsafədə  4kal/sm
2
,  15  km  məsafədə  10  kal/sm
2
,  10  km  məsafədə  16 
kal/sm
2
  işıq  impulsu  mövcud  olur  ki,  nəticədə  müvafiq  surətdə  bədənin  açıq 
hissələrində  yüngül,  orta  və  ağır  yanıqlar  baş  verə  bilər.  İşıq  şüalanması  qeyri-
şəffaf  materiallardan (divar, taxta, bina və s.)  keçə bilmir. İşıq şüalanması yaşayış 
məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilir. 
İşıq  şüalanmasının  təsiri  meteoroloji  şəraitdən  çox  asılı  olur.  Qatı  duman, 
yağış  və  qar  onun  təsirinin  10-20  dəfə  azaldır.  Sığınacaq  və  daldalanacaqlar  işıq 
şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. 
 
 
 


 
 
Zərbə dalğası və işıq şüalanması 
 
 
Nüfuzedici  radiasiya  nüvə  partlayışında  partlayış  yerindən  ətrafa  yayılan, 
gözə görünməyən qamma şüaları və neytronlar selindən ibarətdir. 
Nüfuzedici  radiasiya,  onun  tərkibindəki  qamma  şüalanma  da  nəzərə 
alınmaqla nüvə partlayışı vaxtı cəmi 10-25 saniyə təsir edir. Lakin bu qısa müddət 
ərzində mühafizə edilməmiş adamlar və heyvanlar şüa xəstəliyinə tutula bilərlər. 
Nüfuzedici  radiasiyanın  təsiri  ondan  ibarətdir  ki,  qamma  şüalar  və 
neytronlar  canlı  toxumaların  molekullarını  ionlaşdırır.  Bu  isə  heyvan  və  insan 
orqanizmində  maddələr  mübadiləsinin  pozulmasına,  hüceyrələrin  və  müxtəlif 
üzvlərin  həyat  fəaliyyətinin  dəyişməsinə,  yoluxucu  xəstəliklərə  qarşı  orqanizmin 
mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu  hiss etmir. 
Zədələnmə  əlamətləri  müəyyən  müddətdən  sonra  aşkara  çıxır,  xəstəliyin  gedişi 
orqanizmin  aldığı  şüanın  dozasından  asılı  olur.  Nüfuzedeici  radiasiyanın  təsiri 
udulan  doza  ilə  qiymətləndirilir  və  Qrey  (Qr),  Rentgen(R),  rad  ölçü  vahidləri  ilə 
ölçülür.  1  Rentgen  qamma  şüalanmanın  elə  dozasıdır  ki,  bunun  nəticəsində  0 
dərəcə tempraturda və 760 mm civə sütunu təzyiq şəraitində quru havanın 1sm
3
 
təxminən  2  milyard  cüt  ion  əmələ  gəlir.  Müxtəlif  sıx  və  qalın  materiallardan 
keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın 2,7 sm, betonun 
10 sm, torpağın 14 sm, suyun 23 sm, ağacın 30 sm qalınlığı nüfuzedici radiasiyanı 2 


dəfə  zəiflədir  (bunlara  yarımzəiflətmə  qatı  deyilr).  Nüfuzedici  radiasiyadan 
mühafizə,  məhz  materialların  bu  xüsusiyyətinə  əsaslanır.  Belə  ki,  radiasiya 
dozasını  üstüörtülü  xəndək  40  dəfə,  mühafizə  üçün  uyğunlaşdırılmış  zirzəmi  400 
dəfə zəiflədir. 
Neytron  seli  tərkibində  hidrogen  olan  maddələrdə  (sada,  parafində, 
betonda) daha çox zəifləyir. 
 
Radioaktiv  zəhərlənmə  (çirklənmə).  Yerüstü  nüvə  partlayışı  baş  verəndən 
sonrakı  ilk  anlarda  radioaktiv  zərrəciklər  odlu  kürənin  tərkibində  olur.  Odlu  kürə 
tüstüyə  və  buxara  bürünərək  hündürə  qalxır  və  bir  neçə  saniyədən  sonra  topa 
buludlara  çevrilir.  Hündürə  qalxan  hava  axınları  yerdən  toz-torpağı  göyə  qaldırıb 
onları  radioaktiv  buludla  birlikdə  aparır.  İri  radioaktiv  toz  hissələri  bilavasitə 
partlayış rayonunda yerə çökür. Qalan hissələr isə buludun tərkibində qalıb hava 
axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə km uzağa aparılır. 
Radioaktiv  zəhərlənmənin  dərəcəsi  partlayışın  növündən  və  gücündən, 
partlayışdan sonra keçən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, 
meteoroloji  şəraitdən  və  yerin  relyefindən  asılı  olur.  Radioaktiv  zəhərlənməyə 
məruz  qalmış  ərazi  formaca  ellipsə  bənzəyir.  Zəhərlənmənin  gücünə  görə 
radioaktiv zəhərlənmə zolağını, adətən, 4 zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, 
güclü və mülayim (zəif) zəhərlənmə (çirklənmə) zonaları. Əgər zəhərlənmə izini en 
kəsiyi üzrə götürsək, radiasiyanın səviyyəsi izin kənar hüdudundan mərkəzə tərəf 
artmağa başlayır və izin mərkəzində max. kəmiyyətə çatır. 
Nüvə partlayışının bu zədələyici amilini digər amillərdən fərqləndirən cəhət 
zəhərlənmənin  geniş  sahələri  əhatə  etməsi,  uzun  müddət  təsir  göstərməsi,  çətin 
aşkar  olunması,  qeyri-sabit  xarakterli  radioaktiv  maddələrin  fasiləsiz  olaraq 
parçalanması  ilə  bağlı  zəhərlənmiş  ərazinin  ölçülərinin  müəyyən  müddət  ərzində 
azalmasıdır. 
Müəyyən  müddətdən  sonra  radiasiyanın  səviyyəsi  tədicən  azalır

başqa 
sözlə radioaktiv maddələr öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilir. 
Radioaktiv  maddələrin  heç  bir  xarici  əlaməti  (rəngi,  iyi,  və  s.)  yoxdur. 
Zəhərlənmənin  ancaq  xüsusi  doza  ölçən  (dozimetrik)  cihazlar  vasitəsilə  aşkar 
etmək mümkündür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə