Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
86
 
ŞAMAXI QƏZASINDA TÜRK-MÜSƏLMAN SOYQIRIMI 
 
Vaqif Abışov 
Tarix elmləri üzrə fəlsəfə doktoru 
 
Rusiya imperiyasında baş verən 1917-ci il fevral inqilabının nə-
ticəsi olaraq dünyada yeni bir tarixi mərhələ başlamışdır. Rusiya im-
periyasının istər mərkəzi  şəhərlərində, istərsə  də uçqarlarında siyasi 
fəallıq hiss olunmaqda idi. Müharibənin gətirdiyi aclıq və  səfalətlər, 
eləcə  də çarizmin uzun illər böyu yürütdüyü ayrı-seçkilik siyasətin-
dən cana doymuş millətlər azad olmaq arzusu ilə mübarizəyə başla-
mışdılar. 
1917-ci ildə Rusiya imperiyasında siyasi hakimiyyətin bir neçə 
dəfə  dəyişməsi Azərbaycanda da təlatümlərə  gətirib çıxartmışdır. Bu 
təlatümlər içərisində ən çox əziyyət çəkən Azərbaycan xalqı olmuşdur.  
1917-1918-ci illərdə azərbaycanlıların soyqırıma məruz qalma-
larının, onlara məxsus əmlakların qarət olunması və evlərinin yandırıl-
masının  əsas səbəblərindən biri Azərbaycanda qurulan bolşevik reji-
minin azərbayanlılara yad olması, onların yeritdiyi siyasətin kənardan 
gətirilməsi və zorakılığa söykənməsi idi.  
Bolşevik rejimi dövründə (1918-ci ilin mart-iyul ayları) yerlərdə 
Sovet hakimiyyəti qurmaq adı altında yeridilən antiazərbaycan siyasət 
nəticəsində bolşeviklər azərbaycan xalqının dərin nifrətini qazan-
mışdır. 
Məlumdur ki, Türkiyə, daha sonra Azərbaycan ərazisində türk-
müsəlmanların kütləvi surətdə qətlə yetirilməsi və onların doğma tor-
paqlarından qovulmaları erməni siyasi mübarizəsinin ana xəttini təşkil 
etmişdir. Onların bu cinayətkar əməllərinə maddi, siyasi və hərbi dəs-
tək verən dövlət isə Rusiya olmuşdur.  
Bolşeviklər insanları öz ideyalarına inandırma prinsiplərinə de-
yil, özünü doğrultmayan gücə önəm verir, xalqları siniflərə bölərək, 
onların arasında barışmaz düşmənçilik yaradırdılar. Bu insana nifrət 
ideyası, sonralar yüz minlərlə günahsız insanın amansızcasına qətlə 
yetirilməsi və deportasiya olunması ilə nəticələnmişdir.  
Bolşeviklər millətlərə demokratik dəyərlər bəxş etmək əvəzinə, 
onlar arasında sinifi mübarizəni, silahlı toqquşma və qardaş qanının 
axıdılması siyasətini təbliğ edirdilər.  


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
87
Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azər-
baycan xalqının milli maraqlarına cavab vermirdilər. Bu hərəkatın 
rəhbərliyində ifrat bolşeviklərin və ermənilərin çoxluq təşkil etmələri 
Azərbaycan xalqının milli mənafeyinə qarşı daha kəskin mövqe tut-
masına zəmin yaradırdı. Hadisələrin sonrakı inkişafı bir daha göstərdi 
ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan xal-
qına sonsuz qırğınlar və faciələr gətirmişdir. 
Sovet tarix elmi ermənilərin bolşevik-sovet bayrağı altında 
Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-
basdır etmiş  və problemin tarixşünaslığı uzun müddət Sovet ideolo-
giyasına xidmət göstərmişdir.  
Sovet tarixşünaslığında St.Şaumyanın rəhbərlik etdiyi erməni-
bolşevik rejiminin hərbi qüvvələri tərəfindən  Şamaxıda, sovet haki-
miyyəti qurmaq adı altında, türk-müsəlmanlara qarşı törətdikləri dəh-
şətli qırğınların üstündən sükutla keçmişdir.  
Ermənilərin 1918-ci ildə Azərbaycanın, demək olar ki, bütün 
bölgələrində türk-müsəman əhaliyə qarşı törətdikləri kütləvi qırğınları, 
zorakılıqları  və talanları çoxsaylı  şahid ifadələri və maddi sübutlar 
vasitəsilə  aşkarlayıb üzə  çıxaran Fövqəladə  Təhqiqat Komissiyasının 
topladığı faktiki materiallardır.  
1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət gös-
tərmiş Fövqəladə  Təhqiqat Komissiyasının (FTK) Şamaxı  şəhəri və 
Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında qəbul 
etdiyi 23 qərar layihəsi və 7 cild, 952 vərəqdən ibarət təhqiqat işlərin-
də toplanılmış materiallar ermənilərin vəhşilikləri haqqında ətraflı mə-
lumat verir
1
.  
Erməni silahlı dəstələrinin Bakıda törətdikləri kütləvi qətliamları 
Azərbaycanın başqa bölgələrində  də  həyata keçirmişdilər. St. Şaum-
yan yerlərdə sovet hakimiyyəti qurmaq adı altında erməni silahlı 
dəstələrini dinc insanların üzərinə göndərmişdi. 
Bakıda türk-müsəlmanların soyqırımı hələ başa çatmamış, ermə-
nilər bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar. 
Bununla əlaqədar olaraq N.Nərimanov yazırdı: “Lakin belə bir dəhşət-
li hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam et-
dirmək nəyə lazım idi. Bax, suala 1918-ci ildə Bakıdakı Sovet haki-
miyyəti cavab verməlidir”.
2
 
                                                 
1
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 100, siy.2, iş 791, v.106-107. 
2
 Nərimanov N.Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı:Azərnəşr, 1992,77 s. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
88
Ermənilərin 1918-ci ilin mart və aprel aylarında törətdikləri ci-
nayətləri ifşa edən arxiv sənədləri arasında 1918-ci il noyabr ayının 
22-də Fövqəladə  Təhqiqat Komissiyasının sədri  Ə.Xasməmmədovun 
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ədliyyə Nazirinə Şamaxı şə-
həri və  Şamaxı  qəzasının azərbaycanlı  kəndlərinin talan edilməsi və 
müsəlman  əhalisi üzərində ermənilərin zorakılılqları haqqında məru-
zəsi
1
, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ haqqında 
komissiya sədrinə məruzəsi
2
 və bu işdə günahkar olan şəxslərin cina-
yət məsuliyyətnə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komis-
siyasının 1919-cu il 12 iyul tarixli qərarı
3
 və s. vardır. 
1919-cu il aprel ayının 3-də AXC Daxili İşlər Nazirliyi Şamaxı 
qəza rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbristan, 
Mədrəsə  və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış  kəndlərin 
siyahısı göndərilmişdir. Həmin siyahıya Qəbristan polis sahəsi üzrə 
19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin 
(cəmi 86 kəndin) adı daxil edilmişdir(.
4
 
Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov 
martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndər-
diyi teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfindən Bakı-
dan 2000 yaxşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi 
Şamaxı  qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən 
çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın et-
mişdi. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan ke-
çirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini 
aşmışdır. Təcili hökumətin köməyi lazımdı.
5
 Lakin nə Seym, nə də ki, 
Cənubi Qafqaz hökuməti Xasməmmədovun bu həyacan dolu teleqra-
mına cavab verməmişdir.  
1919-cu il martın 30-da Bakıda nəşr olunan “Azərbaycan” qəze-
tində Şamaxı hadisəsi ilə bağlı “Şamaxının son günləri” başlığı altında 
çap olunmuş  məqalədə
6
 ermənilərin  Şamaxıda törətdikləri qırğınların 
                                                 
1
Azərbaycan Respublikası Prezidentinin İşlər  İdarəsi Siyasi Sənədlər Arxivi 
(ARPIISSA), f.277, siy.2, iş 16, v.15-18. 
2
 ARDA, f.1061, siy.1, iş 108, v.8-10. 
3
 ARDA, f.1061, siy.1, iş 105, v.1. 
4
 ARDA, f.1061, siy.1, iş 85, v.1-3. 
5
 Газ. «Известия Кавк. Краев. Центра Сов. Рабоч., Солд. и крест. Деп. и Тифл. 
Совета рабоч. и солд. Деп». № 72, 1918. 
6
 Газ. «Азербайджан», № 67, 1919. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə