Microsoft Word 1 Xocali Yaqub m-son doc



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   44   45   46   47   48   49   50   51   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
180
“AZƏRBAYCANLILARIN SOYQIRIMI HAQQINDA”  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 
(26 mart 1998-ci il) 
 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımı-
zın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edil-
mişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqət-
lər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 
Azərbaycan xalqına qarşı  dəfələrlə törədilmiş  və uzun illərdən 
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılma-
mış səhifələrindən biridir. 
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay 
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqları-
mızın bölünməsinin  əsasını qoydu. Azərbaycan xalqının bu milli fa-
ciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müd-
dətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azər-
baycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbay-
can torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. 
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskun-
laşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq 
təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Er-
məni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldu-
lar. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqla-
rından qovulması  və  məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. 
“Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma 
dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq 
məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş ge-
niş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qaf-
qazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib his-
səsini təşkil edirdi. 
Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsb-
karları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş-
miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başla-
nan vəhşilikləri Azərbaycanı  və indiki Ermənistan  ərazisindəki azər-
baycanlı  kəndlərini  əhatə etdi. Yüzlərlə yaşayış  məntəqəsi dağıdılıb 
yerlə yeksan edildi, minlərlə azərbaycanlı  vəhşicəsinə  qətlə yetirildi. 
Bu hadisələrin təşkilatçıları  məsələnin mahiyyətinin açılmasına, ona 
düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azər-


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
181
baycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq 
iddialarını pərdələmişlər. 
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral 
və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz 
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-
ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı al-
tında Bakı kommunası  tərəfindən ümumən Bakı quberniyasını azər-
baycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçiril-
məyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər 
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc 
azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. 
Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli me-
marlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri 
dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 
Azərbaycanlıların soyqırımı Bakı,  Şamaxı, Quba qəzalarında, 
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın 
başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu əra-
zilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, 
milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin 
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər  Şurası 1918-ci il 
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq komissi-
yasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırı-
mını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazi-
sində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiy-
yətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xü-
susi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə 
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü 
kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soy-
qırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə 
tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq 
Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. 
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün isti-
fadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra 
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu 
ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da 
genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar 
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən 
kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
182
Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-
cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə 
deportasiyasına dövlət səviyyəsində nail oldular.  
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən 
etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniya-
sına başladılar. Keçmiş sovet məkanında müntəzəm  şəkildə yayılan 
kitab, jurnal və  qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, 
memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mən-
sub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən 
bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhd-
ləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq 
əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olu-
nur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları 
kimi qələmə verilirdi. 
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən 
və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə mə-
ruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermə-
nilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəl-
lər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan 
kəndlərinin tarixi adları  dəyişdirilir, toponimika tarixində misli görün-
məyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir. 
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda 
böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırı-
lır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və 
mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni 
ideologiyasının təqiblərinə məruz qalır. 
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə 
yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yara-
dırdı. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüqu-
qi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər 
tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet 
rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında 
daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublika-
sının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin 
ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqların-
dan qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. 
Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə