Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
157
məyi Ermənistana tapşırırlar. Elə bununla da onu həlli.dirdil ər, – 
yəni «siz g.din, onlarla bu m əsələni həlli.din». O dey əcək ki, mənim 
olmalıdır, biz də deyəcəyik ki, yox. Oturduq, məsləhətləşdik. Mən 
ona d.dim ki, bilirsin iz, Siz Moskvaya g.tm əli və Brejnevlə görüş-
məlisiniz. Getdi və Brejn.vi ba şa saldı. Brejnev onu anladı və özü də 
o qərarı ləğv elədi. Bu, 67-ci ildə olan hadisədir».
1
 
Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları fonun-
da 1967-ci ildə Azərbaycan SSR DQMV ətrafında vəziyyət yenidən 
gərginləşdi. Bu baxımdan Heydər  Əliyevin 1967-ci il iyunun 26-da 
Azərbaycan KP MK-nın Birinci katibi V.Y.Axundova yazdığı 10/579 
№-li məxfi məktub diqqəti cəlb edir. Məktubda deyilirdi ki, iyun ayının 
23-dən 24-ə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8x9 
sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə Azərbaycan 
SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti  ərazisinin Ermənistan SSR-ə 
birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü.
2
  
Xankəndidə azərbaycanlılarla ermənilər arasında münaqişə ol-
muş  və qan tökülmüşdü. Münaqişəyə  səbəb Azərbaycan SSR DQMV 
Martuni rayonunun Kurapatkino kəndində


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
158
DTK-nın hazırladığı hesabatda DQMV ətrafında yaranmış  vəziyyəti 
təhlil edərək yazırdı: «Bir çox hallarda vilayətdə siyasi cəhətdən mənfi 
və cəmiyyətə zidd hərəkətlər onların bilavasitə təşkilatçısı və iştirakçı-
sı olan Ermənistan SSR-in bəzi millətçi  əhval-ruhiyyəli ünsürlərinin 
təsiri ilə baş verirdi. Bunu son 5 ildə toplanmış faktlar sübut edir. Er-
mənistan SSR-dən Xankəndinə gələn şəxslər burada, guya DQMV-nin 
Ermənistan SSR-ə birləşəcəyi haqqında müxtəlif  şayiələr yayırdılar, 
bununla bağlı xüsusi hazırlanmış müraci


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
159
lanmış  sərhədlərin qrafik təsviri baxılsın və  təsdiq edilsin.
1
 Azərbay-
can SSR Ali Soveti Rəyasət Heyətinin Sədri M.İsgəndərov və katibi 
Z.Şükürovanın 1969-cu il may ayının 7-də imzaladıqları «Azərbaycan 
SSR ilə Ermənistan SSR arasındakı  sərhədin qrafik təsvirinin təsdiq 
edilməsi haqqında» iki maddədən ibarət qərarda (№805-VII) deyilirdi 
ki, Azərbaycan SSR ilə Ermənistan SSR arasında Zaqafqaziya MİK 
tərəfindən təsdiq edilmiş  sərhədin göstərilən respublikaların paritet 
komissiyası  tərəfindən 1:25.000 miqyaslı topoqrafik xəritələrin vərə-
qələrinə keçirilmiş və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təq-
dim olunmuş qrafik təsviri bəyənilsin; Azərbaycan SSR Nazirlər So-
vetinə tapşırılsın ki, respublika sərhədi təsvirinin müvafiq sahələrdə 
Ermənistan SSR nümayəndələri ilə birlikdə naturaya keçirilməsini 
1969-cu il noyabrın 1-dək təmin etsin. Azərbaycan KP MK Bürosu-
nun 1969-cu il 21 may tarixdə keçirilən iclasında (pr. №100, 4-q) iki 
respublika arasında sərhədlərin coğrafi təsvirini təsdiq etməyə dair 
Azərbaycan SSR Ali Sovetinin qərar layihəsi bəyənilmişdi.
2
  
Lakin 1968-ci il 28 oktyabr tarixli qərarı ilə müəyyən edilmiş 
sərhədlər Gədəbəy rayonu Hacılar kəndinin Kalinin adına kənd əhali-
sinin etirazına səbəb olmuş və onlar 1969-cu ilin iyun ayında müəyyən 
olunmuş  sərhəd zolağından kənarda qalmış torpaqlarının onlara qay-
tarılmasını tələb etmişdilər. Arxiv sənədlərindən məlum olur ki Heydər 
Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən bir həftə sonra, 1969-cu il 
iyulun 22-də Azərbaycan KP MK Bürosunun iclasında Gədəbəy rayo-
nunun kolxozları  ətrafında yaranmış  ağır vəziyyət haqqında məsələni 
cəsarətlə qaldırmış və müzakirə etmişdi. Nəticədə Azərbaycan KP MK 
Birinci katibi Heydər Əliyevin və Azərbaycan SSR Nazirlər Sovetinin 
Sədri Ə.Əlixanovun imzası ilə Gədəbəy rayonu kolxozlarının iqtisadiy-
yatının dirçəlməsi, sosial problemlərinin həlli məqsədilə 9 maddədən 
ibarət geniş tədbirlər planı nəzərdə tutan xüsusi qərar qəbul edilmişdi. 
Onu da qeyd etmək lazımdır ki, 1982-ci ilin dekabrında Heydər Əliye-
vin Moskvaya yeni vəzifəyə keçdikdən sonra iki respublika arasında ye-
nidən sərhədlərin ayrı-ayrı sahələri üzrə mübahisələr yaranmışdı.  
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermə-
nistan SSR rəhbərliyi Erməni Qriqoryan Kilsəsinin təhriki ilə yenidən 
                                                 
1
 ARPİİSSA f.1, siy.56, iş 93, 13, v.10-11. 
2
 Qasımlı M.C. Heydər Əliyev –istiqlala gedən yol (1969-1987-ci illər). Bakı: BDU, 
2006, v.90. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
160
Azərbaycan SSR-in DQMV-ti ərazisinin Ermənistan SSR-ə birləşdiril-
məsi ilə bağlı SSRİ  Mərkəzi hökumətinə müraciət etdi. Qeyd etmək 
lazımdır ki, 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti 
Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə 
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermə-
nistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş  və bununla 
bağlı təklif irəli sürülmüşdü (SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 
iclas protokolu. 23 noyabr 1977-ci il, № 61, 11-4133). Məsələdən xə-
bər tutan Heydər  Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq 
üçün qəti addımlar atır.
1
 O,  Azərbaycan MEA A.A.Bakıxanov adına 
Tarix  İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin rəhbəri 
t.ü.e.d., prof. İ.H.Əliyevə Qarabağ regionunun qədim Azərbaycan tor-
pağı olması haqqında elmi arayış hazırlamaq barədə müraciət edir. 
T.ü.e.d., prof. İ.H.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o za-
man Azərbaycan SSR rəhbəri işləyən M.C.Bağırova belə bir elmi ara-
yış təqdim etdiyini söyləyir və Heydər Əliyevə bu arayışı yenidən işlə-
yərək ona təqdim etməyi təklif edir. Təklifi bəyənən Heydər  Əliyev 
elmi arayış hazır olduqdan sonra onu Azərbaycan KP MK Bürosunda 
müzakirə edərək Ermənistan SSR rəhbərliyinin iddialarının  əsassız 
olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbə-
ri L.İ.Brejnevə  təqdim olunur. Heydər  Əliyevin atdığı  qəti addımlar 
nəticəsində ermənilərin çirkin niyyəti baş tutmur.
2
 
Əslində Heydər  Əliyevin SSRİ  rəhbərliyində olan nüfuzu, Er-
məni Qriqoryan Kilsəsini və erməni millətçi-separatçılarını çox nara-
hat edirdi. Buna görə  də o 1982-ci ildə Sov.İKP Siyasi Bürosunun 
üzvü seçildikdən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini tə-
yin edildikdən sonra, ermənilər Azərbaycan SSR rəhbərliyində yaran-
mış zəiflikdən istifadə edərək 1984-cü ildə Qazax rayonun 5 min hek-
tar torpağı sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında rayon əha-
lisinin qəti etirazlarına baxmayaraq respublika rəhbərliyinin razılığını 
ala bilmişdilər.  
 XX  əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ 
məkanında və ilk növbədə Ermənistan SSR ərazisində antiazərbaycan, 
antitürk təbliğatı  və terrora səfərbərlik daha da güclənməyə başladı. 
1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-
                                                 
1
 Heydər Əliyev I cild. Bakı, 2013, səh.111. 
2
 Ч.А.Султанов. Противостояние. Баку, 2013, стр. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə