Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
142
Nazirliyinin 1919-cu il oktyabr ayının 21-də Böyük Britaniyanın dip-
lomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: “


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
143
təmsilçilərinin mənə çatdırdıqları  məktubda deyilir ki, bundan sonra 
hər cür düşmən əməlləri (müsəlmanlara qarşı – N.G.) erməni məsələ-
sinin həll olunmasına mənfi təsir göstərə bilər”.
1
 
Qeyd edək ki, hələ 1918-ci ilin yayında başda Andronik olmaqla 
qeyri-nizami erməni hərbi dəstəsi Zəngəzurun Azərbaycan türklərin-
dən ibarət olan əhalisinin məhv edilməsi və həmin ərazidən qovulması 
üzrə məqsədyönlü fəaliyyətə başlamışdı. AXC hökumətinin təşkil et-
diyi Fövqəladə istintaq komissiyası üzvü N. Mixaylovun məlumatları-
na görə, yalnız 1918-ci ilin yayında və payızında Zəngəzurda 115 
kənd (əslində Azərbaycan türklərinin yaşadığı bütün yaşayış məntəqə-
ləri –N.G.) məhv edilmişdi.  Tam olmayan məlumatlara görə, həmin 
kəndlərdə 7729 azərbaycanlı öldürülmüş, 50000 azərbaycanlı qaçqın 
kimi Zəngəzur hüdudlarını tərk etmişdi.
2
 
1919-cu ilin yanvarın ortalarında Qarabağda və Zəngəzurda Er-
mənistan-Azərbaycan  ərazi münaqişəsini həll etmək üçün ingilis ko-
mandanlığı burada doktor Xosrov bəy Sultanov başda olmaqla gene-
ral-qubernatorluq yaratmaq, bu yolla ixtilaf bölgəsini  ərazi cəhətdən 
əlahiddələşdirmək modelini seçdi. İngilislər bölgə üzərində  nəzarəti 
general-qubernatorluğa həlledici səs hüququ ilə daxil olmuş  hərbi 
nümayəndəsi vasitəsilı  həyata keçirirdilər. Lakin bu idarəçilik tətbiq 
olunduqdan sonra da Qarabağdan həyəcanlı  xəbərlər alınmaqda idi. 
Salonikidəki Böyük Britaniya qoşunlarının baş komandanı, general 
C.F. Miln 1919-cu ilin fevral ayının 6-da Londona, imperiya Baş Qə-
rargahının rəhbərinə göndərdiyi məlumatında göstərmişdi: “Bakını 
işğal etdiyimiz zaman Şuşanın iki Türkiyə batalyonu Andronikin 
ordusunun hücumlarından müdafiə edirdi. Hal-hazırda ermənilər 
şəhərə doluşmuşlar. Hökumətin asayişi qorumaq üçün mümkün 
olan hər tədbiri görməsinə baxmayaraq, ermənilər tatarları öl-
dürməkdədirlər. Təbiidir ki, tatarlar da qisas alırlar. Asayişi qo-
runması üçün oraya Britaniya əsgərlə    Ú p u 9 Ð °@€Ð %



 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
145
danlığı tərəfindən də  həmişə bu cür nəzərdən keçirilmişdi. Sulh kon-
fransının Ali komissarı polkovnik Haskell də bizim Zəngəzur vilayəti-
nə mübahisəsiz hüququmuzu tanımışlar”.
1
 
Uordropun 1919-ci il 8 oktyabr tarixli məlumatından bəlli olur 
ki, Ermənistanın xarici işlər nazirinin notasına cavab olaraq, Azərbay-
can Cümhuriyyətinin xarici işlər naziri özünün Ermənistandakı diplo-
matik nümayəndəsi Ə. Haqverdiyev vasitəsilə qeyd edirdi: “Ermənis-
tan Respublikasının xarici işlər nazirinin diqqətinə çatdırın ki, Zəngə-
zur Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bununla əlaqə-
dar olaraq erməni hökumətinin notasında qaldırdığı məsələ Azərbay-
can Cümhuriyyətinin daxili işlərinə müdaxilə deməkdir. Azərbaycan 
Cümhuriyyətinin hökuməti özünü ölkənin müxtəlif bölgələrində haki-
miyyət qurumlarının həyata keçirdiyi tədbirlər haqqında erməni höku-
məti qarşısında hesabat verməyə borclu hesab etmir”.
2
  
Özünün 1919-cu il 3 dekabr tarixli məlumatında Uordrop göstə-
rirdi: “Nəticədə baş nazir Yusifbəyli 23 noyabr sazişinin ziddinə 
olaraq ermənilərin hərbi  əməliyyatlara davam etmələri ilə  əlaqə-
dar narazılığını bildirdi və 9 kəndin məhv edildiyinə dair məlumat 
verdi”.
3
 
Onun ertəsi gün göndərdiyi məlumatda qeyd olunurdu: “Azər-
baycan hökuməti bu yaxınlarda müsəlmanların erməni nizami 
hərbi dəstələri tərəfindən törədilmiş kütləvi qətlləri və 15 kəndin 
məhv edilməsi haqqında məlumatları  Zəngəzur və  Dərələyəzdən 
mənə çatdırmışdır. Mən İrəvana etiraz göndərərək, dərhal təhqi-
qata başlamağı, müqəssirləri cəzalandırmağı və erməni nümayən-
də heyətinin yubanmadan Azərbaycanla görüşməyə göndərməsini 
tələb etdim”.
4
 
Uordropun 15 dekabr 1919-cu il tarixli məlumatında deyilirdi: 
Azərbaycanın baş naziri teleqram göndərərək, erməni nizami 
topçu qoşunlarını ittiham edirdi. Ermənilər Zəngəzurun kəndləri-
ni məhv etməklə qırğın törətmişdilər. O, qeyd edir ki, dekabr ayın 
9-da Gorusdan cənub-şərqdə Kədəkləkli, Əsgərli və Pərçəvan (Ke-
                                                 
1
 Telegram from ‘en clair’ Mr. O. Wardrop to Earl Curzon (November 18, 1919), 
IOR/L/P&S/11/147. 
2
Enclosure in Mr. O. Wardrop’s dispatch № 46 of October 8, 1919, 
IOR/L/P&S/11/159. 
3
 Decipher № 173 from Mr. O. Wardrop (December 3, 1919), IOR/L/P&S/11/161. 
4
 Decipher № 179 from Mr. O. Wardrop (December 4, 1919), IOR/L/P&S/11/161. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
146
declaklu, Askerlu and Perchevan) kəndləri məhv edildi və mühasi-
rəyə alınmış Oxçu ilə  Kığı  dərələrindəki (Ohchi and Kigy Glens
müsəlman kəndləri artilleriya atəşi ilə dağıdıldı. O, Azərbaycanın 
Zəngəzurda bircə  əsgərinin belə olmadığını söylədi. Zati-aliləri 
Zəngəzurdakı erməniləri tərk-silah etmək üçün bitərəf ölkələrdən 
zabitlər göndərməyi xahiş edir; əks təqdirdə Azərbaycan mehri-
ban qonşuluğu təmin etməkdən ötrü tədbirlər almaq məcburiyyə-
tində qalacaq”.
1
 
Uordropun 1919-cu il 30 dekabr tarixində göndərdiyi məlumat-
da göstərilirdi: “Bu gün alınan məlumatlara əsasən, erməni höku-
məti dekabrın 21-də Zəngibasar bölgəsinin müsəlmanlarına qarşı 
hərbi  əməliyyatlara başlamışdır. Həmin tarixdə Qarğabazar, de-
kabrın 22-də isə Uluxanlı kəndləri dağıdılmışdır. Hal-hazırda Ço-
bankər Qaraqışlaq kəndi uğrunda döyüş gedir. Əgər bu məlumat-
lar doğrudursa, onda şübhə yoxdur ki, Ermənistan 23 noyabr sa-
zişini pozmuşdur”.
2
 
Bir başqa ingilis nümayəndəsi Qrandinin 1920-ci 25 yanvar ta-
rixli məlumatında göstərilirdi: “Azərbaycan hökuməti Zəngəzurda 
erməni topçu kolonnası tərəfindən daha 24 kəndin məhv edilməsi 
və kütləvi qırğınlar törətməsi haqqında məlumat verir. Azərbay-
canda ictimai fikir olduqca həyəcanlıdır və hökuməti Müttəfiqlə-
rin fəaliyyətsizliyinə görə ittiham edir”.
3
 
Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd olu-
nurdu: “Zəngəzurda erməni təcavüzü haqqında məlumatlar daxil 
olmaqda davam edir ki, bu da əhalinin Azərbaycan hökumətindən 
narazılığını gücləndirir. Əhali hökumətdən yubanmadan tədbirlər 
görməyi tələb edir”.
4
  
Uordropun məlumatlarında Qars vilayətinin müsəlman  əhalisi-
nin faciəvi durumu haqqında da bilgilər ehtiva olunur. Bəlli olduğu 
kimi, ingilislər Cənub-Qərbi Qafqaz Respublikası ləğv etdikdən sonra 
1919-cu ilin mayında sözügedən vilayətdə hakimiyyəti Ermənistana 
vermişdilər. Uordropun 1920-ci il 28 yanvar tarixli məlumatında qeyd 
                                                 
1
 Decipher № 202 from Mr. O. Wardrop (December 15, 1919), IOR/L/P&S/11/161. 
2
Telegram from ‘en clair’ from Mr. O. Wardrop (December 30, 1919), 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə