Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
139
Cənubi Qafqazda ingilislərin açıq  şəkildə  hərbi müdaxiləsi 
1918-ci ilin yayın sonlarında  İranın  şimalından, Qafqaz cəbhəsinin 
İran sahəsindən rus qoşunlarının çıxarılmasının dərhal ardından baş-
lanmışdı. 1918-ci ilin avqustun əvvəlində S. Şaumyanın sovet rejiminə 
əvvəllər müxalifətdə olan marionet “Sentrokaspi diktaturası” hökumə-
tinin dəvəti ilə Cənubi Qafqazda Britaniya qoşunlarının silahlı müda-
xiləsinin ilk cəhdi başlandı. Avqust ayının əvvəlində general L.Denster-
vil hərbi qrupunun öncül dəstəsi Bakı limanına çıxarıldı. Avqust ayı-
nın 17-də isə generalın özü başda olmaqla 39-cu piyada briqadasının 
əsas qüvvələri Bakiya gəldilər. Böyük Britaniya hərbi hissələri “Sen-
trokaspi” hökumətinin qoşunları ilə birlikdə  şəhəri Azərbaycan-Os-
manlı ordusunun hücumundan müdafiə etmişdilər. Sentyabrın ortala-
rında isə, Bakının Qafqaz İslam ordusu tərəfindən azad ediləcəyini la-
büdlüyünü anlamış ingilislər tələsik surətdə  Ənzəli limanına qayıtdı-
lar. L.Denstervil və onun qruplaşmasının qərargahı Bakıda ilk qısa-
müddətli yerləşməsindan gəmilərin, silahların və  əsgəri ləvazimatın 
ələ keçirmiş, Qafqazda gələcək  əməliyyatların təchizatı üçün Ənzəli 
limanına yanacaq aparmışdı.
1
 
1918-ci ilin oktyabrın 30-da bağlanmış Mudros barışığının şərt-
lərinə müvafiq olaraq türk qoşunları Cənubi Qafqazı tərk etdilər. Bakı-
dan təxliyə olduqdan sonra Denstervil İrandan geri çağırılmış, və onun 
missiyasının və Mesopotamiyadan gəlmiş yeni qoşun kontingentinin 
əsasında “Norperfors” (“Şimali İran Qoşunu”) adını almış yeni müda-
xiləçi qrup yaradılmışdı. Bu qrupa general Vilfred Tomson başçılıq 
edirdi.
2
 
V. Tomsonun komandanlığı altında ingilis qoşunları türk qoşun-
larının çıxarılmasından sonra 1918-ci ilin noyabrın 17-də Bakıya daxil 
oldular. Bakıya gəldiyi gün Tomson şəhərdə hərbi vəziyyət elan etdi 
və özünü Bakının general-qubernatoru elan etdi. İngilis qoşunları tez-
liklə  Cənubi Qafqazı faktiki olaraq bütünlükdə  işğal etdilər. Həmin 
siyasətin digər bir məqsədi Rusiyada sovet hakimiyyətinin devrilməsi
əski Rusiya imperiyası ərazisinin parçalanması, qeyri-rus qüvvələrinə 
hərtərəfli, o cümlədən hərbi yardım göstərilməsi idi. 1918-ci ilin may 
ayının sonlarında keçmiş Rusiya imperiyasının cənubunda yaranmış 
                                                 
1
 The Adventures of Dunsterforse. By: Dunsterville, L. C., London. 1920. 
2
 Azerbaijan Democratic Republic. Great Britain’s Archrivals Documents, Baku, 
2008. p.169 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
140
milli dövlətlərə münasibətdə Böyük Britaniyanın siyasəti məhz bu 
məqsədlərə xidmət edirdi. 
1918-ci ilin mayında Cənubi Qafqazda üç milli dövlətin yaran-
masının ardından labüd olaraq onların sərhədlərinin müəyyənləşdiril-
məsinə və təsbitinə olunmasına başlandı. Yeni, müstəqil respublikala-
rın bəzən əfsanəvi məlumatlara, rəvayətlərə əsaslanan (“Böyük Ermə-
nistan” xülyası və yaxud orta əsr gürcü knyazlıqlarının hüdudları ide-
yası), sərhədlərini bu “əsaslandırmalara” görə  təsbit etmək cəhdləri 
qarşı tərəfin bu və ya digər əraziyə malik olmaya dair iddiaları ilə üz-
ləşirdi. Müxtəlif xalqların əsrlər boyunca təşəkkül tapdığı, məskunlaş-
dığı  Cənubi Qafqazda həmin sərhədləri danışıqlar yolu ilə müəyyən-
ləşdirmək cəhdləri uğursuzluğa dücar oldu. Həmin respublikalar ara-
sındaki sərhədləri yalnız zorakı vasitələrlə  təsbit etmək yolu qalırdı. 
Bir çox hallarda məhz bu yola üstünlük verilirdi. Nəticədə siyasi mü-
naqişələr qızışır, artıb siyasi toqquşmalara, bəzən isə çoxsaylı insan 
tələfatına gətirib cıxaran müharibələrə çevrilirdi. 1918-1920-ci illərdə 
məhz bu cür münaqişələr Cənubi Qafqazın siyasi tarixinin başlıca 
məzmununu təşkil edirdi. 
Üç Cənubi Qafqaz dövləti arasında  ərazi ixtilafları bölgənin 
Böyük Britaniya işğalçı hakimiyyət orqanlarının müxtəlif  ərazilərinə 
“çəkişən tərəfləri sakitləşdirmək” məqsədilə qoşunlar göndərməsinə 
əlverişli  şərait yaratmışdı. Cənubi Qafqazda asayişin təmin olunması 
qayğısına qalan dövlət rolunu öz üzərinə götürmüş Böyük Britaniya 
bölgədə meydana çıxmış təqribən bütün münaqişələrin həllində iştirak 
etmişdi. Münaqişədə iştirak edən tərəflərdən hansını dəstəkləmək haq-
qında qərarı Böyük Britaniya işğal qoşunlarının Tiflisdəki qərargahı, 
ayrı-ayrı hallarda isə  İstanbuldakı “Qara dəniz Ordusu” nun baş ko-
mandanı verirdi. Generallar Q.Forestye-Uoker, V.Tomson və N.Kori 
Cənubi Qafqazda Böyük Britaniya qoşunları qrupunun komandanları 
olmuşlar. İngiltərə hokuməti qoşunlarını cıxardıqdan sonra mənzil qə-
rargahı Tiflisdə yerləşən Cənubi Qafqaz ücün Ali komissar postunu 
təsis etdi. General O.Uordrop ilk Ali komissar təyin olundu. 
Tezliklə Böyuk Britaniyanın rəsmi dairələri Ermənistan rəhbər-
liyinin planlarının tamamilə  ağlasığmaz olduğunu etiraf etməli oldu-
lar. Məsələn, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin siyasi kəş-
fiyyat şöbəsi tərəfindən hazırlanmış 28 oktyabr 1918-ci il tarixli Me-
morandumda göstərilirdi: “Erməni məsələsi həll olunarkən nəzərə 
alınmalıdır ki, onun cazibə mərkəzi Qafqazda deyil, Kiçik Asiyanın 


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
141
cənubundadır. Ermənilər Türkiyədən Qafqaza əsasən qaçqın ki-
mi, son onilliklər ərzində Rusiya hakimiyyəti dövründə gəlmişlər. 
Rusiya hökuməti burada onlardan gürcülər və tatarlar (Azərbay-
can türkləri –N.G.) arasında ixtilafları  qızışdırmaq ücün istifadə 
etmişdir”.

 
Ermənistanın nizamlı silahlı qüvvələri Zəngəzura, Naxçıvana və 
Qarabağa Azərbaycan Respublikasına qarşı  hərbi təcavüzü genişlən-
dirdilər. Böyük Britaniya rəhbərliyi Ermənistanın Azərbaycan Res-
publikasına qarşı  hərbi təcavüzü gedişində  vəziyyəti sabitləşdirmək 
üçün münaqişəyə qarışmalı oldu. Məsələn, 1919-cu ilin yanvar ayının 
əvvəlində Naxcıvanda baş vermiş hadisələr zamanı və


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə