Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
127
gedilməsi məsələsi və qaçqınlara köməyin təşkili ilə əlaqədar İrə


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
128
haqqında öhdəliklər götürürdü
1
. Bəhs olunan müqaviləni tamamlayan 
III  əlavədə bütün yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə  təsbit 
olunur və qeyd olunurdu ki, “Ermənistan hökuməti öz hesabına ibtidai 
və orta təhsil verən müsəlman məktəbləri açacaqdır”
2
. Lakin sonrakı 
hadisələr onu göstərdi ki, müstəqil erməni dövlətində hakimiyyətə 
gələn «Daşnaksutyun» partiyası keçmiş  İrəvan quberniyasının  ərazi-
sində yaşayan müsəlman  əhalisinə qarşı soyqırım siyasətini dövlət 
səviyyəsində həyata keçirməyə başladı. Bu cinayətlərin sarsıdıcı mən-
zərəsini yaradan onlarla teleqram, məktub və digər sənədlər bu gün 
Azərbaycan Respublikasının arxivlərində saxlanılır. Bu sənədlərin 
toplanmasında və dünya ictimayyətinə çatdırılmasında ilk tədbirlər hə-
lə Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülmüşdü. Minlərlə 
həmvətənimizin soyqırımını qarşısına məqsəd qoymuş ermənilərdən 
çəkdiyi qeyri-insani zülmü, həqiqətən çıxılmaz vəziyyətini təsvir edən 
bu sənədləri həyəcansız oxumaq mümkün deyildir. Onların arxasında 
nə qədər müsibət, dəhşət, ölüm dayandığını təsəvvürə gətirmək qeyri-
mümkündür. Milli Şuranın 1918-ci il iyunun 13-də keçirildiyi iclasda 
ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar barədə İrəvandan 
gələn həyəcanlı  xəbərlərə  həsr olunmuşdu.  Şura üzvü İbrahim ağa 
Vəkilov oradakı müsəlman qaçqınların acınacaqlı vəziyyətləri ilə əla-
qədar olaraq onlara kömək məqsədilə 150 min manat vəsait buraxma-
ğı təklif edir. İ.Vəkilovun təsirli nitqindən sonra məlum olur ki, İrəvan 
quberniyası ərazisində dolaşan ac-yalavac müsəlman qaçqınların sayı 
150 min nəfərə çatmışdır. Qaçqınlar arasında epidemiya xəstəlikləri 
geniş yayılmış, hər gün acından ölənlər qeydə alınırdı. Ona görə də tə-
cili olaraq qaçqınlara ərzaq, geyim və təsərrüfat malları ilə köməklik 
göstərilməsi təklif olunur. Natiq öz sözlərini zərər çəkmişlərin sayı və 
dağıdılmış 206 kəndin adlarını sadalamaqla bitirmişdi. Milli Şuranın 
Ermənistan Respublikasındakı qaçqınların vəziyyəti ilə əlaqədar qəbul 
etdiyi qərarda göstərildi ki: İrəvan dairəsində qaçqınlara paylamaq 
üçün tezliklə nümayəndələr vasitəsi ilə oraya pul vəsaiti göndərilsin; 
Erməni Milli Şurasından xahiş edilsin ki, imkan daxilində aclıq çəkən 
müsəlmanlara  ərzaq yardımı göstərsin; Türk ordusu komandanlığın-
dan isə xahiş edilsin ki, İrəvan qaçqınlarına  ərzaqla kömək etsin və 
                                                 
1
. Бадалян Х. Германо-турецкие оккупанты в Армении в 1918 г. Ереван: 1962,c. 
172-178. 
2
 Yenə orada. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
129
müsəlmanların öz doğma kəndlərinə qayıtmalarına kömək üçün tutarlı 
göstərişlər versin
1
.  Beləliklə, yeni yaradılmış erməni dövləti – Ermə-
nistan Respublikası, götürdüyü öhdəliyin  əksinə olaraq, nəinki Azər-
baycan Xalq Cümhuriyyətinə olan iddialarından  əl çəkmədi,  əksinə 
Batum müqaviləsinin imzalanmasından dərhal sonra Azərbaycan Xalq 
Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqla-
rının işğalına başladı. Məhz buna görə  də Azərbaycan Xalq Cümhu-
riyyəti hökumətinin başçısı F.X.Xoyski 1918-ci il iyulun 31-də o za-
man  İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin 
başçısı  Məhəmməd  Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi: 
“əgər ermənilər  əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia 
qaldırsalar İrəvanın onlara güzəştə gedilməsindən imtina et”.
2
  
1919-cu il yanvar ayının 7-də Azərbaycan xarici işlər nazirinin 
müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər 
nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında 
çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa 
məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və 
qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar, təkcə 
ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək 
istəyərkən boğulanların sayı 300 nəfərə çatır
3

1919-ci il yanvarın 8-də Azərbaycan Parlamentinin iclasında 
İrəvan quberniyasının müsəlman  əhalisinin  ərz-halları dinlənilmişdi. 
Sənəddə deyilirdi: “1917-ci ilin dekabr ayından 1918 –ci ilin iyun ayı-
na qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki 
yüzdən çox müsəlman kəndləri atəşə tutulub tarmar olub, bunların 
əhalisi isə qismən qətl, qismən də dağlara qaçıb buralarda soyuqdan 
və aclıqdan tələf olmuşlar. İrəvan quberniyasının əsasən müsəlmanlar-
dan ibarət olan Sürməli, İrəvan, Üçmüədzin, Şərur və Naxçıvan qəza-
larının bəzi hissələrinın Osmanlı ordusu tərəfindən işğal olunduqdan 
sonra burada yaşayan ermənilər yeni təşkil olunmuş Erməni Cumhu-
riyyətinin dairəsinə köç etmişlər. Digər tərəfdən osmanlılar işğal et-
dikləri mahallarada 100 minə qədər müsəlman  İrəvan quberniyasının 
başqa yerlərindən köçmüşlər. Bunları köçməyə 80 qədər müsəlman 
                                                 
1
 ARDA: Fond 970, siyahı 1, iş 6, vərəq 1. 
2
 Азербайджанская Демкратическая Республика (1918-1920). Внешняя полити-
ка (Документы и материалы). Баку: 1998, с.42. 
3
 Газета «Азербайджан», 7 января 1919 г. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə