Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
122
Haskelin diqqətinə də çatdırılmış və erməni qoşunlarının geri çağırıl-
ması, yerli erməni bandalarının tərk-silah edilməsi üçün ondan bölgə-
yə Amerika zabitlərindən ibarət komissiya göndərilməsini tezləşdir-
mək tələb edilmişdi.
1
 1920-ci il yanvarın 19-da erməni nizami hissələ-
ri artilleriyadan və ağır silahlardan istifadə edərək Zəngəzurun daha 15 
kəndini yerlə yeksan etdilər.
2
 1920-ci  il  yanvarın üçüncü ongünlüyü 
bölgədə azərbaycanlılara qarşı daha amansız hərəkətlər və zorakılıq-
larla fərqləndi. Hərbi qüvvə və silah-sursat cəhətdən üstünlüyə malik 
erməni 10 minədək canlı qüvvəyə, 5 top və 20 pulemyota malik qoşun 
hissələri.
3
 Qaladərəsindən Xocahanadək geniş  ərazidə Azərbaycan 
kəndlərinə hücum edərək nisbi üstünlük qazandılar. Zəngəzurda 
fəaliyyət göstərən erməni silahlı  dəstələri Qarabağa doğru irəliləyib 
buradakı erməni dəstələri ilə birləşərək Şuşa qəzasını da ələ keçirmək, 
Naxçıvanla Ordubadı mühasirəyə almaq istəyirdilər. Şuşa istiqamətin-
də onlar bütün Azərbaycan kəndlərini məhv etməyi planlaşdırırdılar.
4
 
Yanvarın 19-da erməni nizami qüvvələri artileriyanın köməyi ilə 
hücuma keçərək Əliquluuşağı, Eyvazlı, Şurnuxa, Seltas, Məzrə, Şah-
verdilər, Novlu, Tarovlu, Əyin kəndlərini darmadağın etdilər.
5
 
 1920-ci ilin mart ayında – Novruz bayramı günlərində ermə-
nilər yaxşı düşünülmüş plan əsasında müxtəlif cəbhələrdə - Böyük 
Vedidə, Naxçıvanda, Ordubadda, Qarabağda və  Zəngəzurda geniş 
miqyaslı hərbi əməliyyatlara başladılar. Qarabağda qiyamçı qüvvələrlə 
əməliyyatlar aparan Azərbaycan ordusunun diqqətini yayındırmaq 
üçün Zəngəzura  İrəvandan  əlavə qüvvələr gətirildi və bir sıra Azər-
baycan kəndləri ələ keçirldi. Azərbaycan qoşunlarının və könüllü dəl
ə


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
123
rada yuva salmış quldur dəstələri azərbaycanlı əhalini terror etməkdə 
davam edirdi. 1920-ci il iyulun sonlarında XI Qırmızı Ordu hissələri 
tərəfindən Zəngəzur ələ keçirildikdən sonra vəziyyət bir müddət sabit-
ləşsə də bolşevik qoşun hiss


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
124
1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çat-
mamışdı. Zəngəzurun əksər hissəsini ələ keçirməklə kifayətlənməyən 
ermənilər bölgənin Azərbaycan SSR-də qalmış cüzi hissəsinə (Cəbra-
yıl, Qubadlı, Zəngilan qəzalarının ərazilərinə) də iddialar irəli sürmüş, 
müəyyən dərəcədə buna nail də olmuşdular. Belə ki, erməni məkrinin 
təsiri altında yeni inzibati vahidlik –Mehri rayonu yaradılması adı 
altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ərnəzir və Tuğut Er-
mənistana verilmişdi. Bu qərar rəsmən 1969-cu il mayın 7-də, Azər-
baycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş-
du. 1938-1939-cu illərdə Ernəzir kolxozu Nüvədi kəndi, Tuğut kəndi 
isə ermənilər yaşayan Astazur kəndi ilə birləşdirildi, hər iki kəndin 
əhalisi doğma yr yarind(d)2.2(i il)]TJ /C2_1.15azir kov
i ilə


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
125
 
1918-1920-Cİ İLLƏRDƏ İRƏVAN QUBERNİYASINDA 
AZƏRBAYCANLILARIN SOYQIRIMI 
 
İlqar Niftəliyev  
AMEA A.A.Bakıxanov adına  
Tarix İnstitutunun aparıcı elmi işçisi,  
tarix elmləri üzrə fəlsəfə doktoru 
 
XX yüzilliyin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı 
müxtəlif dövrlərdə ermənilər tərəfindən həyata keçirilmiş mütəmadi 
qırğınlar mahiyyətinə görə  məhz soyqırımı aktı olmuşdur. Aralıq 
dənizindən Qara dənizə  qədər, Qara dənizdən Xəzər dənizinə  qədər 
çox geniş coğrafiyada torpaqlara birbaşa yiyələnmək və


 AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
126
üçün təmizləmək və yeni Ermənistan dövləti yaratmaqdır
1
. Ümu-
milikdə, 1918-ci ilin yanvarından may ayına kimi, yəni türk qoşunları 
İrəvan quberniyasına daxil olana qədər, burada ermənilər tərəfindən 
300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və 
zorakılıqlara məruz qalmışdı
2
.  
1918-ci ilin mayında keçmiş  İrəvan quberniyasının  ərazisində 
Ararat Respublikasının yaradılması hadisəsini onun ilk baş naziri 
Hovanes Kaçaznuni belə qiymətləndirirdi : "Biz Ermənistanın sahib-
ləri olmalı idik. Əks halda, onu birdəfəlik itirə bilərdik"
3
. Müstəqilliyi 
elan olunmuş Ararat Respublikasının nə ərazisi, nə də paytaxtı vardı. 
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti  İrəvan  şəhərini 
Ararat Respublikasına güzəştə getdi. Şuranın üzvü Fətəli Xan Xoyski 
Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə  şuranın 
üzvləri ilə Ermənistan Milli şurasının üzvləri arasında aparılmış danı-
şıqlar haqqında məlumat verdi. Fətəli xan öz məruzəsində ermənilərin 
özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türk ordu-
su tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə getmə-
sinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı Milli Şuranın 
üzvləri Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov,  Ələkbər 
Ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın 
Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin qaçılmaz acı bir 
həqiqət olduğunu qeyd etdilər. Şuranın iclasında iştirak edən 28 nəfər 
üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi
4

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski 
İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şu-
ranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra Xarici işlər nazi-
ri Məhəmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: “Biz 
ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul 
edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə 
getdik
5
”. 1918-ci il iyunun 1-də Tiflisdə keçmiş canişin sarayında Hə-
sən bəy Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının üçüncü iclası 
keçirildi. Həmin iclasda şura üzvləri  İrəvanın Ermənistana güzəştə 
                                                 
1
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): Fond 970, siyahı 1, iş 1, vərəqlər 
26-27. 
2
 ARDA : Fond 970, siyahı 1, iş 184, vərəqlər 16-17. 
3
 Качазнуни О. Указ. работа, с.29. 
4
 ARDA: Fond 970, siyahı 1, iş 1, vərəqlər 51-52. 
5
 ARDA: Fond 970, siyahı 1, iş 4, vərəqlər 1-2. 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə