Microsoft Word 1 Xocali Yaqub m-son doc


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix21.03.2018
ölçüsü1,21 Mb.
#32754
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
154
etdirdiyi («Все понять, но не все простить». Баку. 2000 г.) əsərin-
də yazır: «Atam məsələ ilə bağlı tarixçilərin, hüquqşünasların, kar-
toqrafların və MK-nın məsul işçilərinin də daxil olduğu xüsusi bir 
qrup təşkil etmişdi. Bu işdə çox fəal yardımı o zaman AMEA 
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Əlövsət Quliyev 
göstərmişdi. Xüsusi qrupun hazırladığı bu sənəd arxiv sənədləri və 
xəritələrlə birlikdə Sov.İKP MK-nə göndərilmişdi.
1
 İdeologiya üzrə 
MK katibinə Sov.İKP MK-nın II katibi M.A.Suslov ondan Moskva-
ya təcili gəlməyi tələb edir. H.Hacıyev Sov.İKP MK, SSRİ Nazirlər 
Soveti və SSRİ DTK-də  məsul  şəxslərdə görüşür və A.Mikoyanın 
Azərbaycana qarşı təşkil etdiyi təxribatın qarşısını almağa nail olur.
2
 
Lakin bu onun həyatı bahasına başa gəlir. H.Hacıyev müzakirədən 
sonra SSRİ Səhiyyə Nazirliyi 4-cü Baş İdarəsinin xəstəxanasına dü-
şür və ona «bədxassəli şiş» diaqnozu qoyulur. O Kreml xəstəxanası-
nın «işiğı» sayılan Abramyan tərəfindən əməliyyat olunur. Moskva-
ya gələn Nazim Hacıyevin yaxın dostu akademik M. Topçubaşov 
əməliyyatın gedişatı ilə tanış olduqdan sonra, onun doğru aparılma-
dığını müəyyən edir və Nazim Hacıyev 38 yaşında vəfat edir.
3
 Lakin, 
erməni təxribatları davam edir. Azərbaycan SSR DQMV-də yaşayan 
ermənilər Ermənistan SSR rəhbərliyinə çoxsaylı müraciətlər ünvan-
layaraq ondan sözdən işə keçməyi tələb etməyə başladılar. 1968-ci il 
aprelin 23-24-də Ermənistan KP MK-nın birinci katibinə, respublika 
Nazirlər Sovetinin Sədrinə və Ali Sovet Sədrinə ünvanlanmış 100-ə 
qədər anonim məktub aşkar edilmişdi. «Əzəli erməni torpaqları»nın 
Ermənistan SSR-ə qaytarılması  məsələsi bu məktubların  əsas məz-
mununu təşkil edirdi.
4
 1959-1961-ci illərdə Azərbaycan KP MK-nın 
II katibi işləmiş Vladimir Semicastnı rusiyalı jurnalist Andrey Ka-
raulova verdiyi müsahibəsində həmin dövrü belə xatırlaır: «… Qara-
bağ ətrafında müxtəlif şayiələr və dedi-qodular yazırdı, qeyri-sağlam 
hadisələr baş verirdi… Mən onların konfransında çıxış edəndə mənə 
saysız-hesabsız suallar verdilər: bu belə deyil, o belə deyil. Mən on-
lara vəziyyətin nə yerdə olduğunu dedim. Sonradan orada kimi isə 
rəhbərlikdə dəyişdilər, vilayət komitəsinə ikinci katib təyin etdilər və 
                                                 
1
 А.Гаджиев. Все помять, но не все простить. Баку, 2000, стр.170-171. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
4
 Yenə orada. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
 
155
vəziyyət bir qədər düzəldi».
1
 1960-cı illərin əvvəllərində SSRİ höku-
mətinin xaricdə yaşayan ermənilərə növbəti dəfə Sovet İttifaqına 
köçməyə icazə verməsi, «Daşnaksutyun» partiyasının casusluqla 
məşğul olan bölmələrini xeyli fəallaşdırdı  və onlar repatriasiya ka-
nalları vasitəsilə həmsərhəd olan ölkələrdən Ermənistan SSR ərazisi-
nə müxtəlif təxribatçı qrupların keçirilməsinə çalışırdılar. SSRİ Na-
zirlər Soveti DTK-nin II Baş  İdarəsinin 1962-ci il fevralın 2-də 
Azərbaycan SSR DTK-nın II şöbəsinin rəisi Heydər Əliyevə göndər-
diyi tam məxfi məktubda bu məlumatlar öz əksini tapmışdı. Heydər 
Əliyevin məktuba qoyduğu dərkənarda xarici ölkələrdə  fəaliyyət 
göstərən erməni daşnak təşkilatlarının SSRİ  sərhədlərinin Azərbay-
can SSR sahəsini pozduqları halda yaxalanmaları haqda tapşırıqlar 
verilmişdi.
2
 1962-ci il iyunun 24-də isə Azərbaycan SSR DTK-nə 
daxil olan məlumata görə SSRİ dövlətinin başçısı N.S.Xruşşovun Er-
mənistan SSR-ə  səfəri  ərəfəsində erməni millətçiləri tərəfindən res-
publikada yaydıqları şayiəyə görə Dağlıq Qarabağ Muxtar Vilayəti-
nin Azərbaycan SSR tərkibindən çıxarılırıq Ermənistan SSR tərkibi-
nə veriləcəyi gözlənilir. Bu məqsədlə N.S.Xruşşovun ünvanına 2500 
nəfərin imzaladığı  məktub göndərilmiş  və burada DQMV-nin ya 
Ermənistan SSR, ya da ki, RSFSR tərkibinə verilməsi tələb olunur-
du.
3
 Ermənistan SSR və DQMV-də yaşayan ermənilərin belə fəallaş-
malarının bir səbəbi də xarici ölkələrdə yaşayan erməni diaspora təş-
kilatlarından aldıqları dini-ideoloji və maddi yardımlar idi. Bütün bu 
işlər isə Ermənistan SSR rəhbərliyinin himayəsi və  nəzarəti altında 
həyata keçirilirdi. Buna görə  də onlar 1964-cü il mayın 18-də 
N.S.Xruşşova ünvanladıqları yeni müraciət bu sözlərlə bitirdi: «Biz 
Dağlıq Qarabağ  məsələsinə dair qərarın təcili qəbul olunmasında 
təkid edirik: ya Muxtar Vilayət və ermənilərin yaşadıqları  ətraf ra-
yonlar Ermənistana birləşməlidir, ya da onlar birbaşa SSRİ-nin bir 
hissəsi olmalıdır».
4
 1965-ci ilin iyununda Azərbaycan Yazıçılar  İt-
                                                 
1
 А.Караулов. Вокруг Кремля книга политических диалогов: в 2-х частьях. Ч.1. 
Москва.1990, стр.30. 
2
 Эльмира Ахундова. Гейдар Алиев личность и эпоха. (1923-1969). Баку, 2007, 
стр 357. 
3
 Борьба  армян  за  воссоединение  НКАО  с  Советской  Арменией.  Сборник 
документов и материалов. Ереван.АН Армении.2011г. стр.23. 
4
 Хроника событий Нагорного Карабаха: история и современность (1918-1993). 
Ереван. Составитель Р.Данильянц, 1995, стр.31. 


AZƏRBAYCAN  XALQINA  QARŞI 1918-ci il  SOYQIRIMLARI
 
 
156
tifaqının DQMV Filialının katibi B.Ulubabyan Muxtar Vilayətin er-
məni millətindən olan məsul partiya və sovet işçilərinin imzaladığı 
ərizəni Sovet İttifaqı KP MK-ya göndərir. Azərbaycan SSR Dövlət 
Təhlükəsizliyi Komitəsi bu barədə respublika rəhbərliyinə  məlumat 
vermiş  və  təxribatçıların qarşısını almaq üçün zəruri tədbirlər gör-
müşdü. 1966-cı ildə respublikanın dövlət xüsusi xidmət orqanları 
gizli fəaliyyət göstərən 40 nəfər üzvü olan «Erməni gənclər ittifaqı» 
adlı təşkilatın İrəvandan olan emissarları Muxtar Vilayətin ərazisində 
öz özəklərini təşkil etməyə cəhd göstərdikləri zaman respublika xü-
susi xidmət orqanları  tərəfindən onların qarşısı alınmışdı. 1966-cı 
ilin avqustunda isə Sovet İttifaqı KP MK-nın Baş katibi L.Brejnevin 
ünvanına göndərilən və altında 2000-ə  qədər erməni «ziyalısı»nın 
imzası olan məktubda deyilirdi: «Qarabağ ərazisinə və milli tərkibinə 
görə Ermənistanındır, quruluşuna, mənəvi dünyası və məişətinə görə 
Ermənistanındır, Qarabağın tarixi Ermənistanın tarixidir, Qarabağın 
dili, incəsənəti və ədəbiyyatı ermənilərindir. Nəzərə alınsa ki, Ermə-
nistan SSR mövcuddur, onun ayrılmaz hissəsini süni şəkildə Sovet 
Ermənistanından ayırmaq məqsədəuyğun deyil».
1
 «Ermənistan SSR-
in elm və  mədəniyyət xadimlərinin Sovet İttifaqı Kommunist Parti-
yasının XXIII qurultayına müraciəti» adlı bu məktub haqqında 1966-
cı il sentyabrın 30-da Ermənistan KP MK-nın birinci katibi A.Koçin-
yanın və Nazirlər Sovetinin Sədri B.Muradyanın Sovet İttifaqı KP 
MK-ya ünvanlandıqları  məktubda da məlumat verilir. Məktubun 
müəllifləri DQMV-nin və Naxçıvan MSSR-in yaranması ilə bağlı 
tarixi «faktları» və «sənədləri» istədikləri kimi yozaraq, daha doğ-
rusu, saxtalaşdıraraq, həmin ərazilərə olan iddialarını siyasi, iqtisadi 
və etnik amillərlə, «DQMV zəhmətkeşlərinin müxtəlif təbəqələrin-
dən olan insanların Ermənistan KP MK-ya çoxsaylı  məktubları» ilə 
əsaslandırmağa çalışırdılar. Həmin vaxt Azərbaycan SSR DTK sədri-
nin müavini işləmiş Heydər  Əliyev sonralar, artıq Azərbaycan Res-
publikasının Prezidenti olduğu dövrdə bu hadisələri belə xatırlayırdı: 
«Yadımdadır, 1966-cı, ya 67-ci ildə idi, Moskvadan bir qərar gəldi. 
O vaxt Axundov məni çağırdı. Sov. İKP MK-nın qərarı idi, yazmış-
dılar ki, «Azərbaycan KP MK-ya – Axundova, Ermənistan KP MK-
ya – Koçinyana tapşırılsın ki, bu məsələni müzakirə edib məruzə et-
sinlər». Bu nə demək idi? Deməli, Azərbaycanın məsələ


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə