Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 11
Əməliyyatların ətraf mühitə təsirinin
qiymətləndirilməsi, azaldılması
vəmonitorinqi
Noyabr 2013-cü il
Yekun variant
11/29
Şəkil 11.10 25°C atqı temperaturunda dənizdə soyuducu suyun atılması üçün 3°C
dəyişmə - axının trayektoriyası və məsafəsi (m)
PLAN
ELEVATION
Point of discharge
Point of discharge
Soyuducu su sistemi 5ppbv mis/50ppbv xlorin boisid nəzarət sistemini daxil edəcək, lakin
atqıda hər iki elementin konsentrasiyası Ətraf Mühitin Keyfiyyət Standartlarından (ƏMKS) və
milli Maksimum İcazə Verilən Konsentrasiya səviyyələrindən aşağı olacaq
Cədvəl 11.21-də “Orta vəziyyət” miqyasını əks etdirən dənizdə soyuducu suyun yığımı və
atqısı üzrə 8 qiymətinin təyin olunması əsaslandırılır.
Yaşıl xətt şleyf
temperaturunun
harada ətraf mühit
temperaturundan
3°C yüksək
olacağının nəzərdə
tutulduğunu göstərir
Atılma nöqtəsi
Atılma nöqtəsi
HÜNDÜRLÜK
Plan
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 11
Əməliyyatların ətraf mühitə təsirinin
qiymətləndirilməsi, azaldılması
vəmonitorinqi
Noyabr 2013-cü il
Yekun variant
11/30
Cədvəl 11.21 Hadisənin miqyası
Parametr
İzahı
Reytinq
Dərəcə/Miqyas
Yığım: Sürət əmsalı istənilən istiqamətdə 3 m az məsafəyə yayılacaq
Atqı: Soyuducu suyun atqısı nəticəsində təsirlər yarana biləcək sahə atqı
nöqtəsindən 11 m məsafədə məhdudlaşdırılır.
1
Təkrarlanma
tezliyi:
ŞD2 Dəniz Əməliyyatları ərzində yığım və atqı daimi baş verəcək 3
Davametmə
müddəti
Soyuducu su sistemi ŞD2 Dəniz Əməliyyatları ərzində daimi istismar olunacaq
3
İntensivlik
Yığım: Aşağı intensivliyə malik fəaliyyət hesab olunur
Atqı: Tələbə uyğun olacaq ki, soyuducu suyun qarışma zonasının (atqı
nöqtəsindən 100m məsafədə olması ehtimal olunur) kənarındakı temperatur
ətraf suyun temperaturundan 3°C-dən artıq olmasın. Atqıların tərkibində zərərli
dayanıqlı materiallar olmayacaq.
1
Cəmi
8
11.6.1.3 Reseptorun həssaslığı
Bentik onurğasızlar soyuducu suyun yığımının, yaxud atqısının təsirinə məruz qalmayacaq.
Yığım cərəyan sahəsinin və atqı axınının ölçüləri kiçikdir və hər hansı su sütununda olan
orqanizmlərin atqı axınında qalması vaxtı hər hansı zərər yetirmək üçün çox qısadır.
3°C temperatur qradiyenti limitinə 11m atqı radiusunda nail olunur və bununla da
bioloji/ekoloji reseptorlara termal gərginlik yaratmaq üçün kifayət qədər yüksək olan
temperaturlar yalnız atqı yerinin bir neçə on santimetrliyində mövcud ola bilər. Belə ki, bu kiçik
zona daxilində təsirə məruz qala biləcək hər hansı reseptorun yaşaması mümkün deyil.
Yığım zamanı suitilərinin riskə məruz qalması gözlənilmir və yığım həyata keçirilən dərinlikdə
balıqlar aşağı yığım sürəti qradiyentini aºkarlamaq və ondan yayınmaq imkanına malikdir.
Zooplanktonlar və fitoplanktonlar su ilə birlikdə götürülməkdən kənarlaşmaq imkanında
olmayacaq, lakin su yığımı 75m dərinlikdə həyata keçiriləcək ki bu da adı çəkilən hər iki
qrupun əsas populyasiyalarının mövcud olduğu dərinlikdən xeyli aşağıdadır.
Cədvəl 11.22-də “Reseptorun aşağı həssaslığı”nı əks etdirən 2 qiymətinin təyin olunması
əsaslandırılır.
Cədvəl 11.22 Bioloji/ekoloji reseptorların həssaslığı
Parametr
İzahı
Reytinq
Dözümlülük
Suitilərin, balıqların və planktonların su yığımı və ya atqısı vasitəsilə təsirə məruz
qalmış su həcmi daxilində ardıcıl, yaxud əhəmiyyətli sayda mövcud olacağı
gözlənilmir. Bentoslar əhəmiyyətli dərəcədə təsirə məruz qalmayacaq.
1
Mövcudluq
Baxmayaraq ki, təsirə məruz qalma güman edilmir, suitilərin və balıqların
atqıların qısamüddətli təsirinə məruz qalması onlara mənfi təsir göstərməyəcək.
Planktonların atqının təsirinə məruz qalacağı güman edilmir.
1
Cəmi
2
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 11
Əməliyyatların ətraf mühitə təsirinin
qiymətləndirilməsi, azaldılması
vəmonitorinqi
Noyabr 2013-cü il
Yekun variant
11/31
11.6.1.4 Təsirin əhəmiyyəti
Cədvəl 11.23-da su yığımı və soyuducu suyun atqısı nəticəsində bioloji/ekoloji reseptorlara
yaranan təsirlərin xülasəsi verilir.
Cədvəl 11.23
Təsirin əhəmiyyəti
Soyuducu suyun yığımı və atqısı ilə bağlı aşağıdakı monitorinq və hesabatvermə tələbi AGT
ƏMİS-in bir hissəsini təşkil edir
ŞD2 platforma kompleksinin soyuducu suyunun biosid səviyyələri avtomatik
yoxlanacaq .
Su yığımı və atqısı proseslərinin layihələndirməsi və xüsusən də bunların baş verəcəyi
dərinlik az həssaslığa malik olduğu hesab edilən dəniz orqanizmlərinin təsirə məruz qalmasını
minimuma endirəcək. Yaranan cüzi mənfi təsir məqbul hesab olunur və mövcud nəzarət
vasitələrindən savayı, əlavə təsirazaldıcı tədbirlərin görülməsini tələb etmir.
11.6.2 Dəniz əməliyyatları - digər atqılar
11.6.2.1 Təsirazaltma tədbirləri
ŞDB platforma kompleksinin atqıları ilə əlaqədar mövcud təsirazaldıcı tədbirlər:
Fekal sular 100 ml-də ümumi asılı bərk hissəciklər 150mq/l və fekal koliform
bakteriyalar 200MPN (ən mümkün rəqəm) olmaqla USCG Type II standartlarına uyğun
ŞDB-YBTT platformasında təmizlənəcək ;
Üzən sülb maddələr, yaxud parıltılı təbəqə müşahidə olunmadığı təqdirdə
camaşırxanadan gələn məişət çirkab suları (təmizlənmədən) dənizə atılacaq . Yuyucu
toz kimi təmizləyici mayelər də daxil olmaqla AÇG və ŞD obyektlərində istifadə ediləcək
hər hansı kimyəvi maddənin seçilməsindən öncə ekoloji amillər nəzərə alınır.
Müntəzəm iş şəraitində yaşayış blokundan daxil olan digər məişət çirkab suları STP-də
təmizlənəcək.
STP
elə layihələndiriləcək ki, bioloji yolla parçalanan səthi aktiv maddələr atqıdan
qabaq parçalansın.
Axıntı sularından yaranan şlam ŞDB platforma kompleksindən sahilə, müvafiq atılma
ərazisinə daşınacaq ;
ŞDB-YBTT və ŞDB-HR açıq drenaj kessonları elə layihələndiriləcək ki, görünən yağ
təbəqəsi olmasın və dəniz səviyyəsindən 52 metr aşağıda atılsın ;
Təhlükəsizlik məqsədilə göyərtənin drenaj kollektorundan gələn drenaj suları birbaşa
göyərtə xaricinə istiqamətlənəcək; və
Platformanın mətbəxində əmələ gələn üzvi ərzaq artıqları maserator qurğusunda
MARPOL 73/78 Əlavə V: Gəmilərdən atılan tullantılardan çirklənmənin qarşısının
alınması qaydalarına uyğun olaraq 25 mm-dən az ölçüyədək doğranacaq və ŞDB-
YBTT çirkab su kessonuna axıdılacaq .
Hadisə
Hadisənin
miqyası
Reseptorun
həssaslığı
Təsirin əhəmiyyəti
Dəniz əməliyyatları Soyuducu suyun
yığımı və atqısı
Orta Aşağı
Cuzi Mənfi