4
Yanvar - Qriqorian təqvimində ilin birinci ayıdır. 31 gündən ibarətdir.
Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma allahı
Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin
on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı
olmuşdur.
Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir.
Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı" deməkdir.
Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar
ayında kəşf etmələri durur.
Milli ədəbiyyat
Nasir, ssenarist, publisist İbrahimov Sadıq Qurban oğlunun (Sadıq
Elcanlı) (12.01.1956) anadan olmasının 55 illiyi
Şairə Ələkbərzadə Mədinə Nurulla qızının (Mədinə Gülgün)
(17.01.1926-17.02.1991) anadan olmasının 85 illiyi
Nasir, publisist, tərcüməçi Afiyət Məmmədrza Abdulla oğlunun
(Mərəndi) (22.01.1926-12.05.1995) anadan olmasının 85 illiyi
Əməkdar elm xadimi, ədəbiyyatşünas, tənqidçi Dadaşzadə Araz
Məmməd oğlunun (30.01.1936-04.11.1990) anadan olmasının 75 illiyi
Xarici ədəbiyyat
Litva yazıçısı, Əməkdar incəsənət xadimi Ventslova Antanasın
(07.01.1906-28.06.1971) anadan olmasının 105 illiyi
Amerika yazıçısı London (Qriffit) Cekin (12.01.1876-22.11.1916)
anadan olmasının 135 illiyi
Ukrayna yazıçısı, şərqşünas, akademik Krımski Aqafangel Yefimoviçin
(15.01.1871-25.01.1942) anadan olmasının 140 illiyi
5
Rus yazıçısı Saltıkov-Şedrin Mixail Yevqrafoviçin (27.01.1826-
10.05.1889) anadan olmasının 185 illiyi
Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas Rollan Romenin
(29.01.1866-30.12.1944) anadan olmasının 145 illiyi
Tarixi günlər
Yeni il bayramı (01.01.)
Ümumxalq Hüzn Günü (20.01. 1990)
Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə
qəbul olunmasının (25.01.2001) 10 ili
Gömrük İşçiləri Günü (29.01.1992)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Kərimov Elgiz Kərim oğlunun
(05.01.1971-12.03.1992) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlunun
(19.01.1976-17.03.1995) anadan olmasının 35 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəsirov Yalçın Canhəsən oğlunun
(23.01.1976-24.03.1995) anadan olmasının 35 illiyi
Tarix
Əməkdar elm xadimi, tarixçi, şərqşünas Əlizadə Əbdülkərim Əli
oğlunun (11.01.1906-03.12.1979) anadan olmasının 105 illiyi
Görkəmli tarixçi, tarix elmləri doktoru Aşurbəyli Sara Balabəy qızının
(27.01.1906-17.07.2001) anadan olmasının 105 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Publisist, pedaqoq, tədqiqatçı alim Hacıyev Aydın Səfər oğlunun
(10.01.1936) anadan olmasının 75 illiyi
Amerika maarifçisi, dövlət xadimi, alim Franklin Bencaminin
(17.01.1706-17.04.1790) anadan olmasının 305 illiyi
6
Riyaziyyat. Fizika
Əməkdar elm və texnika xadimi, riyaziyyatçı, mexanik Xəlilov Zahid
İsmayıl oğlunun (14.01.1911-04.02.1974) anadan olmasının 100 illiyi
Əməkdar elm xadimi, riyaziyyatçı Həbibzadə Əmir Şamil oğlunun
(23.01.1916) anadan olmasının 95 illiyi
Fransız riyaziyyatçısı və mexaniki Laqranj Jozef Luinin (25.01.1736-
19.04.1813) anadan olmasının 275 illiyi
Mühəndis işi. Texnika
Əməkdar elm və texnika xadimi, neft-mədən işləri sahəsində alim
Tağıyev Əyyub İsmayıl oğlunun (27.01.1911-17.01.1966) anadan
olmasının 100 illiyi
Biologiya. Kimya
Əməkdar həkim, mikrobioloq-immunoloq Mahmudbəyova
Məryəm Fərəməz qızının (02.01.1921-1992) anadan olmasının
90 illiyi
İqtisadiyyat
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru Vəliyev Teymur
Süleyman oğlunun (15.01.1926-2002) anadan olmasının 85 illiyi
Teatr. Kino
Xalq artisti Dadaşov Rafael Məlik oğlunun (04.01.1946) anadan
olmasının 65 illiyi
Rus aktyoru, Xalq artisti Kryuçkov Nikolay Afanasyeviçin
(06.01.1911-13.04.1994) anadan olmasının 100 illiyi
Xalq artisti, kinorejissor Quliyev Eldar Tofiq oğlunun (18.01.1941)
anadan olmasının 70 illiyi
7
Əməkdar artist Məmmədov Sabir Novruz oğlunun (24.01.1961)
anadan olmasının 50 illiyi
Musiqi
Əməkdar artist, müğənni Səfurə Əziminin (06.01.1946-
27.11.2001) anadan olmasının 65 illiyi
Kamança ifaçısı, sənətşünaslıq doktoru İmrani Rafiq Hüseyn oğlunun
(23.01.1951) anadan olmasının 60 illiyi
Avstriya bəstəkarı Motsart Volfqanq Amadeyin (27.01.1756-
05.12.1791) anadan olmasının 255 illiyi
Fəlsəfə
Filosof,
akademik Aslanov Aslan Məmməd oğlunun (01.01.1926-
23.08.1995) anadan olmasının 85 illiyi
Kitabxana işi. Kitabxanaşünaslıq
İlk sahəvi kitabxanalardan Respublika Elmi Kənd Təsərrüfatı
Kitabxanasının yaradılmasının (21.01.1921) 90 illiyi
Dostları ilə paylaş: |