16
tipik obrazlarını yaradan müəllifin rəğbət hissi ən
çətin anda belə öz ləyaqətini, mərdanəliyini saxlayan-
ların tərəfindədir.
Həmin əsərlərdə insan və təbiət münasibətlərinin
minbir labirintini açmağa cəhd göstərən yazıçı ən çə-
tin məqamlarda insanlıq ləyaqətini itirməyən, taleyin
ölüm girdabına boyun əyməyərək son nəfəsədək həyat
uğrunda çarpışan qəhrəmanları insanın əyilməz
iradəsinin simvoluna çevrilir.
Keçmiş SSRİ məkanında Cek Londonun ədəbi tale-
yi çox uğurlu olmuşdur. Onun əsərlərini dilimizə ilk
dəfə hələ XIX-XX əsrlərdə X.Əzizbəyli və A.Əliyev
tərcümə etmiş, “İtirilmiş səma”, “Ağ diş” və “Belyu
qoxusu” kitabları hələ o vaxt ərəb əlifbası ilə çapdan
çıxmışdır.
Keçən əsrin altmışıncı illərindən onun yaradıcılığına
maraq daha da artmışdır. Xüsusilə “Martin İden” av-
tobioqrafik romanı tərcümə ədəbiyyatımız tarixində
ciddi hadisə sayıla bilər. Həmin illərdə tanınmış yazıçı-
dramaturq Yusif Əzimzadə
Amerika nasirinin “Dəmir
daban” romanını tərcümə
etmişdir. Bundan başqa
onun “Əcdadların harayı”,
“Ağ diş”, “Ağır əlcəklər”,
“Meksikalı” povestləri və
bir sıra hekayələri ingilis və
rus dillərindən dilimizə tər-
cümə edilmişdir.
Onun əsərlərinin motiv-
ləri əsasında 50-dən artıq
film çəkilmişdir.
Cəmi 40 il yaşamış Cek
London 1916-cı il noyabrın
22-də Kaliforniyanın Qlen-
Ellen şəhərciyində vəfat
etmişdir.
Ədəbiyyat
Seçilmiş əsərləri /C.London.- Bakı: Öndər nəşriyyatı, 2005.- 512 s.
London Cek //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1982.- C.6.-
S.260.
Rus dilində
Сочинения: в 2 т. /Дж.Лондон.- Киев: Динипро, 1987.
İnternetdə
www.anl.az
www.az.wikipedia.org
www.kitab.sitecity.ru
www.mm-mobile.net
Səmayə Quliyeva
17
Zahid İsmayıl oğlu Xəlilov
1911-ci il yanvar ayının 14-də
Tiflis quberniyasının Ekatri-
nenfeld nahiyəsinin (indiki
Bolnisi rayonu) Saraçlı kəndin-
də anadan olmuşdur.
Orta məktəbi və Türk Pedaqoji Texnikumunu Tif-
lisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbay-
can Dövlət Universitetinin Riyaziyyat şöbəsinə daxil
olmuş, 1930-1934-cü illərdə universitetdə bu fakültə
bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji
İnstitutunda (indiki APU) başa vuraraq yenidən Tifli-
sə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri
İnstitutunda işləmişdir.
1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspi-
ranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tiflis
Dövlət Universitetində məşhur riyaziyyatçı, professor
S.Berqmanın rəhbərliyi altında “Kleb məsələsi və
onun ümumiləşməsi” mövzusunda dissertasiya müda-
fiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim
İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizə-
di - alimlik dərəcəsi alan şəxsdir.
1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Uni-
versitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmi-
şəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.
1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına
keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası
yarandıqda isə onu Fizika və riyaziyyat bölmələrinin
rəhbəri təyin etmişlər. Z.Xəlilov 1946-cı ildə “Sərhəd
məsələlərinin parametrdən asılılığının tədqiqi” möv-
zusunda dissertasiyasını
müvəffəqiyyətlə müdafiə
edərək 35 yaşında Azərbay-
canın ilk fizika-riyaziyyat
elmləri doktoru olmuşdur.
Artıq 1950-ci illərin əv-
vəllərindən başlayaraq
Z.Xəlilovun elmi əsərləri
Moskva, Leninqrad (indiki
Sankt-Peterburq), Kiyev,
Tiflis kimi elmi mərkəzlər-
də, eləcə də Amerika Bir-
ləşmiş Ştatlarında çap olu-
naraq ona şöhrət gətirmiş-
dir. Zahid müəllim nəinki
Azərbaycan funksional ana-
liz məktəbinin banisi, həm
də SSRİ-də bu sahənin ide-
oloqlarından biri olmuşdur.
Əsas tədqiqatları funksional
analiz, onun inteqral və
diferensial tənliklərə tətbi-
qi, bütöv mühit mexanikası,
avtomatik idarəetmə siste-
minin riyazi nəzəriyyəsi,
tətbiqi riyaziyyat və riya-
ziyyatın başqa səhələrinə
aiddir. Azərbaycanın ilk ri-
yaziyyatçılarından biri olan
alim funksional analiz mək-
Yanvar
100 illiyi
Zahid Xəlilov
1911-1974
Riyaziyyatçı
14
18
təbinin əsasını qoymuşdur. Poliharmonik tənliklər sis-
temi üçün ümumi sərhəd məsələsini həll etmiş, dəyi-
şənlərinə ayrılmayan qarışıq məsələlərin həlli üçün
Furye üsulunun analoqunu, qarışıq tipli model tənlik-
ləri üçün şəbəkə üsulunu vermişdir. O, mücərrəd sin-
qulyar operatorlar nəzəriyyəsini yaratmış, yeraltı hid-
romexanikanın neft və qaz yataqlarının işlənməsində
tətbiq olunan bir çox məsələnin həllini vermiş, Banax
fəzasında öz-özünə qoşma olmayan operatorun spek-
trini tədqiq etmişdir. Banax cəbrində sinqulya tənlik-
lərin həlli üçün ümumi bir metod dünya riyaziyyatın-
da “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə ta-
nınmışdır.
Dünyaşöhrətli alimin yüksək ixtisaslı kadrların ha-
zırlanmasında böyük xidməti var. Zahid Xəlilov Azər-
baycan funksional analiz məktəbinin banisi olmaqla
yanaşı, həm də SSRİ-də ilk “Funksional analiz” dərs-
liyinin müəllifidir (1949).
O, Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin pre-
zidenti seçilmişdir.
Zahid Xəlilov Azərbaycan dilində ilk riyaziyyat lü-
ğətinin tərtibçisi və təşkilatçısı olmuşdur. Z.Xəlilovun
72-dən çox elmi məqaləsi çap olunmuşdur.
Zahid Xəlilov uzun müddət Azərbaycan EA-nın
Mexanika-Riyaziyyat İnstitutunun direktoru, akade-
mik-katib, vitse-prezident və Azərbaycan EA-nın
prezidenti, SSRİ Ali Sove-
tinin deputatı olmuşdur.
Z.İ.Xəlilov ömrünün axırı-
na kimi keçmiş SSRİ-də
həm sovet riyaziyyatçıları-
nın, həm də sovet mexanik-
lərinin milli komitələrinin
(yarandıqları gündən) üzvü
olmuşdur. Elmin və mədə-
niyyətin inkişafındakı mi-
silsiz xidmətlərinə görə,
1960-cı ildə Zahid Xəlilova
“Əməkdar elm xadimi” fəxri
adı verilmişdir. O, “Qırmızı
Əmək Bayrağı”, “Şərəf
Nişanı” ordenləri və bir neçə
medalla təltif olunmuşdur.
Zahid Xəlilov rus və al-
man dillərini mükəmməl
bilirdi.
1974-cü il fevral ayının
4-də 63 yaşında vəfat et-
mişdir. Məzarı Fəxri Xiya-
bandadır. Bakı şəhərində
adına küçə və məktəb var.
Ədəbiyyat
Xəlilov Zahid İsmayıl oğlu (14.01.1911) //Azərbaycn Sovet Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.- C.1.- S.75-76.
İbrahimov, İ. Riyaziyyata həsr olunmuş ömür /İ.İbrahimov; tərt. ed. və red.
S.İbrahimova; red. A.Məmmədov.- Bakı: Elm, 2002.
Məmmədov, O. Riyaziyyat elminin yaradıcıları haqqında /O.Məmmədov; rəyçi və
ön söz. müəl. F.Maqsudov.- Bakı: Maarif, 1991.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org
www.science.gov.az
Nailə Alışova
Dostları ilə paylaş: |