Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə6/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   2   3   4   5   6   7   8   9   ...   141

16 

tipik obrazlarını yaradan müəllifin rəğbət hissi ən 

çətin anda belə öz ləyaqətini, mərdanəliyini saxlayan-

ların tərəfindədir. 

Həmin  əsərlərdə insan və  təbiət münasibətlərinin 

minbir labirintini açmağa cəhd göstərən yazıçı ən çə-

tin məqamlarda insanlıq ləyaqətini itirməyən, taleyin 

ölüm girdabına boyun əyməyərək son nəfəsədək həyat 

uğrunda çarpışan qəhrəmanları insanın  əyilməz 

iradəsinin simvoluna çevrilir. 

Keçmiş SSRİ məkanında Cek Londonun ədəbi tale-

yi çox uğurlu olmuşdur. Onun əsərlərini  dilimizə ilk 

dəfə  hələ XIX-XX əsrlərdə X.Əzizbəyli və A.Əliyev 

tərcümə etmiş, “İtirilmiş  səma”, “Ağ diş” və “Belyu 

qoxusu” kitabları hələ o vaxt ərəb əlifbası ilə çapdan 

çıxmışdır. 

Keçən əsrin altmışıncı illərindən onun yaradıcılığına 

maraq daha da artmışdır. Xüsusilə “Martin İden” av-

tobioqrafik romanı  tərcümə  ədəbiyyatımız tarixində 

ciddi hadisə sayıla bilər. Həmin illərdə tanınmış yazıçı-

dramaturq Yusif Əzimzadə 

Amerika nasirinin “Dəmir 

daban” romanını  tərcümə 

etmişdir. Bundan başqa 

onun “Əcdadların harayı”, 

“Ağ diş”, “Ağır  əlcəklər”, 

“Meksikalı” povestləri və 

bir sıra hekayələri ingilis və 

rus dillərindən dilimizə tər-

cümə edilmişdir.  

Onun  əsərlərinin motiv-

ləri  əsasında 50-dən artıq 

film çəkilmişdir. 

Cəmi 40 il yaşamış Cek 

London 1916-cı il noyabrın 

22-də Kaliforniyanın Qlen-

Ellen  şəhərciyində  vəfat 

etmişdir. 

 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /C.London.- Bakı: Öndər nəşriyyatı, 2005.- 512 s. 



     London Cek //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1982.-    C.6.- 

S.260. 


Rus dilində 

 

Сочинения: в 2 т. /Дж.Лондон.- Киев: Динипро, 1987. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

www.kitab.sitecity.ru 

www.mm-mobile.net 

 

                                                              Səmayə Quliyeva 




17 

 

Zahid İsmayıl oğlu  Xəlilov 

1911-ci il yanvar ayının 14-də 

Tiflis quberniyasının Ekatri-

nenfeld nahiyəsinin (indiki 

Bolnisi rayonu) Saraçlı kəndin-

də anadan olmuşdur. 

Orta məktəbi və Türk Pedaqoji Texnikumunu Tif-

lisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbay-

can Dövlət Universitetinin Riyaziyyat şöbəsinə daxil 

olmuş, 1930-1934-cü illərdə universitetdə bu fakültə 

bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji 

İnstitutunda (indiki APU) başa vuraraq yenidən Tifli-

sə qayıtmış  və  Dəmir yolu Nəqliyyatı Mühəndisləri 

İnstitutunda işləmişdir. 

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspi-

ranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tiflis 

Dövlət Universitetində məşhur riyaziyyatçı, professor 

S.Berqmanın rəhbərliyi altında “Kleb məsələsi və 

onun ümumiləşməsi” mövzusunda dissertasiya müda-

fiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim 

İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizə-

di - alimlik dərəcəsi alan şəxsdir. 

1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Uni-

versitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmi-

şəlik Azərbaycan və onun elmi ilə bağlamışdır. 

1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına 

keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası 

yarandıqda isə onu Fizika və riyaziyyat bölmələrinin 

rəhbəri təyin etmişlər. Z.Xəlilov 1946-cı ildə “Sərhəd 

məsələlərinin parametrdən asılılığının tədqiqi” möv-

zusunda dissertasiyasını 

müvəffəqiyyətlə müdafiə 

edərək 35 yaşında Azərbay-

canın ilk fizika-riyaziyyat 

elmləri doktoru olmuşdur. 

Artıq 1950-ci illərin  əv-

vəllərindən başlayaraq 

Z.Xəlilovun elmi əsərləri 

Moskva, Leninqrad (indiki 

Sankt-Peterburq), Kiyev, 

Tiflis  kimi elmi mərkəzlər-

də, eləcə  də Amerika Bir-

ləşmiş  Ştatlarında çap olu-

naraq ona şöhrət gətirmiş-

dir. Zahid müəllim nəinki 

Azərbaycan funksional ana-

liz məktəbinin banisi, həm 

də SSRİ-də bu sahənin ide-

oloqlarından biri olmuşdur. 

Əsas tədqiqatları funksional 

analiz, onun inteqral və 

diferensial tənliklərə  tətbi-

qi, bütöv mühit mexanikası, 

avtomatik idarəetmə siste-

minin riyazi nəzəriyyəsi, 

tətbiqi riyaziyyat və riya-

ziyyatın başqa səhələrinə 

aiddir. Azərbaycanın ilk ri-

yaziyyatçılarından biri olan 

alim funksional analiz mək-

 

Yanvar  



 

100 illiyi 

Zahid Xəlilov 

1911-1974 

 

 

 



Riyaziyyatçı 

14 



18 

təbinin əsasını qoymuşdur. Poliharmonik tənliklər sis-

temi üçün ümumi sərhəd məsələsini həll etmiş, dəyi-

şənlərinə ayrılmayan qarışıq məsələlərin həlli üçün 

Furye üsulunun analoqunu, qarışıq tipli model tənlik-

ləri üçün şəbəkə üsulunu vermişdir. O, mücərrəd sin-

qulyar operatorlar nəzəriyyəsini yaratmış, yeraltı hid-

romexanikanın neft və qaz yataqlarının işlənməsində 

tətbiq olunan bir çox məsələnin həllini vermiş, Banax 

fəzasında öz-özünə qoşma olmayan operatorun spek-

trini tədqiq etmişdir. Banax cəbrində sinqulya tənlik-

lərin həlli üçün ümumi bir metod dünya riyaziyyatın-

da “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə ta-

nınmışdır.  

Dünyaşöhrətli alimin yüksək ixtisaslı kadrların ha-

zırlanmasında böyük xidməti var. Zahid Xəlilov Azər-

baycan funksional analiz məktəbinin banisi olmaqla 

yanaşı, həm də SSRİ-də ilk “Funksional analiz” dərs-

liyinin müəllifidir (1949). 

 O,  Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin pre-

zidenti seçilmişdir.  

Zahid Xəlilov Azərbaycan dilində ilk riyaziyyat lü-

ğətinin tərtibçisi və təşkilatçısı olmuşdur. Z.Xəlilovun 

72-dən çox elmi məqaləsi çap olunmuşdur. 

Zahid Xəlilov uzun müddət Azərbaycan EA-nın 

Mexanika-Riyaziyyat  İnstitutunun direktoru, akade-

mik-katib, vitse-prezident və Azərbaycan EA-nın 

prezidenti, SSRİ Ali Sove-

tinin deputatı olmuşdur. 

Z.İ.Xəlilov ömrünün axırı-

na kimi keçmiş SSRİ-də 

həm sovet riyaziyyatçıları-

nın, həm də sovet mexanik-

lərinin milli komitələrinin 

(yarandıqları gündən) üzvü 

olmuşdur. Elmin və  mədə-

niyyətin inkişafındakı mi-

silsiz xidmətlərinə görə

1960-cı ildə Zahid Xəlilova 

“Əməkdar elm xadimi” fəxri 

adı verilmişdir. O, “Qırmızı 

Əmək Bayrağı”, “Şərəf 

Nişanı” ordenləri və bir neçə 

medalla təltif olunmuşdur. 

Zahid Xəlilov rus və al-

man dillərini mükəmməl  

bilirdi. 

1974-cü il fevral ayının 

4-də 63 yaşında vəfat et-

mişdir. Məzarı  Fəxri Xiya-

bandadır. Bakı  şəhərində 

adına küçə və məktəb var. 



 

Ədəbiyyat 

 

Xəlilov Zahid İsmayıl oğlu (14.01.1911) //Azərbaycn Sovet Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.- C.1.- S.75-76. 

İbrahimov,  İ. Riyaziyyata həsr olunmuş ömür /İ.İbrahimov; tərt. ed. və red. 

S.İbrahimova; red. A.Məmmədov.- Bakı: Elm, 2002.  

Məmmədov, O. Riyaziyyat elminin yaradıcıları haqqında /O.Məmmədov; rəyçi və 

ön söz. müəl. F.Maqsudov.- Bakı: Maarif, 1991. 

İnternetdə 

www.adam.az 

www.az.wikipedia.org 

www.science.gov.az 



Nailə Alışova  


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə