Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə7/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   2   3   4   5   6   7   8   9   10   ...   141

19 

 

   Mədinə Nurulla qızı  Ələkbərza-



də (Mədinə Gülgün) 1926-cı il yan-

var ayının 17-də  Bakıda fəhlə ailə-

sində anadan olmuşdur. Burada ibti-

dai məktəbi bitirmişdir. 1938-ci ildə 

ailəliklə Cənubi Azərbaycanın Ərdə-

bil şəhərinə köçmüşlər. Sonra Təbriz 

şəhərində yaşamış,  əmək fəaliyyəti-

nə burada toxuculuq karxanasında başlamışdır.  

Sonralar Təbriz Dram Teatrında çalışmışdır. “Azər-

baycan qəzeti” redaksiyasında xüsusi müxbir işləmiş 

Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbay-

can Milli Azadlıq Hərəkatının fəal iştirakçısı  və öz 

mübariz şeirləri ilə ömrü boyu  həmin inqilabın carçısı 

olmuşdur.  

O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun 

Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. 

   Onlarca  şeir kitabları nəşr olunmuşdur. Bu kitabla-

rın başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, in-

sanlara canı yanan fədakar bir ana qəlbinin arzu və  

 

 



istəkləridir. Onun lirik şeir-

ləri və mahnıları dillər  əz-

bəridir. 

Əsərləri bir sıra xarici öl-

kələrin dillərinə  tərcümə 

olunmuşdur.  

O, Azərbaycan Ali Soveti 

Rəyasət Heyətinin Fəxri 

fərmanları (1960, 1974, 

1986), “Şərəf Nişanı” or-

deni (1980), “21 Azər” 

(1946), “Əmək veteranı” 

(1948) və digər medallarla 

təltif olunmuşdur. Respub-

likanın “Əməkdar incənət 

xadimi” fəxri adına layiq 

görülmüşdür. 

Mədinə Gülgün 1992-ci il 

fevralın 17-də Bakıda vəfat 

etmiş, Fəxri Xiyabanda 

dəfn olunmuşdur. 

Ədəbiyyat 

Seçilmiş əsərləri /Mədinə Gülgün.- Bakı: Şərq-Qərb, 2004.- 224 s. 

Mən bu ömrü uzadım: (Şeirlər) /Mədinə Gülgün.- Bakı: Tədris 1997.- 198 s. 

Novruz bayramına həsr olunmuş seir /Mədinə  Gülgün  //Respublika.-  2003.-         

20 mart.- S.5. 

İnternetdə 

www.anl.az 

www.az-wikipedia.orq 

Saqibə Mehrəliyeva 

 

Yanvar  



 

85 illiyi 

Mədinə Gülgün  

1926-1992 

 

 

 



Şairə 

17 



20 

 

Bencamin Franklin 1706-cı il 

yanvar ayının 17-də Bostonda də-

mirçi ailəsində anadan olmuşdur.  

13 yaşından tipoqrafiyada işləmə-

yə başlamışdır. Artıq 16 yaşına ça-

tanda yerli qəzetlərdə  məqalələri 

çıxmağa başlayır. Lakin Boston ona 

cansıxıcı  gəldiyindən o Pensilvaniyaya - Filadelfiya 

şəhərinə gəlir. Orada özünə çox böyük şöhrət qazanır 

və Filadelfiya qubernatoru tərəfindən Londona göndə-

rilir. Bir çoxları bilməsə də məhz Bencamin Franklin 

tərəfindən dünyada ilk dəfə olaraq öz üzvləri üçün 

pulsuz kitabxana və elm mərkəzinə malik olan klub 

yaradılmışdır. Həmin dövr üçün bu, görünməmiş ad-

dım idi. 

Dövlət qulluğunda olduğu zaman ərzində 1743-cü 

ildə Amerika Fəlsəfə  cəmiyyətinin və Filadelfiya 

Akademiyasının da yaradıcısı bu dahi şəxsiyyət ol-

muşdur. Franklin bütün koloniya nümayəndələrinin 

iştirakı ilə konqressin çağırılmasının ilk təşəbbüskar-

larından olmuşdur. 1757-1775-ci illərdə Franklin Şi-

mali Amerika koloniyalarının Londonda təmsilçisi ol-

muşdur. Azadlıq Müharibəsi başlayan kimi o öz vətə-

ninə qayıtmışdır. Tezliklə Parisə yenidən nümayəndə 

kimi göndərilmişdir. Onun xüsusi diplomatik bacarı-

ğının nəticəsində fransız-amerikan danışıqları  uğurla 

başa çatır. 1783-cü ildə Versal danışıqlarında Böyük 

Britaniyanın Amerikanı suveren və müstəqil olduğunu 

rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. 

Məhz o, müharibənin uğur-

lu sonluğunun və bugünkü 

qüdrətli Amerika dövlətinin 

təməlini qoyan və dövlətin 

xarici düşmənlərini neytral-

laşdıran 

şəxsiyyət idi. 

1785-ci ildə  vətəninə qayı-

danda qanunverici yığınca-

ğın prezidenti seçilir. Onun 

digər bir xidməti də ABŞ 

Konstitusiyasının hazırlan-

ması zamanı yaxından bu 

işdə kömək etməsi olmuş-

dur. 

Bencamin Franklin 



 

Amerika Birləşmiş Ştatları-

nın banilərindən biri, yük-

sək intellektə sahib olmaq-

la, yazıçı, satirist, siyasi nə-

zəriyyəçi, siyasətçi, poçt-

meyster, alim, ixtiraçı, döv-

lət xadimi və diplomat kimi 

məşhurluq qazanmışdır. Elm-

də elektrik və optika sa-

həsindəki tədqiqatları ilə ta-

nınır. O, ABŞ-da ilk ictimai 

kitabxananın və Pensilvani-

yada ilk yanğınsöndürmə 

idarəsinin yaradıcısıdır. 

 

Yanvar  



 

305 illiyi 

Bencamin Franklin 

1706-1790 

 

 

 



Dövlə

xadimi 


17 


21 

Bencamin Franklin ABŞ-ın baniləri arasında yega-

nə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranma-

sında  əsas rol oynayan hər üç sənədə imza atmışdır. 

Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiya-

sı  və 13 Britaniya koloniyasının müstəqillik uğrunda 

apardığı müharibəni bitirən 1783-cü il Versal sülh 

müqaviləsidir. 

1928-ci ildən Franklinin portreti ABŞ-ın 100 dol-

larlıq pul əskinaslarının üzərində təsvir olunur. 

Onun dahiliyi həm də onda idi ki, o yalnız dövlət 

qulluqçusu və qurucusu kimi deyil, həm də alim kimi 

o dövrün ən məşhur simalarından idi. Belə ki, müasir 

dövrdə  ən çox müzakirə edilən insan hüquqları ilə 

bağlı elmi yanaşmanın banilərindən biri də Bencamin 

Franklin olmuşdur. Frank-

lin, yaşamaq hüququ, azad-

lıq hüququ və mülkiyyət 

hüququnu insanın təbii ay-

rılmaz hüquqlarından sayır-

dı. Onun elmi pamfletləri 

və məqalələri əsasında gün-

lərimizdə  ən inkişaf etmiş 

dövlətlər insan hüquqları 

sahəsində öz daxili strate-

giyalarını müəyyən edirlər. 

Bencamin Franklin 

1790-cı il aprel ayının 17-

də vəfat etmişdir.  

 

Ədəbiyyat 

 

«Автобиография» Б. Франклина.- М.: Моск. рабочий, 1988.- 48 с.- 

(Первоисточники) 

Б.Франклин и Россия //Философский век, альманах.- 2006.- № 32-33. 

Иванов, Р. Франклин /Р.Иванов.- М.: Молодая гвардия, 1972.- (Серия ЖЗЛ) 

İnternetdə 

www.ferqli.com 

www.qeribler.com 

www.wikipedia.org 



Adilə Abdullayeva 

 

Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar. 



Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır. 

Əgər boş vaxtının olmasını istəyirsənsə vaxtını boşa itirmə. 

Qardaş dost olmaya bilər - amma dost həmişə qardaşdır. 

Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir. 

Həyatı sevirsənsə vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.  

Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə 

düzgün insan olardılar. 

Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan, yenidən əvvəlki vəziyyə-

tinə qaytarmaq isə çox çətindir. 

Bir bu gün iki sabaha dəyər. 



 

Bencamin Franklin


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə