Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə9/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   5   6   7   8   9   10   11   12   ...   141

25 

 

     Azərbaycanın  ərazi bütövlüyünü pozmaq cəhdlərinə

keçmiş SSRİ  rəhbərliyinin Azərbaycanla bağlı apardığı 

qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə 

zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq kü-

çələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakı-

ya və respublikanın digər rayonlarına 1990-cı il yanvarın 

20-də sovet hərbi hissələri yeridildi və qanlı faciə törə-

dildi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı ol-

mayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edil-

di. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdu. Bu hadisə sovet re-

jiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir ci-

nayət hadisəsi idi.

  

Həmin dövrdə xalqımıza  ən böyük mənəvi dəstəyi Moskvada yaşayan və 



M.Qorbaçovun təqib və təzyiqləri ilə üzləşən ümummilli  lider Heydər Əliyev verdi. 

Bu görkəmli  şəxsiyyət hər an təhlükə ilə üzləşə biləcəyinə baxmayaraq 1990-cı il 

yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gəldi və 

törədilmiş faciə  ilə bağlı bəyanat verdi. 20 Yanvar faciəsində əli olan Azərbaycan və 

sovet rəhbərliyini ifşa etdi, onların xalqımız qarşısında tarixi məsuliyyət daşıdıqlarını 

vurğuladı. 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar fa-

ciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. 

1993-cü ildən başlayaraq 20 Yanvar faciəsinin xalqımızın tarixindəki yeri və ro-

lu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə 

mühüm işlər görülmüşdür. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiya-

banında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucal-

dılmış möhtəşəm “Əbədi məşəl” abidə kompleksi də ümummilli lider Heydər Əliye-

vin təşəbbüsü ilə tikilmişdir və 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-

cı il Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. 

20 Yanvarı Azərbaycan xalqının Milli müstəqillik mübarizəsinin başlanması və xalq 

hərəkatının qəhrəmanlıq səhifəsi kimi qəbul etmək lazımdır.  

Yanvar 


Azərbaycan xalqının Milli 

Azadlıq mübarizəsi 

 

20 



26 

 

     Yalçın Canhəsən oğlu Nəsirov 



1976-cı il yanvar ayının 23-də As-

tara rayonunun Sərək kəndində 

dünyaya göz açmışdır. 1982-ci ildə 

birinci sinifə getmiş, 1992-ci ildə 

onuncu sinfi bitirmişdir. Orta təhsi-

lini başa vurduqdan sonra rayonla-

rında sürücü peşəsinə yiyələnmiş-

dir. 1994-cü il aprelin 19-da Astara rayon Hərbi Ko-

missarlığı  tərəfindən Milli Orduya çağırılmışdır. O, 

Daxili qoşunların tərkibində Lökbatanda 2 ay hərbi tə-

lim keçir, sonra xidmətini Tərtər və  Şamaxı rayonla-

rında davam etdirir. Yalçın komandirlərin tapşırıqları-

nı vaxtında yerinə yetirirdi. Gənc əsgər böyük arzular-

la yaşayırdı. Lakin bu zaman 1995-ci ilin məlum mart 

hadisələri başladı. Silahlı  dəstə dövlətçiliyimizə  və 

müstəqilliyimizə  zərbə endirmək məqsədilə dövlət 

çevrilişinə cəhd etdi. Silahı yerə qoymaq üçün bir ne-

çə  dəfə  xəbərdarlıq edilsə  də, bu, heç bir nəticə ver-

mədi. Ordu güc göstərmək məcburiyyətində qaldı. 

Müstəqilliyimizin qorunub saxlanmasında Yalçın Nə-

sirov da Milli Ordunun əsgəri kimi öz vətənpərvərlik 

borcunu yerinə yetirirdi. O, martın 13-dən 17-nə kimi 

keçirilən bütün əməliyyatlarda iştirak etmiş, 17-dən 

18-nə keçən gecə ağır yaralanmışdı.  

 

 

Çoxlu qan itirmişdi. Onu 



təcili olaraq Sabunçu rayon 

xəstəxanasına çatdırdılar. 

Lakin artıq gec idi... Hə-

kimlər onu həyata qaytara 

bilmədi. Martın 24-də o, 

gözlərini əbədi olaraq yumdu. 

    Subay idi. 

    Azərbaycan Respublikası 

Prezidentinin 4 aprel 1995-

ci il tarixli 307 saylı Fərma-

nı ilə  Nəsirov Yalçın Can-

həsən oğluna ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilmışdir. 

    Sərək kəndində dəfn edil-

mişdir. 


    Sərək kənd orta məktəbi 

onun adını daşıyır. 

   Milli Qəhrəmanın  xatirə-

sini  əbədiləşdirmək məqsə-

dilə Astara rayonundakı 

“Qəhrəmanlar Bağı”nda 

büstü qoyulub. 

 

Ədəbiyyat 

        İsgəndərova, R. Astaranın ilk Milli Qəhrəmanı /R.İsgəndərova.- Bakı: Mütər-

cim, 2006.- 60 s. 

 

Yanvar  


 

35 illiyi 

 

 

 



Yalçın Nəsirov 

1976-1995 

 

 

 



 

 

Milli 



Qəhrəman 

23 



27 

        Hacızadə, M. Şahidlik edən göyərçin /M.Hacızadə //Baharı xəzanə dönən 

oğullar.- Bakı, 1996.- S.46. 

        Əsgərov, V. Nəsirov Yalçın Canhəsən oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.170. 

       Nəsirov Yalçın Canhəsən oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.163-164. 

     Nəsirov, C. Qəhrəman oğullarla fəxr edirik: (Atasının Azərbaycan Respublikası 

Prezidenti Heydər Əliyevə təşəkkür teleqramı) /C.Nəsirov //Azərbaycan.- 1995.-     

14 aprel.- S.2. 



 

 

Bəybala Ələsgərov 

 

 

 

 

 

 

 

 

Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində  əbədi 

yaşayırlar... Biz onların qəhrəmanlığı,  şəhidliyi ilə  fəxr edirik. Bu bizim 

millətimizin iftixarıdır. 

 

Heydər Əliyev, 

 ümummilli lider 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə