Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə17/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   13   14   15   16   17   18   19   20   ...   141

50 

Şairin  əsərlərinin süjetləri  əsasında çoxlu musiqili 

əsərlər (opera, balet və s.), həyat və yaradıcılığından 

bəhs edən bədii  əsərlər (Aybəkin “Nəvai” romanı  və 

s.) yaradılmış, haqqında bədii film (“Əlişir Nəvai”, 

1948) çəkilmişdir. Nəvai  şəhəri  şairin  şərəfinə ad-

landırılmışdır. Özbəkistanda adına maarif və  mə-

dəniyyət müəssisələri, ali məktəb və küçə var. Azər-

baycanda Nəvai adına küçə var. Nəvai irsinin tədqi-

qatçısı  Həmid Araslıya 

“Özbəkistan SSR Əməkdar 

elm xadimi” adı verilmişdir 

(1968). 

Əlişir Nəvai 1501-ci il 

yanvar ayının 3-də Heratda 

vəfat etmişdir. 



 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /Ə.Nəvai.- Bakı: Öndər nəşriyyat, 2004.- 423 s. 

Nağıyeva, C. Azərbaycanda Nəvai /C.Nağıyeva.- Bakı: “Tural-Ə” NPM, 2001.-  

262 s. 


Nəvai  Əlişir //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1983.- C.7.- 

S.216-217. 

 

Rus dilində 

 

Нагиева, Д. Навои и Азербайджанская литература, ХV-ХIХ вв. /Д.Нагиева.- 

Ташкент: Фан, 1990.- 134 с. 

 

İnternetdə 

www.tourism.az 

www.az.wikipedia.orq 

 

 

                                                           Səmayə Quliyeva 



51 

 

     Bəhram Süleyman oğlu Mansurov 



1911-ci il fevral ayının 12-də Bakıda 

anadan olub. 

XIX  əsrin II yarısı  və xüsusilə XX 

əsrdə Azərbaycan musiqisinin, muğam 

sənətinin inkişafında böyük rolu olmuş 

Mansurovlar nəslinin nümayəndəsidir. 

Nəslin ağsaqqalı  Məşədi Məlik Mansurovun, onun 

oğlanları  Məşədi Süleyman, Məşədi Mansur Mansu-

rovların musiqi mədəniyyətimizin inkişafında böyük 

xidmətləri olmuşdur. 

   Bəhram Mansurovun gözünü dünyaya açandan 

muğamla nəfəs alan bir mühitdə böyüməsi, təbiidir ki

onun ömür yolunu müəyyən etmiş  və o, uşaqlıqdan 

sənət aləminə qədəm qoymuşdur. Tar çalmağı atasın-

dan, əmisindən öyrənsə də, onun kamil bir tarzən kimi 

yetişməsində böyük sənətkarımız, Mirzə Sadıq məktə-

binin  ənənələrini davam etdirən, tar ifaçılığı  sənətini 

yüksək zirvəyə qaldırmış Qurban Pirimovun əməyi 

çox olub. Xüsusilə opera repertuarını  Bəhram Man-

surov Qurban Pirimovdan öyrəndiyini, onunla 35 il çi-

yin-çiyinə muğam-operalarını müşayiət etdiyini göstərir.        

Musiqi kollektivlərində, opera və balet teatrında 

xidmətləri, respublikanın mədəni tədbirlərində  fəal 

iştirakı, Böyük Vətən müharibəsinin odlu-alovlu illə-

rində öz tarı ilə  hərbi xəstəxanalarda, arxa cəbhədə 

mübariz çıxışları, konsert fəaliyyəti, pedaqoji işi, qast-

rol səfərləri, solo və müşayiətçilikdə göstərdiyi usta-

lıq, zəngin folklor biliyi, nəhayət şəxsiyyətində olan  

 

 

nümunəvi keyfiyyətlər doğ-



rudan da öyrənilməyə la-

yiqdir.  

Bəhram Mansurovun 19 

yaşı olanda Müslüm Maqo-

mayev onu ilk notlu xalq 

çalğı alətləri orkestrinə, da-

ha sonra isə Opera və Balet 

Teatrına solist-tarzən kimi 

dəvət edir. Bəhram Mansu-

rov opera səhnəsində Hü-

seynqulu Sarabski, Yavər 

Kələntərli, Hüseynağa Ha-

cıbababəyov, Əlövsət Sadı-

qov, Həqiqət Rzayeva kimi 

korifeylərlə  işləyir. Rübabə 

Muradova, Sara Qədimova, 

Əbülfət Əliyev, Gülxar Hə-

sənova, Zeynəb Xanlarova, 

Mais Salmanov, Bakir Ha-

şımov, Qulu Əsgərov, Arif 

Babayev, Nəzakət Məmmə-

dova, Baba Mirzəyev və 

başqa sənətkarları teatra 

cəlb edərək onları 

tamaşalara hazırlamışdır.  

Gənclik illərində B.Man-

surov görkəmli xanəndələr-

lə çalışdığı zaman onun 

üçün muğamın çox sirləri 

 

Fevral  



 

100 illiyi 

Bəhram Mansurov 

1911-1985

      

 

 



 

 

Tarzə



12 


52 

açılıb, o, ifaçı kimi sənətini təkmilləşdirib, yaradıcılıq 

axtarışlarını genişləndirib. Sənətin kamillik zirvəsinə 

doğru ucaldıqca isə özü muğamın sirlərini gənc 

xanəndələrə öyrətməyə başlamışdır. Ustad sənət-

kardan öyrənmək, onun sənətini davam etdirərək, 

irəliləmək və yeni nəsil yetişdirmək, sələflərindən əxz 

etdiyi sənət xəzinəsini qoruyaraq, zənginləşdirərək 

varislərinə çatdırmaq Bəhram Mansurovun sənət 

amalı olmuşdur.  

Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, 

onun ifasında Azərbaycan muğamları YUNESKO 

xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya ya-

yılmışdır. O, 1978 və 1983-cü illərdə  Səmərqənddə 

keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azər-

baycanı təmsil etmişdir. Bəhram Mansurov Sadıqcan-

dan sonra klassik Azərbaycan muğamlarını qoruyub 

saxlayan və  təbliğ edən yeganə tarzən idi. Onun 

ifasında bütün muğamlar, 

dəraməd, diringə, təsnif və 

rənglər oğlu, bəstəkar Eldar 

Mansurov tərəfindən nota 

salınmışdır.  

Göstərdiyi xidmətlərinə 

görə o, 1956-cı ildə Azər-

baycanın  Əməkdar artisti, 

1978-ci ildə Azərbaycanın  

Xalq artisti, 2 dəfə  1959-

1967-ci illərdə  “Şərəf nişa-

nı” ordenləri və bir sıra me-

dallarla təltif olunub. 

14 may 1985-ci ildə  Ba-

kıda vəfat edib. 

   


 

Ədəbiyyat 

 

Mansurov, B. “Ömür qıysa...”: Xatirələr /tərt. ed.: M.Mansurova; E.Mansurov.- 

Bakı: Səda, 2003.-161 s. 

Mansurov Məşədi Süleymanbəy: Xatirələr /tərt. ed. E.Mansurov; red.İ.Dadaşov.-

Bakı: EQ, 2005.-139 s. 

Qurbanlı, R. Mansurovun mənbələrinə görə muğamın 70 bölümü var /R.Qurbanlı 

//Yaddaş.- 2007.- 15 fevral.- S.12.  

 

İnternetdə 

www.azadinform.az 

www.musigi-dunya.az 

www.yoxdur.com 

 

Nailə Alışova 



 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə