Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə18/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   14   15   16   17   18   19   20   21   ...   141

53 

 

     Musa  Cəlilov 1906-cı il fevral 

ayının 15-də Orenburq vilayətinin 

Mustafino kəndində anadan ol-

muşdur.  

Şeirləri 1919-cu ildən dərc olu-

nur. İlk şeirlər və poema kitabı “Gə-

lirik” 1925-ci ildə çap edilmişdir.  

1929-cu ildən komsomol sıraları-

na daxil olmuş, ağqvardiyaçılarla 

mübarizədə iştirak etmişdir. 1920-ci illərdə komsomol 

işində çalışmış, 1931-ci ildə MDU-nun Ədəbiyyat fa-

kültəsini bitirmişdir. 1939-1941-ci illərdə Tatar 

MSSR Yazıçılar  İttifaqının məsul katibi olmuşdur. 

1941-ci ildə Sovet Ordusu sıralarına çağırılmış, 1942-

ci ildə ağır yaralanmış, əsir alınmış və həbs düşərgəsi-

nə salınmışdır. Burada gizli qrup yaratmış, hərbi əsir-

lərin qaçmasını təşkil etmişdir. Gizli təşkilatda iştira-

kına görə Plettsenziya hərbi həbsxanasında 1944-cü 

ildə edam olunmuşdur.  

1956-cı ildə ona Sovet İttifaqı  Qəhrəmanı (ölü-

mündən sonra) adı verilmişdir.  

Tatar xalqının qəhrəmanlıq tarixindən bəhs edən 

“Altunsaç” və “İldar” operalarının libretto müəllifidir. 

Cəbhə  şeirlərində faşizmə 

nifrət, qələbəyə inam ifadə 

edilmişdir. M.Cəlilin Moa-

bit həbsxanasında yazdığı 

100-dən çox şeirdən ibarət 

dəftərini belçikalı  əsir özü 

ilə  həbsxanadan çıxarmağa 

müvəffəq olmuşdur.  Əsər-

ləri dünya xalqları dillərinə 

tərcümə olunmuşdur.  

1938-ci ildə keçmiş 

SSRİ Dövlət mükafatı lau-

reatı, 1957-ci ildə Lenin 

mükafatı laureatı olmuşdur.  

M.Jiqanovun “Cəlil” ope-

rası, “Moabit dəftəri” filmi 

M.Cəlil haqqındadır. Tatar 

MSSR-də adına  şəhər var. 

Tatarıstan Opera və Balet 

teatrı M.Cəlilin adını da-

şıyır. Kazanda heykəli qo-

yulmuşdur. 



 

 

Ədəbiyyat 

Moabit dəftəri /M.Cəlil.- Bakı: Yazıçı, 1979.- 280 s. 

Xəlilov, P. SSRİ xalqları ədəbiyyatı /P.Xəlilov.- Bakı: Azərnəşr, 1977.- 410 s. 

Mustafin, R. Qəhrəman şairin izi ilə /R.Mustafin.- Bakı: Gənclik, 1988.- 146 s. 



Bəybala Ələsgərov  

 

Fevral  



 

105 illiyi 

 

Musa Cəlil  



1906-1944 

 

 



 

 

 



Tatar şairi 

15 



54 

 

 Nəriman  Əliməmməd oğlu 



Həsənzadə 1931-ci il fevral ayı-

nın 18-də Qazax rayonunun Poy-

lu qəsəbəsində anadan olmuşdur. 

Burada orta məktəbi bitirdikdən 

sonra 1949-1953-cü illərdə Gəncə 

Dövlət Pedaqoji İnstitutunun Dil 

və ədəbiyyat fakültəsində təhsil almışdır.  

Şair, dramaturq 1954-cü ildən Azərbaycan Yazıçı-

lar Birliyinin üzvü, 1965-ci ildən filologiya elmləri 

namizədi, 1981-ci ildən Azərbaycanın Əməkdar incə-

sənət xadimi və 1990-cı ildə Azərbaycan Respublikası 

Ali Sovetinin deputatı olub. 

Əmək fəaliyyətinə Radio Verilişləri Komitəsində 

böyük redaktor kimi başlamışdır. 1957-1961-ci illərdə 

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təh-

silini davam etdirmiş, Azərbaycan Dövlət Universite-

tinin (indiki Bakı Dövlət Universitetinin) aspirantura-

sını bitirmişdir. “Azərbaycan-Ukrayna  ədəbi  əlaqələ-

ri” mövzusunda dissertasiya müdafiə etmişdir. 

1965-1967-ci illərdə “Azərbaycan gəncləri” qəzeti 

redaksiyasında Ədəbiyyat və incəsənət şöbəsinin mü-

diri, 1967-1975-ci illərdə “Azərbaycan” jurnalı redak-

siyasında Poeziya şöbəsinin ədəbi işçisi, 1975-1978-ci 

illərdə SSRİ  Ədəbiyyat fondu Azərbaycan  şöbəsinin 

direktoru işləmişdir. 1978-1991-ci illərdə “Ədəbiyyat 

və incəsənət” qəzetinin baş redaktoru vəzifəsində ça-

lışmışdır. 1991-1993-cü illərdə Dövlət Mətbuat Komi-

təsinin sədr müavini olmuş, Azərbaycan Respublikası 

Mətbuat və  İnformasiya Nazirinin birinci müavini 

işləmişdir. Hazırda Azər-

baycan Milli Aviasiya Aka-

demiyasında kafedra müdiri 

vəzifəsində işləyir. 

İlk  şeirlər toplusu “Ço-

ban  Əfqan” 1954-cü ildə 

kütləvi tirajla buraxılmışdır. 

“Yadına düşəcəyəm” 

(1966), “Nəriman” (1968), 

“Zümrüd quşu” (1973), “Bir 

az möhlət istəyirəm ömür-

dən” (1981), “Bütün millətlə-

rə” (1991), “Taleyin töhfəsi” 

(1993) və s. kitabların müəlli-

fidir. 


 N.Həsənzadə  ədəbiyya-

tın  ən gözəl nümunələrini 

”Azərbaycan harayı”, “Bütün 

millətlərə”, “Salam Azərbay-

can”, “Bəyanat” və s. əsərlə-

rində yaratmışdır. 

2005-ci ildə ümummilli 

liderimiz Heydər  Əliyevin 

layiqli davamçısı  İlham 

Əliyevin sərəncamı ilə o, 

“Xalq  şairi” kimi yüksək 

fəxri ada layiq görülmüş-

dür.  Şairin böyük qəlbi ba-

har təravətli həyat arzuları 

 

Fevral  


 

80 illiyi 

   

Nəriman  Həsənzadə 



1931 

 

 



 

 

Şair 



18 


55 

ilə, yazıb-yaratmaq eşqi ilə döyünür. 



 

Ədəbiyyat 

 

Seçilmiş əsərləri /N.Həsənzadə.- Bakı: Şərq-Qərb, 2005.- 336 s.  

Cəfərov, N. Nəriman Həsənzadə:  Şair Nəriman Həsənzadənin yaradıcılığı haq-

qında /N.Cəfərov //Mədəni maarif.- 2009.- № 3.- S.20-22.  

Fərəcova, Z. Nəriman Həsənzadə: “Demək istədiklərim bir ömrə  sığmaz”:  Şair 

Nəriman Həsənzadə ilə müsahibə /Z.Fərəcova //El.- 2009.- № 4.- S.4-17.   



 

İnternetdə 

www.anl.az 

www.az-wikipedia.orq 

www.xalqqazeti.com 

www.elibrary.az 

 

 



Saqibə Mehrəliyeva 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə