Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə11/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   7   8   9   10   11   12   13   14   ...   141

31 

sаtirа  аtəşinə tutulur, о dövr rus cəmiyyətinin sоsiаl 

ziddiyyətləri, kаpitаlist münаsibətlərinin yаrаnmаsı 

göstərilir. Sаltıkоv ömrünün sоn illərində “Nаğıllаr” 

(1882-1886), “Həyаtın təfərrüаtı” (1886-1887) və s. 

kimi bədii sənət inciləri yаrаtmışdır.  Оnun bədii və 

publisistik  əsərləri rus ədəbiyyаtındа  tənqidi rеаlizmi 

dаhа dа inkişаf еtdirmişdir. Еzоp üslubu Sаltıkоv sаti-

rаsının bаşlıcа  хüsusiy-

yətlərindəndir. Dаhi rus yа-

zıçısı          Sаltıkоv-Şеdrin 

1889-cu il, mаy  аyının 10-

dа  Pеtеrburq  şəhərində  və-

fаt еtmişdir. 



 

Ədəbiyyаt 

 

Məmməd, C. ХIХ  əsr rus ədəbiyyаtı:  Аli məktəblər üçün dərs vəsаiti 

/C.Məmməd.- Bakı: Mааrif, 1974.- Hissə 2.- 312 s. 

 

Rus dilində 



 

Собрание  сочинений.  В 10 т. /Салтыков-Щедрин.  под  общ.  ред.  С.А.Мака-

шина, К.И.Тюнькина.- М.: Правда, 1988.- Т.1-10. 

Николаев, Д.П. Салтыков- Щедрин: Жизнь и творчество /Д.П.Николаев.- М.: 

Дет. лит., 1985.- 222 с. 

Прозоров,  В.В.  Салтыков-Щедрин:  Книга  для  учителя  /В.В.Прозоров.-  М.: 

Просвещение, 1988.- 173 с. 

 

İnternetdə 



 

www.az.wikipedia.org 

www.google. az 

 

Məmməd Məmmədov 




32 

 

Sara Balabəy qızı  Aşurbəyli 

1906-cı il yanvarın 27-də Bakı  şə-

hərində anadan olmuşdur. 1925-ci 

ildə  İstanbulda Müqəddəs Janna d-

Ark adına kolleci, 1930-cu ildə Ba-

kı Dövlət Universitetinin şərqşü-

naslıq, 1941-ci ildə Azərbaycan Pe-

daqoji İnstitutunun Xarici dillər fa-

kültələrini bitirmişdir. Ali təhsilini başa vurduqdan 

sonra Azərbaycan Dövlət Universitetində baş müəl-

lim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifə-

sində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, 

Qərb və  Şərq mədəniyyətləri haqqında mühazirələr 

oxumuşdur. 

O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi ol-

maqla yanaşı, həm də rəssam və musiqiçi idi. Sara xa-

nım dram teatrında rəssam və dekorator, məktəbdə 

müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti 

ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, 

eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmış-

dır. Sərgilərdən birində onun “Göygöl” əsərini Meksi-

ka nümayəndələri almışlar. Bu əsər indi Meksika mu-

zeyində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan 

Rəssamlar İttifaqının üzvü seçilmişdir. 

Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muze-

yində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan 

Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş 

elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi 

 

 



 

və aparıcı elmi işçi vəzifə-

sində işləmiş, 1993-cü ildən 

ömrünün sonuna qədər Aka-

demiyanın Arxeologiya və 

Etnoqrafiya İnstitutunun apa-

rıcı elmi işçisi olmuşdur. 

O, “Bakının tarixinə dair 

oçerklər”, “Orta əsrlərdə 

Azərbaycan və Hindistanın 

iqtisadi və  mədəni  əlaqələ-

ri” və  “Şirvanşahlar dövlə-

tinin tarixi” kitablarının 

müəllifidir. Bu tədqiqatları-

na görə Sankt-Peterburqda 

tarix elmləri namizədi, Tbi-

lisidə isə, 1966-cı ildə tarix 

elmləri doktoru adına layiq 

görülmüşdür. Azərbaycan 

tarixinə, mədəniyyətinə 

həsr etdiyi məqalələrinə, 

tədqiqatlarına görə isə o, 

Azərbaycan Dövlət Müka-

fatı laureatı, “Şöhrət” orde-

ni və Respublikanın “Əmək-

dar elm xadimi” adı ilə mü-

kafatlandırılmış, Xəzər Uni-

versitetinin Fəxri doktoru 

adını almışdır. 

 

 



Yanvar  

 

105 illiyi 



 

 

Sara Aşurbəyli 



1906-2001 

 

 



 

 

Tarixçi 



27 


33 

Sara xanım Aşurbəyli bütün ömrü boyu  vətənpər-

vər bir ziyalı olaraq qalmışdır. O, özünün yuksək in-

tellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mə-

dəniyyəti naminə  tətbiq etməyə çalışırdı. Sara xanım 

Aşurbəyli XX əsrin inqilabdan əvvəlki, sovet və post-

sovet dövrlərindəki Azərbaycan qadınının yeni obra-

zının təcəssümü idi. 

Bu böyük alimin fəaliyyəti ictimai xarakter daşı-

mışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər  Əliyev 

alimin 90 illiyi münasibətilə ona göndərdiyi məktubda 

onun elmi və ictimai fəaliyyətini belə  səciyyələn-

dirmişdir: “...Sizin tarixi 

həqiqətlərə istinad edən 

fundamental elmi tədqiqat-

larınız Azərbaycan elminə 

sədaqətlə xidmətin parlaq 

nümunəsidir”. 

Görkəmli alim 2001-ci il 

iyulun 17-də 96 yaşında 

vəfat etmişdir. 

Bakı  şəhərində adına 

küçə var. 

 

Ədəbiyyat 

 

     Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü /S.Aşurbəyli - Bakı: Apostrof, 2009.- 356 s. 

Şirvanşahlar dövləti (VI-XVI əsrlər) /S.Aşurbəyli.- Bakı: Apostrof, 2007.- 580 s. 

Şirvanşahlar dövləti (VI-XVI əsrlər) /S.Aşurbəyli.- Bakı: Avrasiya Press, 2006.- 414 s. 

Əliyev, H. Müstəqilliyimiz  əbədidir: 30 cilddə /Heydər  Əliyev.- Bakı, 1998.- 

C.5.- S.301

Xəlilzadə, F. Odlara bələnmiş ömür: Sara Aşurbəyli-100 //Azərbaycan.-2006.-   

27 yanvar.- S.6. 

Mikeladze, Q. Aşurbəyovlar nəslinin alim qızı //Günay.- 2006.- 27 fevral.- S.10. 

 

İnternetdə 

 

www.adam.az 

www.az.wikipedia.org                                                           

Bəybala Ələsgərov 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə