Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə12/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   8   9   10   11   12   13   14   15   ...   141

34 

 

Araz Məmməd Arif oğlu Dadaşza-

də 1936-cı il yanvar ayının 30-da Ba-

kıda ziyalı ailəsində anadan olmuş-

dur. Orta məktəbi bitirdikdən sonra 

1952-ci ildə Azərbaycan Dövlət Uni-

versitetinin Tarix fakültəsinə daxil ol-

muş və 1957-ci ildə oranı bitirmişdir.  

1957-1958-ci illərdə Azərbaycan EA Azərbaycan 

Tarixi Muzeyində baş laborant, 1958-1960-cı illərdə 

kiçik elmi işçi, 1960-1963-cü illərdə Azərbaycan EA 

Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirant, 

1963-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci il-

lərdə Azərbaycan Sovet Ensiklopediyası (ASE) Baş 

redaksiyasında  ədəbiyyat və incəsənət redaksiyasının 

müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İns-

titutunda Orta əsrlər  şöbəsinin baş elmi işçisi (1968-

1976), ASE-nin Baş redaksiyasında baş redaktorun bi-

rinci müavini (1976-1988), ASE Baş redaksiyasının 

redaktoru (1989-1990) işləmişdir.  

Araz Dadaşzadə ASE Baş redaksiya heyətinin və 

elmi redaksiya şurasının üzvü, Azərbaycan Yazıçılar 

İttifaqı təftiş komissiyasının üzvü (1976), “Ədəbiyyat 

və incəsənət” qəzeti redaksiya heyətinin üzvü (1977-

1982; 1988), Azərbaycan Yazıçılar  İttifaqı “Xatirə” 

irs komissiyasının sədr müavini (1988-ci ildən), Azər-

baycan EA Terminologiya Komitəsi Rəyasət Heyəti-

nin üzvü (1988) olmuşdur. 

Ədəbi fəaliyyətə 1956-cı ildə “Azərbaycan gənclə-

ri” qəzetində çıxan “Tərli küləklər” rəyi ilə başlamış, 

sonra dövri mətbuatda çıxan tənqidi və elmi məqa-

lələrini müntəzəm çap etdir-

mişdir. Onun “Molla Pənah 

Vaqif” adlı kitabçası rus, ingi-

lis, fransız, ərəb, fars, türk dil-

lərində çap edilmişdir. 

Bir ədəbiyyatşünas, ədə-

biyyat tarixçisi kimi Araz 

Dadaşzadənin  əsas tədqiqat 

predmeti klassik ədəbiyyat 

olmuşdur. Araz Dadaşzadə-

yə qədər bu dövr ədəbiyyatı 

müəyyən dərəcədə öyrənil-

mişdir. Lakin 60-cı illərdə 

bütün klassik ədəbiyyatı 

yeni tədqiqat mövqelərin-

dən öyrənməyə ehtiyac 

olduğu kimi, bu əsərlərin 

də  ədəbiyyatını daha sis-

temli və  əhatəli miqyasda 

araşdırmaq bir tarixi-meto-

doloji vəzifə kimi ədəbiy-

yatşünaslığın qarşısında du-

rurdu. Gənc  ədəbiyyatşü-

naslar nəsli sırasında bu 

vəzifələrini dərk edən  ədə-

biyyatşünas, tədqiqatçılar-

dan biri Araz Dadaşzadə 

olmuşdur. Onun diqqətə-

layiq  əsərləri sırasında ilk 

növbədə “Vaqif. Həyat və 

 

   Yanvar 



 

75 illiyi 

Araz Dadaşzadə 

1936-1990 

 

 

 



 

Ədəbiyyatşünas 

30 



35 

yaradıcılığı” (1966) və “XVIII əsr Azərbaycan lirika-

sı” (1980) monoqrafiyalarını misal göstərmək olar. 

Araz Dadaşzadə 1964-cü ildə “Vaqif. Həyat və ya-

radıcılığı” mövzusunda namizədlik, 1978-ci ildə 

“XVIII  əsr Azərbaycan lirikası (ideya-tematik və  sə-

nətkarlıq xüsusiyyətləri)” mövzusunda doktorluq dis-

sertasiyası müdafiə etmişdir. O, 1989-cu ildə Azər-

baycanın “Əməkdar elm 

xadimi” fəxri adına layiq 

görülmüşdür. 

1990-cı il noyabrın 4-də 

Bakıda vəfat etmiş, ikinci 

Fəxri Xiyabanda dəfn edil-

mişdir. 

 

Ədəbiyyat 

Xeyirxahlıq və gözəllik poeziyası.- Bakı: Yazıçı, 1986.- 206 s. 

XVII əsr Azərbaycan lirikası.- Bakı: Elm, 1980.- 227 s. 

Dadaşzadə, A. Cəfakeş: [Araz Dadaşzadə-70] /A.Dadaşzadə //Azərbaycan.- 

2006.-№ 2.- 149-153.  

Əhmədov, T. Araz Dadaşzadə /T.Əhmədov //XX əsr Azərbaycan yazıçıları.- Bakı, 

2004.- S.64-65. 

Salmanov, Ş. Unudulmaz ədəbiyyatşünas dost: [Araz Dadaşzadə-70] /Ş.Salmanov 

//Ədəbiyyat qəzeti.- 2006.- 3 fevral.- S. 3. 

 

İnternetdə 

 

www.adam.az 

www.az.wikipedia.org 

 

                                                                                  Səmayə Quliyeva 



 


36 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 



1 fevral 

Gün çıxır 

07:17  

Gün batır 



17:58 

28 fevral 

Gün çıxır 

07:46  


Gün batır 

18:32 


Fevra

 



 

21 yanvar- 

18 fevral 

Dolça Nişanı 

havadır. Saturn və 

Uranın 


himayəsindədir. 

Günəşin Dolça 

bürcündən keçdiyi 

dövrdə doğulanlar 

xaraktercə 

emosional, 

təbiətcə həssas 

olurlar.


 

Ça 1 

Ç 2 

Ca 3 

C 4 

Ş 5 

B 6 

Be 7 

Ça 8 

Ç 9 

Ca 10 

C 11 

Ş 12 

B 13 

Be 14 

Ça 15 

Ç 16 

Ca 17 

C 18 

Ş 19 

B 20 

Be 21 

Ça 22 

Ç 23 

Ca 24 

C 25 

Ş 26 

B 27 

Be 28 

 

 

   2011     

 

Əlamətdar və 

tarixi günlə



Əsrin faciəsi 

 

     1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 



min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. 

Ermənistan hərbi birləşmələrinin  şəhərə hücumu zamanı 

burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə 

qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün 



əhalinin xeyli hissəsi  şəhərdən çıxmaq məcburiyyətində 

qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 

nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından  əlil 

oldu. 106 nəfər qadın, 63 azyaşlı  uşaq, 70 qoca öldürüldü. 8 

ailə tamamilə  məhv edildi, 25 uşaq hər iki valideynini, 130 

nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 

1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi 

indi də  məlum deyil. Cinayət cəzasız qalmamalıdır. 

Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti 

tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya 

dövlətlərinin parlamentləri Ermənistan Respublikasının 

Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı 

soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi 

qiymət verməlidirlər.    

 

2.  Gənclər günü  



11. Vergilər Nazirliyi yaradılıb 

21.  Bеynəlxalq  ana dili Günü   

26.  Xоcalı sоyqırımı Günü  

 

 

 

 

 



 

 

 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə