Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə8/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   4   5   6   7   8   9   10   11   ...   141

22 

 

       


 Eldar Tofiq oğlu Quliyev 1941-ci 

il yanvar ayının 18-də Bakıda anadan 

olmuşdur. Orta məktəbdə oxuyarkən 

fizika və riyaziyyat sahəsində res-

publika olimpiadalarında dəfələrlə  iş-

tirak edib, mükafata layiq görülən 

Eldar Moskva Fizika-Texnika İnstitu-

tuna daxil olmağa hazırlaşırdı. Lakin o, məktəbi qızıl 

medalla başa vurandan sonra yolunu ali məktəbdən 

deyil, kinostudiyadan saldı. Hələ 10-cu sinifdə oxu-

yarkən gördüyü “Durnalar uçur” filmi gəncin həyatını 

büsbütün dəyişdirmiş, və o, kinorejissor olmağı qət et-

mişdi. İki il kinostudiyada rejissor köməkçisi işləyən-

dən sonra Moskva şəhərindəki Ümumittifaq Dövlət 

Kinematoqrafiya İnstitutuna  daxil olmuşdur.  

Rejissorun 1969-cu ildə  çəkdiyi ilk böyük filmi 

“Bir cənub  şəhərində” kino əsəri nəinki respublika-

mızda, həm də keçmiş Sovetlər İttifaqında əsl hadisə-

yə çevrildi. Rüstəm İbrahimbəyovun şəhər küçələrin-

dən  birinin sakinlərinin həyatını  təsvir edən kəskin 

münaqişəli ssenarisi əsasında rejissor E.Quliyev filmə 

quruluş vermişdir. Bu film dünya ekranlarına çıxan-

dan bir müddət sonra üç Azərbaycan filmi ilə birgə 

“YUNESKO”nun kinoşedevri adlandırıldı. 

“Bir cənub  şəhərində” filminin ekranlara buraxıl-

masından 30 il sonra yaradıcı qrupun “Humay” müka-

fatına layiq görülməsi bir daha onu təsdiq etdi ki, əsl 

sənət  əsəri qadağalara, məhrumiyyətlərə baxmayaraq 

zamanın sınağından ləya-

qətlə  çıxır, özünə  əbədi 

yaşamaq hüququ qazanır. 

E.Quliyevin yaradıcılı-

ğında mənəvi-əxlaqi məsə-

lələrin, müasirlərimizin xa-

rakterlərinin psixoloji təd-

qiqi  əsas yer tutur. E.Quli-

yev ölkəmizdə tarixi filmlə-

rin yaradıcısı kimi də tanınır: 

“Səmt küləyi” (1974), “Se-

vinc buxtası” (1977), “Babək” 

(1979), “Nizami” (1982) və 

“Təxribat” (1989) filmləri ek-

ranlarımızda bu gün də 

uğurla nümayiş etdirilir. İl-

lər keçməsinə baxmayaraq 

bu filmlərə tamaşaçı marağı 

azalmır. 

Kinorejissor E.Quliyev bə-

dii filmlərə quruluş vermək-

lə yanaşı “Abşeron ritmləri” 

film-konsertini (1970), “Sə-

məd Vurğun” (Y.Əfəndi-

yevlə birlikdə), “Dostuma 

məktub” (H.Mehdiyevlə bir-

gə) sənədli filmlərini çək-

miş, onun ssenariləri  əsa-

 

Yanvar  


 

70 illiyi 

 

Eldar Quliyev  



1941 

 

 



Rejissor 

18 



23 

sında “Bizim Nəsibə xanım” və “Özüm və zaman 

haqqında” (T.İsmayılovla birgə), “Şəhidlik zirvəsi” 

(X.Muradov və O.Mirqasımovla birgə) sənədli filmlə-

rini lentə almışdır. 

Rejissor öz atası, bənzərsiz lirik melodiyaların mü-

əllifi, bəstəkar Tofiq Quliyevə  həsr edilmiş  sənədli 

film üzərində  işi tamamlamış, kinematoqrafçı Ramiz 

Fətəliyevlə  birgə yazdığı ssenari əsasında “İstanbul 

reysi” adlı tammetrajlı  bədii film çəkməyə başlamış-

dır. 

Qırx ildən artıq müddətdə E.Quliyev 16 bədii və 



çoxsaylı  sənədli filmlər çəkmişdir. Ustad sənətkarın 

yaradıcılığında sənədli filmlər xüsusi yer tutur. Buna 

misal olaraq faşizm üzərində böyük qələbənin 60 

illiyinə həsr edilmiş xüsusi layihə üzrə Bakının və ba-

kılıların bu qələbəyə verdiyi töhfələrdən bəhs edən 

“Unudulmuş  qəhrəman” adlı publisistik filmi, xalqı-

mızın ümummilli lideri Heydər Əliyev haqqında film-

ləri  və s. göstərmək olar. 

Qarabağ münaqişəsindən bəhs edən “Girov” filmi-

nin ssenarisi yazıçı Natiq Rəsulzadə ilə  iş birliyi nə-

ticəsində yaranıb. E.Quli-

yevin dediyinə görə bu film 

Azərbaycan qadınlarına həsr 

olunub. 


O, xidmətlərinə görə 

Azərbaycan Respublikası-

nın Xalq artisti, Respublika 

Dövlət mükafatı laureatı 

(1978), “Şöhrət” ordeninə 

layiq görülüb. 

2005-ci ildə lentə alınan  

“Girov” filmi Karlovı Varı, 

Kəlküttə, Göteborq və baş-

qa nüfuzlu beynəlxalq kino 

festivallarında nümayiş et-

dirilmişdir. 

 

 

 



Ədəbiyyat 

 

Kazımzadə, A. Eldar Quliyev /A.Kazımzadə //Azərbaycan kinematoqrafçıları: 

portretlər.- Bakı, 2002.- Bur.1.- S.190-200. 

Mikeladze, Q. “Festival təkcə mükafatlar demək deyil...”: [Azərbaycanın Xalq 

artisti, kinorejissor Eldar Quliyevlə söhbət] /Q.Mikeladze //Günay.- 2006.- 22 iyul.- 

S.7. 


Şərif, A. Eldar Quliyev /Azad Şərif //XX əsr Azərbaycanın yaradıcı  nəsilləri.- 

Bakı, 2007.- S.83-85. 

Eldar Quliyevin kino dünyası /AzərTac //Respublika.- 2009.- 14 aprel.- S.3. 

 

İnternetdə 

www.anl.az 

www az.wikipedia.org 

www.elibrary.az 

www kultaz.com 

www.medeniyyet.az 



                                                                                                           Səmayə Quliyeva 

 


24 

  

Şamil Ağasəf oğlu Ramazanov 1976-cı 



il yanvar ayının 19-da Ağsu rayonunun 

Rəhimli kəndində anadan olmuşdur. 

  19 mart 1994-cü ildə Ağsu rayon Hər-

bi Komissarlığı  tərəfindən Milli Ordu 

sıralarına çağırılmışdır. Bir neçə ay 

hərbi təlim keçdikdən sonra, 777 saylı 

hərbi hissəyə göndərilmişdir.  

Atəşkəs elan olunsa da, əsgərlər mütəmadi olaraq 

hərbi təlimlər keçir, döyüş hazırlıqlarını durmadan ar-

tırırdılar. Heç düşünmürdülər ki, onları qarşıda daha 

bir sınaq, daha bir qarşıdurma gözləyir. 

 Bu, 1995-ci ilin 13-17 mart hadisələri idi. Həmin 

gün dövlət çevrilişinə  cəhd göstərən silahlı  dəstənin 

mühasirə halqasını daraltmaq məqsədilə atəş əmri ve-

rildi. Milli Ordu dərhal  əməliyyata başladı. Güclü  

 

 



 

atışma zamanı  gənc döyüş-

çü ağır yaralandı  və aldığı 

bu yaradan da gözlərini 

əbədi yumdu. 

Azərbaycan Respublika-

sı Prezidentinin 4 aprel 

1995-ci il tarixli 307 saylı 

Fərmanı ilə Ramazanov Şa-

mil Ağasəf oğluna ölümün-

dən sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” adı veril-

mişdir. 

Rəhimli kəndində  dəfn 

edilmişdir. 

 Ağsu rayonunun mərkə-

zindəki kinoteatr onun adı-

nı daşıyır. 

 

Ədəbiyyat 

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Ramazanov Şamil Ağasəf 

oğlu - Müdafiə Nazirliyi, sıravi -  Azərbaycan Respublikasının Konstitusiya, dövlət 

quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi 

cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-

1995.-5 aprel.- S.1.- (Ölümündən sonra). 

Əsgərov,V. Ramazanov Şamil Ağasəf oğlu /V.Əsgərov //Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- S.180. 

Ramazanov  Şamil Ağasəf oğlu //Azərbaycanın Milli Qəhrəmanları /tərt. ed. 

H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.171. 



Samirə Eminova 

 

Yanvar  



 

35 illiyi 

 

 

 



Şamil Ramazanov  

1976-1995 

 

 

 



 

 

Milli 



Qəhrəman 

19 



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə