Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə4/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   2   3   4   5   6   7   8   9   ...   141

10 

Lakin haqqında danışılan bütün təqvimlərdə bu 

və digər dərəcədə müəyyən nöqsanlar mövcud idi. Bu 

nöqsanları aradan qaldırmaq üçün Papa XII Qriqori 

1582-ci ildə  ən görkəmli italyan astronomu və riya-

ziyyatçılarından ibarət komissiya yaradır. Astronom-

lar təyin edirlər ki, hər 400 ildən bir Yulian təqvimin-

də 3 gün əlavə vaxt qalır. Onlar qərara alırlar ki, hər 4 

əsrdən bir bu üç günü hesabdan silsinlər. Bu yeni təq-

vim Papa XII Qriqorinin şərəfinə “Qriqorian” təqvimi 

adlandırıldı. Hal-hazırda bütün xristian dünyası Qri-

qorian təqvimindən istifadə edir. 

Müsəlman ölkələrinə gəldikdə, indiyə qədər ora-

da vaxt Ay təqvimi ilə hesablanır. Müsəlman Ay təq-

vimində illər Günəş  təqvimindən qısa olur. Bu təq-

vimdə yaz, yay, payız və 

qış  fəsilləri ayrılmır.  İllər 

Məhəmməd Peyğəmbərin 

(s.ə.s.) Məkkədən Mədinə-

yə köçdüyü vaxtdan - yeni 

eranın 12 iyul, 622-ci ilin-

dən başlanır. Avropa təqvi-

minə çevirmək üçün müsəl-

manlar xüsusi cədvəldən 

istifadə edirlər. 

    Beləliklə, hamının tanı-

dığı, istifadə etdiyi təqvim 

dəfələrlə  təkmilləşdirilərək 

müasir səviyyəyə çatmışdır. 

 

Ədəbiyyat 

 

Xalq təqvimi //Azərbaycan etnoqrafiyası: üç cilddə.-Bakı: Şərq-Qərb, 2007.- C.3.-



S.507-538. 

Qasımova, Ü. Təqvimin yaranma tarixindən //Kitabxana.az.-2008.- №1.- iyun.-

S.40-41. 

 

İnternetdə 

 

www.astro.aznet. org 



www.bakllar. az 

www.xazar. com 

www.rambler. ru 

 

Nailə Alışova




11 

 

 

     Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsa-

sən 12 illik tsikl daxilində hər bir il müəyyən heyvan işarəsi altında 

keçir. Müəyyən ildə dünyaya gəlmiş adam bir sıra fitri xassələrə 

malik olur və taleyi bu xassələrdən asılı olur. Şərqdə çox məşhur 

olan bu təqvimə əsasən 2011-ci il Pişik (dovşan) ilidir.  



Pişik  həmişə  pəncələri üstünə  yıxılır. Xoşbəxtdir.  İstedadlıdır, 

müəyyən dərəcədə şöhrətpərəstdir, yaxşı yoldaşdır, təvazökar, təmkinli, incə qəlbli, 

xeyirxahdır. Bunu hamı bilir. Yaxşı danışır, özünə qiymət verməyi bacarır.  Pişik 

dayaz adamdır və onun ən yaxşı keyfiyyətləri də dayazdır. O, cəmiyyəti sevir, 

cəmiyyət də onu sevir. Kübar məclisləri xoşlayır və bəzən qeybət qırır, bunu incəlik, 

ustalıq və ehtiyatla edir. 

Qonaq-qara xoşlayır, evində  hər işini incə bir zövqlə görür. Kübar adamdır. 

Bəziləri onu ədabaz adlandıra bilər. Xırdaçı və vasvasıdır. 



Pişik mühafizəkardır. Həyatını sarsıda bilən, gərginlik yaradan hər  şeyə nifrət 

edir. Hər  şeydən çox rahatlığa və  təhlükəsizliyə can atır. Hərtərəfli götür-qoy 

etmədən bir addım da atmır. Belə ehtiyatlı olduğuna görə adamlar ona heyran qalır  

və ehtiyat edirlər. 

Maliyyə  cəhətdən həmişə xoşbəxtdir. İşdə diribaş və çevikdir, onunla müqavilə 

imzalayan heç vaxt büdrəməz. Yaxşı möhtəkirdir, fürsəti  əldən verməmək istedadı 

vardır. Uzun sözün qısası, sakit və dinc Pişik işgüzar bir adam kimi təhlükəlidir. Ti-

carətdə müvəffəqiyyət qazanacaqdır. Yaxşı zövqə malikdir və  əntiqfürüş mağazası-

nın sahibi ola bilər. Hüquqçu (vəkil, notarius) və ya diplomat ola bilər, bu şərtlə ki, 

həyatı təhlükəyə məruz qalmasın. 

Əgər müstəsna vəziyyətlərə, dramatik hadisələrə, aşılmaz maneələrə rast gəlmə-

sə, Pişiyin həyatı sakit keçəcəkdir. Müharibələr, inqilablar, fəlakətlər onun işi deyil-

dir, düşmən olmaq onun xoşuna gəlmir. Müqavimət göstərməsə, ağlı başından çıxa 

bilər, intihar edə bilər, yaxud əldən düşüb vətəni tərk edə bilər. 

     Sevdikləri adamlarla incə rəftar edirlər. Lakin yaxın qohumları ilə cox nadir hal-

larda yaxın munasibət saxlayırlar. 



Ədəbiyyat 

Pişik (dovşan) //Ulduz falları: Ensiklopediya lüğəti.-Bakı, 1991.-S.61. 



Nailə Alışova 

 

2011 


Şərq Təqvimi Pişik (Dovşan) ili 

 



12 

 

     Aslan  Məmməd oğlu Aslanov 



1926-cı il yanvar ayının 1-də  Ağstafa 

şəhərində anadan olmuşdur. Ağstafa 

Dəmiryol orta məktəbini bitirdikdən 

sonra orada müəllim saxlanmışdır.  

1942-ci ildə ADU-nun (indiki 

BDU) Fizika-riyaziyyat fakültəsinin 

qiyabi  şöbəsinə daxil olmuşdur.  1945-ci ildə ADU-

nun Tarix fakültəsinin Fəlsəfə şöbəsinə dəyişilmişdir. 

Sonra onu Fəlsəfə kafedrasında müəllim saxlamışlar, 

Filologiya fakültəsinin tələbələrinə estetika və tarixi 

materializm fənnindən mühazirələr oxumuş, həm də 

qiyabi aspiranturada  təhsil almışdır. 1953-1954-cü 

illərdə eyni zamanda “Lenin tərbiyəsi uğrunda” 

çoxtirajlı universitet qəzetinin redaktoru olmuşdur. 

1958-ci ildə  fəlsəfə üzrə namizədlik dissertasiyası 

müdafiə etmiş, 1962-ci ildə dosent vəzifəsində 

işləmişdir. 1961-1980-ci illərdə ADU-nun (indiki 

BDU) Estetika və etika kafedrasına rəhbərlik etmişdir. 

1977-1987-ci illərdə M.A.Əliyev adına Azərbay-

can Dövlət  İncəsənət  İnstitutunun (indiki ADMİU) 

rektoru vəzifəsində işləmişdir. 

1987-1989-cu illərdə Azərbaycan EA Fəlsəfə, hü-

quq və iqtisad elmləri bölməsinin akademik katibi 

əvəzi, 1989-cu ildən akademik katibi seçilmişdir.  Ey 

 

ni zamanda 1987-ci ildən 



1995-ci ilədək Azərbaycan 

Respublikası EA-nın Fəlsə-

fə Hüquq İnstitutunun di-

rektoru vəzifəsində çalış-

mışdır. “Azərbaycan kom-

munisti” jurnalı redaksiya 

heyətinin, SSRİ Elmlər 

Akademiyası  Rəyasət He-

yətinin nəzdində olan Este-

tika Şurasının və ADU-nun 

Fəlsəfə elmləri üzrə ixtisas-

laşmış şurasının üzvü seçil-

mişdir.  

 “SSRİ-nin Ali təhsil 

əlaçısı”, “ADR Ali təhsil 

əlaçısı” və digər medallarla, 

Azərbaycan SSR Ali Sove-

tinin Rəyasət Heyətinin 

Fəxri fərmanı ilə təltif edil-

mişdir. 


1995-ci il avqustun 23-

də Bakıda vəfat etmişdir. II 

Fəxri Xiyabanda dəfn olun-

muşdur. 


Ədəbiyyat 

Estetika aləmində /A.Aslanov.- Bakı: Yazıçı, 1987.-248 s.   

Nəğməli günlərim /A.Aslanov.- Bakı: Yazıçı, 1985.-177 s.                    

Nailə Alışova 

 

Yanvar  



 

85 illiyi 

Aslan  Aslanov 

1926-1995 

 

 

 



 

Filosof 





Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə