Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə3/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   2   3   4   5   6   7   8   9   ...   141

 

Maraql



ı 

Təqvimin yaranma tarixində

 

 

    İndiyə qədər hər bir kə-



sin istifadə etdiyi təqvim 

insanlığın  ən vacib ixti-

ralarından biridir. Dünya-

da hər il küllü miqdarda, 

müxtəlif ölçüdə, müxtəlif 

mövzuda təqvimlər bu-

raxılır. Onlar böyük və kiçik ölçülü, parça, plastik, 

kağız  əsaslı, ucuz və bahalı olurlar. Həftəlik və 

birgünlük təqvimlər hər menecerin stolüstü iş aləti

kiçik cib təqvimi isə  hər kəsin yol yoldaşıdır. Biz 

müxtəlif təqvimlərə baxarkən hec düşünmürük ki, 

onlar necə yaranmışdır. Buradakı ayları, günləri kim 

yaratmış, tərtib etmişdir. Halbuki, təqvim yaranıb 

müasir dövrdəki formalara gəlib çatana qədər müəy-

yən təkamül yolu keçmişdir. 

“Kalendar” sözünün yaranması  qədim Roma 

dövrlərinə  təsadüf edir. O vaxt hər ayın birinci 

gününü “kalenda” adlandırırdılar ki, o da borcların 

qurtarılması günü idi. Borclar haqqında bütün 

məlumatlar xüsusi kitabda-kalendarlarda öz əksini 

tapırdı. O, vaxtdan bu söz kiçik dəyişikliklərlə bütün 

dünya xalqlarının dilində işlənməyə başlandı. 

Bu gün hamımızın istifadə etdiyimiz təqvimin 

tarixi çox qədimlərə - daş dövrünə gedib çıxır. Hələ 

daş dövründən insanlar başa düşürdülər ki, onların 

həyatı bir çox faktorlardan, o cümlədən, təbiətin fəsil 

dəyişikliklərindən asılıdır. Bir gün o birisi ilə  əvəz-

lənir, günəş hər gün üfüqə qalxır, lakin dünənki kimi 

yox, bir qədər fərqli surətdə. Ay Yer ətrafında ciddi 

qaydada fırlanaraq həcmcə gah böyüyür, gah kiçilir. 

İsti yay günlərini yağışlı 

payız, payızı qış, qışı bahar 

əvəz edir. Sonra yenə yay, 

payız, qış, yaz... 

    Adamlar  həmişə göydə 

nələrin baş verməsilə ma-

raqlanmışlar. Astronomik 

işarələr  əsasında müxtəlif 

xalqlar özünün vaxt hesab-

lamaları sistemini yaradır-

dı.  İndiyə  qədər  şumerlərin 

gildən hazırlanmış  təqvim-

ləri mayya indularının daş, 

qədim misirlilərin papirus, 

qədim çinlilərin  kağız və 

ipək üzərində  həkk edilmiş 

təqvimləri hazırkı dövrə qə-

dər gəlib çatmışdır. Bir sıra 

xalqların təqviminin əsasını 

Günəşin, Ayın hərəkəti, di-

gərlərini isə  hər ikisinin 

hərəkəti təşkil edirdi. Belə-

cə Günəş, Ay və Ay-Günəş 

təqvimləri yarandı. Lakin 

bunların heç biri  tam dəqiq 

olmurdu. Ona görə  də  təq-

vimi daim təkmilləşdirir-

dilər. 


İlk dəfə vaxtın hesab-

lanması sistemi Yaxın Şərq 

ölkələrində yaranmışdır. 



Şumer münəccimləri ilk olaraq hesablamışlar ki, iki 

yeni ayların arasındakı vaxt 29,5 gün olur. Bu, vaxtın 

yeni hesablanmasının təməlini qoydu. Yəni, Ayın Yer 

ətrafında dövr etməsi üzrə hesablanan vaxt Ay 

təqvimi kimi qəbul edildi. Şumerlərin ay təqvimində 

12 ay olurdu. Hər yeni il yazdan, səmada ilk ayın 

görünməsindən hesablanırdı. 

Vavilon astronomları ili 12 ay hesablayaraq hər 

ili növbə ilə 29, 30 günə ayırırdılar. Bu təqvim üzrə 

hər il 354 gün, yəni  əslində olduğundan 11 gün az 

ayın axırından hesablanırdı. Yalnız yeni eranın VI 

əsrindən qəbul edilən günləri ayın əvvəlindən hesabla-

mağa başladılar. 

Çin təqvimi də dünyanın  ən qədim təqvimlərin-

dən biridir. Bizim eradan 6 əsr  əvvəl Çində 19 illik 

Çjan təqvimi qəbul etmişdilər. Ay təqviminə görə 

onda 228 ay, Günəş  təqvimi üzrə 235 ay hesab 

edilirdi. Lakin bu təqvim də  dəqiq deyildi. Ona görə 

bu təqvimlər 50 dəfədən artıq dəqiqləşdirilmişdir. 

Bizim  əsrdən 3 əsr  əvvəl bir ili 24 fəsilə bölürdülər. 

24 fəsildən ibarət olan təqvim dövrümüzə qədər gəlib 

çatmışdır. 

İndiyə  qədər Çin təqvimində daha bir əlamət 

mövcuddur. Bu illərin müəyyən bir heyvanın adı ilə 

bağlanmasıdır ki, avropalılar da bunu qəbul etmişlər. 

20  əsr  əvvəl 12 heyvanın adı ardıcıl olaraq müvafiq 

illərə aid  edilir. 

Bütün təqvimlərin bir-birinə  bənzədiyinə bax-

mayaraq, hamı üçün vahid təqvim yox idi. Ona görə 

də, təqvimdə  dəyişiklik yaratmaq lazım idi. Belə bir 

dəyişikliyi yeni eradan 46 il əvvəl Qay Yuli Sezar 

həyata keçirdi. Yeni Günəş təqvimini öz dövrünün ən 

böyük astronomu Sozigen yaratdı. Öz təqviminin 

əsasını Günəşin ulduzlar arasındakı yerdəyişməsindən 

götürdü ki, bu zaman hər il 365 gün, dörddə bir sut-

kadan ibarət olurdu. Sozugen hesabladı ki, 3 il ardıcıl 

olaraq 365 gün, dördüncü il isə 366 gün olur. İli 12 

aya bölür və bir sutkanı  çıxırdı. Hər yeni il yanvarın 

1-dən hesablanırdı. Sayılarkən tək aylar 31, cüt aylar 

isə 30 gün hesab edilirdi. Fevral ayı isə qısa ay hesab 

edilərək 29 gün olurdu. Yeni eradan əvvəl 45-ci ildən 

yeni Günəş  təqvimi tətbiq 

edilməyə başlandı. Roma 

senatı bu münasibətlə Yuli 

Sezara təşəkkür etdi. Və 

onun  şərəfinə ayların birini 

“kvintilius yulies” (iyul), 

təqvimi isə “Yulian” 

təqvimi adlandırdı. Bu təq-

vim indiyə  qədər mövcud 

olan müasir təqvimin  əsa-

sını qoydu. Yulian təqvimi 

romalıların zəbt etdikləri 

bütün yerlərdə  tətbiq edi-

lirdi. Yeni eranın 325-ci 

ilində Nikes şəhərində keçi-

rilmiş xristian kilsələrinin 

tədbirində Yulian təqvimi 

bütün xristian dünyası üçün 

qəbul edildi. Xristianlıq ya-

yıldıqdan sonra vaxt dün-

yanın yaradılması dövrün-

dən hesablanmağa başlandı. 

Bibliyada göstərilirdi ki, 

dünya  İisus Xristosun ana-

dan olduğu gündən 5508 il 

əvvəl yaranmışdır. XVI əsr-

dən başlayaraq İisus Xristo-

sun həyata gəldiyi dövrdən 

əvvəlki vaxt yeni eradan 

əvvəl, sonrakı vaxt isə yeni 

era hesab edilir. Bu zaman  

yeni eradan əvvəlki illər 

çoxdan aza, yeni eradan 

sonrakı illər isə azdan çoxa 

doğru hesablanır. Rusiyada 

da bu təqvim I Pyotrun 

əmri ilə o dövrə  qədər he-

sablanan 7209-cu il 1700-

cü illə  əvəz edildi, yeni il 

isə yanvarın 1-dən başlandı. 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə