Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə5/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   2   3   4   5   6   7   8   9   ...   141

13 

          



 

     Məryəm Fərəməz qızı Mah-

mudbəyova 1921-ci il yanvar ayı-

nın 2-də Naxçıvan  şəhərində ana-

dan olmuşdur. 

   O,  1953-cü  ildə Q.M.Musabə-

yov adına Azərbaycan Elmi-Təd-

qiqat Virusologiya və Gigiyena 

İnstitutunda işləmiş, 1966-cı ildə 

tibb elmləri doktoru, 1976-1979-

cu illərdə Azərbaycan Elmi-Tədqiqat Qanköçürmə və 

Hemotologiya  İnstitutunda “İmmun-hemotologiya” 

şöbəsinin müdiri olmuşdur. Tədqiqatı müasir təba-

bətin aktual məsələlərinin (bioloji aktivliyi yüksək 

olan mikro-molekulların, zülalların, nuklein turşusu-

nun həll olunan antigen fraksiyalarının) öyrənilməsinə 

həsr olunmuşdur.  

Musabəyovanın antigen 

quruluşa aid tədqiqatların-

dan immun preparatların 

istehsal texnologiyası sa-

həsində, habelə  xəstəliklə-

rin profilaktika və diaqnos-

tikasında geniş istifadə edi-

lir. 


  1973-cü ildə Azərbayca-

nın  Əməkdar həkimi  fəxri 

adına layiq görülmüşdür. 

M.Mahmudbəyova  1992-

ci ildə Bakıda vəfat etmiş-

dir. 


 

Ədəbiyyat 

 

Mahmudbəyova Məryəm //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.Bakı: 

ASE.- C.6.- S.396. 

 

 



 

 

 



İnternetdə 

www.gender-az.org 

www.science.gov.az 

 

 



 

 

Bəybala Ələsgərov 



 

 

Yanvar  



 

90 illiyi 

 

Məryəm Mahmudbəyova  



1921-1992 

 

 



 

 

Həkim 






14 

  

 

     Elgiz  Kərim oğlu Kərimov    

1971-ci il yanvar ayının 5-də  Bərdə 

rayonunda anadan olmuşdur. 1977-ci 

ildə birinci sinfə getmiş, 1987-ci ildə 

orta məktəbi bitirmişdir. Elə həmin il 

hərbi xidmətə çağırılmış 1989-cu ildə 

əsgəri borcunu yerinə yetirib doğma 

yurda qayıtmışdır. 1991-ci ildə könüllü özünümüdafiə 

batalyonlarından birinə yazılmışdır. 

    Əsgəran yaxınlığındakı döyüşdən sonra Elgizin adı 

dilləri gəzmiş o, bu döyüşdə xeyli erməni yaraqlısını 

məhv etmişdi. 1992-ci il mart ayının 12-də 

mühasirəyə düşmüş döyüşçü dostlarını xilas etmək 

üçün Naxçıvanik kəndinə  gəlmiş, bir saata yaxın 

davam edən döyüş zamanı ermənilərin mühasirəsi 

yarılmış, döyüşçülərimiz 

azad edilmişdi. Lakin bu 

döyüşdə Elgiz Kərimov 21 

yaşında canından  əziz tut-

duğu Vətən uğrunda  şəhid 

olmuş, Bərdə rayonunda 

dəfn edilmişdir.  

Azərbaycan Respubli-

kası Prezidentinin 7 iyun 

1992-ci il tarixli 833 saylı 

Fərmanı ilə  Kərimov Elgiz 

Kərim oğlu ölümündən 

sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq gö-

rülmüşdür. 

Ədəbiyyat 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azər-

baycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Kərimov Elgiz Kərim oğlu-

sıravi - Azərbaycan Respublikasının suverenliyinin və  ərazi bütövlüyünün qorun-

masında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və 

şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 1992-ci il 

//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.-№13.- S.25.- (Ölümündən 

sonra).  

Əsgərov, V. Kərimov Elgiz Kərim oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrə-

manları.- Bakı, 2005.-S.110. 

Kərimov Elgiz Kərim oğlu (1971-1992) //Azərbaycanın Milli Qəhrəmanları /tərt. 

ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.111.  

Mehdixanlı, T. Yarımçıq qalan gündəlik /T.Mehdixanlı //Azərbaycan.-  2007.-    

20 mart.- S.6. 



Adilə Abdullayeva 

 

Yanvar  



 

40 illiyi 

 

Elgiz Kərimov  



1971-1992 

 

 



 

Milli 


Qəhrəman 




15 

 

   Cek  (Qriffit) London 1876-cı il 

yanvar ayının 12-də San-Fransisko 

şəhərində anadan olmuşdur. O, 

məşhur irland astroloq-alimi, pro-

fessor Çeyni Qriffitin oğludur. Lon-

don onun atalığının soyadıdır. 

O, gənc yaşlarından işləməyə baş-

lamış, küçələrdə ayaqqabı silmiş, 

qəzet satmış, çay və okean gəmilərinin göyərtələrini 

yumuş, limanlarda yük vurub, yük boşaltmışdır. Gənc 

London müstəqil yolla savadlanmış, Kaliforniya 

Universitetinə daxil olmuş, lakin maddi çətinlik 

üzündən təhsilini yarımçıq qoymuşdur. O, gənclik 

illərindən həm ehtiyacın daşını atmağa, həm də öz 

fitri istedadına qol-qanad verməyə  geniş meydan 

axtarır, inadkar bir ardıcıllıqla öz böyük məqsədinə 

çatmağa çalışaraq Yaponiya sahillərinə və Alyaskaya 

qədər gedib çıxmışdı. Bu sərgüzəştləri gələcək  ədəbi 

əsərləri üçün ona zəngin materiallar vermişdir. 

Sonralar həmin mövzular “Şimal hekayələri” sil-

siləsinə çevrilərək gənc yazıçıya böyük ədəbi  şöhrət 

qazandırmışdır. Bu silsilədən ilk hekayə (“Yolda 

olanların  şərəfinə”) 1899-cu ilin yanvarında Kali-

forniya  ştatında çıxan “Transkontinental aylığı” jur-

nalında çap edilmişdir. 

Sələflərinin heç birinə bənzəməyən Cek London XX 

əsrin ilk onilliyində  ən məhsuldar işləyən və  ən çox 

nəşr edilən Amerika yazıçısı olmuşdur. 

C.London dünya ədəbi proseslərini diqqətlə izləyir, 

ən böyük korifeylər cərgəsində dayanmağa çalışırdı. 

O, yaxşı başa düşürdü ki, 

müasir qlobal problemlərin 

fövqündə dayanmaq üçün 

dövrün öz tipik qəhrəman-

larını yaratmaq lazımdır. 

1908-ci ildə yazdığı 

“Martin 


İden” romanı 

C.Londonun şah əsəri sayı-

lır. Bu romanda burjua fər-

diyyətçiliyi ön plana çəkil-

mişdir. Martin obrazı vasi-

təsilə  cəmiyyətin aşağı  tə-

bəqəsinin istedadlı adamının 

müdhiş faciəsi verilmişdir. 

Həyatın sirrini açmaq, 

onun inkişaf dinamikasını 

anlamaq həm C.Londonun, 

həm də onun qəhrəmanının 

başlıca amalı olmuşdur. 

C.Londona ilkin yazıçılıq 

şöhrəti qazandırmış  “Şimal 

hekayələri” (“Əcdadların 

harayı”, “Ağ diş” povestlə-

ri, “Həyat eşqi”, “Bəyaz sü-

kunət” hekayələri və s.) 

əsəridir. Əsərdə Alyaskanın 

nəhayətsiz torpaqlarında 

əbədi buzlar, qar və süku-

nət diyarında öz qismətləri-

ni axtaran minlərlə adamın 

 

Yanvar  


 

135 illiyi 

Cek  London  

  1876 – 1916 

 

 

 



 

Yazıçı 


12 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə