Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə34/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   30   31   32   33   34   35   36   37   ...   141

101 

   

     Cabbar  Məşədi  İsmayıl oğlu 

(Cabbar Qaryağdı oğlu) 1861-ci 

il mart ayının 31-də Şuşada bo-

yaqçı ailəsində anadan olmuş-

dur. O, lap uşaq yaşlarından xa-

nəndəlik sənətinə  həvəs göstər-

miş  və ilk musiqi təhsilini  Şuşada Xarrat Qulunun 

məktəbində almışdır. 

C.Qaryağdı oğlu muğam, dəstgah, təsnif, el mahnı-

larını xalq şənliklərində məharətlə oxumuş və tezliklə 

Qarabağda şöhrət qazanmışdır. Əbdürrəhim bəy Haq-

verdiyevin 1887-ci ildə hazırladığı “Məcnun Leylinin 

məzarı üstündə” musiqili səhnəsində  Məcnun rolunu 

ifa etmişdir. Bir müddət tarzən Sadıq  Əsəd oğlunun 

(Sadıqcan) sazandalar dəstəsi ilə çıxış etmiş, sonralar 

isə məşhur xanəndə kimi Bakı, Gəncə, Şamaxı, Ağdaş 

şəhərlərinə dəvət olunmuşdur. 

1900-1905-ci illərdə C.Qaryağdı  oğlu tarzən 

M.F.Rzayev və kamançaçalan Məşədi Qulu ilə Bakıda 

müvəffəqiyyətlə çıxış etmişdir. 

1905-ci ildə xanəndə tarzən Q.Pirimov və kaman-

çaçalan S.Oqanezaşvilidən ibarət trio yaratmışdır. 

1906-1912-ci illərdə “Qrammafon”, “Sportrekord”, 

“Ekstrafon” aksioner cəmiyyətləri  tərəfindən Kiyev, 

Moskva və Varşavada səsi qrammafon valında yazıl-

mışdır. 1912-ci ildə Varşavadan qayıdarkən Cabbar 

Qaryağdı  oğlu Moskvada “Şərq konsertləri” vermiş-

dir. O, “Kürd-şahnaz”, “Mahur”, “Bayatı-Qacar”, 

“Heyratı”, xüsusilə “Mənsuriyyə” muğamlarını müs-

təsna ustalıqla ifa etmiş, repertuarına daxil etdiyi 

gürcü, türkmən, özbək, fars 

mahnılarını da həmin dil-

lərdə oxumuşdur. 

C.Qaryağdı  oğlu Azər-

baycan Dövlət Konserva-

toriyasının yaradıcılarından 

olmuş, burada klassik xalq 

musiqisindən dərs demiş, 

gənc kadrların yetişdirilmə-

sində böyük iş görmüşdür. 

Onun ifasında Azərbaycan 

Dövlət Konservatoriyası nəz-

dindəki Bülbülün rəhbərlik 

etdiyi xalq musiqisini öyrə-

nən elmi-tədqiqat kabine-

tində 300-ə yaxın mahnı və 

təsnif, təqribən 70 xalq mu-

siqi parçası lentə yazılmış, 

S.Rüstəmov isə 50 xalq 

mahnısını nota köçürmüşdür. 

Xanəndə öz şeir, qəzəl 

və qoşmalarına, eləcə  də 

başqa  şairlərin sözlərinə 

30-dan artıq mahnı bəstələ-

mişdir. O, 1934-cü ildə Fir-

dovsinin 1000 illik yubileyi 

münasibətilə 6 musiqi par-

çası hazırlamışdı. 

C.Qaryağdı  oğlu Azər-

baycan Dövlət Filarmoni-

 

 Mart 



 

150 illiyi 

Cabbar Qaryağdı oğlu 

1861-1944 

 

 

 



 

Xanəndə 

31 



102 

yasının və Azərbaycan Radiosunun solisti olmuşdur. 

O, fitri istedada, zil və olduqca güclü, gözəl tembrli, 

geniş diapazonlu, yüksək tessituralı (tenor) səsə, 

qeyri-adi musiqi hafizəsinə malik sənətkar idi. Onu 

məşhur italyan müğənnisi E.Karuzo ilə müqayisə 

etmişlər. 

Görkəmli xanəndə  əsərlərində klassik xalq musi-

qisindən istifadə edən sovet bəstəkarlarına  yaradıcılıq 

köməyi göstərmişdir. O, bir çox muğama yeni his-

sələr, xallar əlavə etmiş, xeyriyyə məqsədilə konsert-

lər vermiş, musiqi və  mədəniyyət xadimlərinə maddi 

yardım, kömək göstərmişdir. 

Cabbar Qaryağdı  oğlu Gürcüstan, Orta Asiya və 

Yaxın  Şərqdə  də tanınmışdır. F.Şalyapin və S.Ye-

seninlə tanış olmuşdur. Yesenin onu “Şərq musi-

qisinin peyğəmbəri” adlandırmışdır. O, həm də musiqi 

tədqiqatçısı idi. Onun “Azərbaycan musiqisinin keç-

mişi haqqında xatirələr”  əlyazmasında XIX əsrin 

xanəndə  və musiqiçilərindən, muğamların tarixindən, 

təsnif və mahnılardan bəhs edilir. Görkəmli xanəndə 

və müğənnilərdən S.Şu-

şinski, Bülbül, X.Şuşinski, 

Z.Adıgözəlov, Y.Kələntər-

li, S.Qacar, H.Kələntərli və 

başqaları C.Qaryağdı  oğlu 

məktəbinin davamçıları ol-

muşlar.  

Azərbaycan xanəndəlik 

sənətinin  ən görkəmli nü-

mayəndələrindən biri olan 

Cabbar Qaryağdı oğlu 1935-

ci ildə Azərbaycan SSR 

Xalq artisti fəxri adına la-

yiq görülmüş  və  “Şərəf ni-

şanı” ordeni ilə  təltif edil-

mişdir. 

Məşhur xanəndə 1944-

cü il aprel ayının 20-də, 84 

yaşında vəfat etmişdir. 



 

Ədəbiyyat 

 

Cabbar Qaryağdı  oğlu //Muğam ensiklopediyası; Heydər  Əliyev Fondu.- Bakı, 

2009.- S.47-48. 

Cabbar Qaryağdı  oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 

1987.- C.10.- S.387. 

Şuşinski, F. Cabbar Qaryağdı oğlu /F.Şuşinski.- Bakı: İşıq, 1987.- 128 s. 

Şuşinski, F. Cabbar Qaryağdı  oğlu /F.Şuşinski //Azərbaycan xalq musiqiçiləri.- 

Bakı, 1985.- S.131-165. 

 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

 



                                                    Səmayə Quliyeva 


103 

 

  Rаfiq Fərzi  оğlu Bаbаyеv  

1936-cı il mart ayının 31-də  Bа-

kıdа аnаdаn оlmuşdur. 1950-ci il-

lərdə  Аzərbаycаn Dövlət Musiqi 

Məktəbində və Аzərbаycаn Döv-

lət Kоnsеrvаtоriyаsındа  təhsil  аl-

mışdır. Gənc yаşlаrındаn cаz mu-

siqisi ilə  mаrаqlаnmış, özünün 

cаz kоmpоzisiyаsını  yаrаtmışdır. 

1955-ci ildə cаz kvаrtеti təşkil еtmişdir. Еyni zаmаndа 

Аnаtоllu Qəniyеvin xаlq çаlğı  аlətləri  аnsаmblındа, 

Tоfiq Əhmədоvun еstrаdа аnsаmblındа çаlışаrаq, bö-

yük təcrübə qаzаnmışdır. 1960-cı ildə Rаfiq Bаbаyеv 

SSRİ Xаlq аrtisti Rəşid Bеhbudоvun dəvəti ilə Аzər-

bаycаn Dövlət Filаrmоniyаsının nəzdində  fəаliyyət 

göstərən аnsаmbldа işləməyə bаşlаmışdır. 20 il müd-

dətində  dаvаm  еdən bu yаrаdıcılıq  əməkdаşlığı yük-

sək sənət nümunələrini mеydаnа  gətirdi. Rəşid Bеh-

budоvun bədii rəhbər, Rаfiq Bаbаyеvin musiqi rəhbə-

ri оlduğu аnsаmbl dünyаnın bir çох ölkələrində Аzər-

bаycаn musiqisini ləyаqətlə təmsil еtmişdir.  

Rаfiq Bаbаyеv həmçinin “Qаyа”  аnsаmblı, Müs-

lüm Mаqоmаyеv, Pоlаd Bülbülоğlu ilə də yаrаdıcılıq 

əlаqələri qurmuşdur. Bаkıdа ilk cаz fеstivаlının təşkili 

də оnun аdı ilə bаğlıdır.  

1967-ci ildə yаrаtdığı “Bаyаtı-Kürd” muğаmı əsа-

sındа cаz kоmpоzisiyаsı çох məşhurdur. Rаfiq Bаbа-

yеv bir sırа kinоfilmlərə, məsələn, “Аzərbаycаn hаq-

qındа еtüd”, “Gеcə söhbəti” və s. musiqi bəstələmişdir. 

 

 

1983-cü ildən Аzərbаy-



cаn Dövlət Rаdiо  və  Tеlе-

viziyа  Vеrilişləri Qаpаlı 

Səhmdаr Cəmiyyəti  Еstrа-

dа-simfоnik  оrkеstrinə  rəh-

bərlik еtmişdir.  

1991-ci ildə Rafiq Baba-

yev “Cəngi” folklor-caz 

kollektivini təşkil etmiş  və 

musiqi layihələrinin həyata 

keçirilməsinə kömək edən 

səsyazma studiyası  təşkil 

etmişdi. O, folklor çalğı 

alətlərindən istifadə etmək-

lə, onları qeyri-adi harmo-

niya ilə  zənginləşdirərək, 

dünyanın ilk baxışda bir-bi-

rinə zidd cəhətlərinə - Qər-

bə və Şərqə xas olan musi-

qini melodik tərzdə birləş-

dirərək gözəl kompozisiya-

lar yaratmışdı. 

Daim öz üzərində  işlə-

yən bu bəstəkar və pianoçu 

həm də gözəl pedaqoji iste-

dada malik idi. Rafiq Baba-

yev yaxşı  təşkilatçı  və  rəh-

bər olmaqla təkcə musiqi 

sahəsində deyil, texnika, 

çəkiliş, quruluş  və s. 

 

 Mart 



 

75 illiyi 

Rаfiq  Bаbаyеv  

1936-1994 

 

 

 



 

Pianoçu 


31 


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə