Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə160/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   154   155   156   157   158   159   160   161   162

Filologiya məsələləri, № 15 2017 

399


Ərəb və fars mənşəli terminlər, əsasən, eyni qrammatik kateqoriya və 

əlamətlə dilimizdə funksionallaşır. Müəllif bu fikrini ərəb və fars mənşəli bir 

sıra  terminləri  tədqiqata  cəlb  etməklə  təsdiqləyir  və  sübut  edir.  “Ərəb 

mənşəli təzyiq, lehim, cihaz, məhlul, təbəqə, fars mənşəli kürə, pəncə, duda, 

polad və s. terminlər həm mənbə dildə, həm də Azərbaycan dilində isimdir, 

kəmiyyətə  görə  təkdədir  (səh.66-67).  Müəllif  daha  sonra  qeyd  edir:  “Bəzi 

hallarda mənbə dildə cəmlik bildirən söz dilimizdə tək məzmunda çıxış edir, 

yəni  ərəb  və  ya  fars  dilindən  keçən  və  cəm  formada  olan  bir  sıra  sözlər 

cəmlik şəkilçiləri ilə birlikdə dilimizdə tək mənada işlənir (səh.66-67). Alim 

fikrini  əyaniləşdirmək  məqsədilə  əmsal  (kofisient),  emalat  (məmulat)  söz-

lərinə diqqət çəkir. Mənbə dildə əmsal  “misl”in, emalat isə “emal”ın cəmidir. 

Bəzən isə əksinə Azərbaycan dili leksik tərkibində ərəb və fars mənşəli terminin 

tək yox, cəm forması vətəndaşlıq hüququ qazanmışdır. Məsələn, “ümumiyyətlə, 

yeyiləcək  və  içiləcək  şey”  mənasında  rizq  sözünün  yalnız  ərzaq,  “ulduzların 

vəziyyət  və  hərəkətindən  bəhs  edən  elm”  mənasında  nəcm  sözünün  yalnız 

nücum, “bir şeyin, bir məsələnin ən xırda cəhətləri” mənasında təfərro sözünün 

yalnız təfərruat cəm forması terminologiyamızda işlənir (67-68). 

Prof. Nadir Məmmədli Avropa dillərindən rus dili vasitəsilə alınmış ərəb 

və  fars  mənşəli  terminlər  haqqında  da  fikir  söyləməyi  unutmur.  Müəllif  bu 

məsələni  şərh  etməzdən  qabaq  oxucunun  nəzərinə  çatdırır  ki,  Avropa 

dillərindən  rus  dili  vasitəsilə  Azərbaycan  dilinə  keçən  ərəb  və  fars  mənşəli 

terminlər  indiyədək  ayrıca  tədqiqat  obyekti  seçilməmiş,  onların  dilimizə 

gəlmə  yolları,  eləcə  də,  bu  sözlərin  tərkibi,  mövqeyi,  fonetik,  orfoqrafik, 

semantik  dəyişməsi,  söz  yaradıcılığı  potensialı  dilçilik  elminin  müasir 

səviyyəsində  az  öyrənilmişdir.  Bu  tipli  terminləri  tədqiqata  cəlb  etməkdə 

alimin əsas məqsəd: Avropa dillərində şəkil və formasını dəyişmiş ərəb və 

fars  mənşəli  terminlərin  Azərbaycan  dilinə  alınma  yollarını,  onların  miq-

darını,  tərkibini  müəyyənləşdirmək.  Və  alim  Avropa  dillərində  geniş 

yayılmış ərəb və fars terminlərinə (kofe, azimut, kalibr, tarif, tara, almanax, 

alkoqol, maqazin, zenuit, alqoritm...) diqqət çəkir və göstərir ki, həmin alın-

malar Avropa dillərində nəinki geniş yayılmış, hətta bəzi törəmə mürəkkəb 

sözlərin  yaranmasında  da  baza  rolunu  oynamışlar.  Onların  bəziləri  (tara, 

alkoqol, tarif...) internasional səciyyəlidir.  

Hörmətli  professor  ərəb  və  fars  mənşəli  terminlərin  Avropa  dillərinə 

təsiri yollarını da araşdırmış və onları belə qruplaşdırmışdır:  

a) ərəb  və  fars  dillərindən  hazır  alınmayıb  Avropa  dillərində

formalaşan neologizm-terminlər. Bu cür terminlər hibrid morfem alınmalara 

bölünür ki, müəllif onların bir çoxunun konkret izahını verir: “Anilin” ter-

mininin  Azərbaycan  dilinə  keçid  yolu  belədir:  ərəb  dili portəgiz  dili 

fransız  dili

rus  dili

 Azərbaycan  dili:  ən  nil  (ərəbcə)

anil 



Filologiya məsələləri, № 15 2017 

400


(portəgizcə)  aniline (fransızca), anulun (rusca)  anilin (azərbaycanca). 

Alkali sözünün əsli ərəbcə “əl-qali”-dir, qələvi deməkdir. Avropa dillərində 

belə dəyişmişdir: alcalı (fransızca)   alkali (ingiliscə)  alkalu (rusca). Al-

kalid termini əl-qali ərəb mənşəli sözün latınlaşmış formasına “eidos” yunan 

sözünün  qoşulması  ilə  yaranmışdır:  alcalı+eidos

 alcoloid

alkoloid

alkaloid. 

b) ərəb və fars dillərindən alınıb Avropa dillərində fonetik substitusi-

yaya uğramış terminlər. Bu tipli terminlər, əsasən, yunan, latın, fransız, ital-

yan, alman, ingilis, ispan dillərindən rus dilinə keçmiş və rus dili vasitəsi ilə 

Azərbaycan  dilinə  adlamışlar.  Professor  bu  səpkili  terminlərin  Azərbaycan 

dilinə 22 keçid yolunu müəyyənləşdirir (səh.82-83; 84-85). Oxuculara (mü-

təxəssislərə)  maraqlı  olacağını  nəzərə  alıb  bu  yolların  bəzilərini  burada 

təkrarən verməyi vacib sayırıq:  

1) Ərəb  dili

holland  dili rus  dili Azərbaycan  dili  (əmir-əl-ma

admiral  admiral   admiral); 

2) Ərəb  dil

ingilis  dili

rus  dili

Azərbaycan  dili 

(fəqir fakir факир fakir); 

3) Ərəb dili

rus dili  Azərbaycan 

dili (məxazen magasin magasine магазин mağaza); 

4) Ərəb dili latın dili ingilis dili rus dili  Azərbaycan dili (əl-

kühul alkohol alcohol alkoгol alkoqol) və s. 

Göründüyü  kimi,  Azərbaycan  dilinə  keçənə  qədər  vasitəli  dilin 

sayından  asılı  olaraq,  ərəb  və  fars  mənşəli  terminlər  öz  prototiplərindən 

şəkilcə  daha  çox  fərqlənirlər  ki,  müəllif  bu  fikrini  yuxarıda  keçid  yolu 

terminlərlə əsaslandırır.  

Prof.Nadir Məmmədli qeyd edir ki, Azərbaycan dilinə təkcə terminlər 

(sözlər) deyil, söz və terminlərlə birlikdə şəkilçilər, xüsusən leksik şəkilçilər 

də keçmişdir və bu proses bu gün də davam etməkdədir. Dilimizdə bu gün 

leksik  şəkilçi  funksiyası  daşıyan  bəzi  sözdüzəldici  şəkilçilər  (-xana,  -dar,  -

gər, -kar, -saz, -keş, - ban, -gah, -namə, -xor, - baz və s.) etimon dildə müstə-

qil leksik mənaya malikdir ki, bu şəkilçilərin qoşulduğu sözlər mənbə dildə 

quruluşca sadə sözlərdir. Alınma leksik şəkilçilərin bir qismi yalnız ərəb və 

fars mənşəli sözlərə deyil, rus və Avropa sözlərinə də qoşula bilir: poçtxana, 

teatrşünas, arxivşünas, kimyagər və s.  

Azərbaycan  dilinin  termin yaradıclığında  rus dilinin rolu şəksizdir  və 

bu proses bu gün də davam etməkdədir.  



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə