Filologiya
məsələləri, № 15 2017
5
6.God helps those who help themselves (≈ Səndən hərəkət, məndən
bərəkət).
7.Satan always finds work for idle hands (≈ Bekarlıq korluq gətirər.).
Verilən misallarda qrafik cəhətdən sırf agentivlik mənalı sintaksem-
lərin leksik bazasını “İnsan və onunla bağlı mövzuları əhatə edən semantik
sahə” blokunun ayrı-ayrı leksik-semantik qruplarında birləşən leksemlər
təşkil edir: 1-ci misalda man leksemi “insan və və onun qohumlarını bildirən
leksik-semantik qrupuna”, 2-ci misalda Jack (kişı adı) xüsusi isimlə ifadə
olunan adları bildirən leksik-semantik qrupuna, 3-cü misalda cook leksemi
peşə məfhumunu bildirən, 4-cü misalda millət adlarını bildirən, 5-ci misalda
cəmiyyət, birlik bildirən, 6-ci misalda ilahi qüvvə bildirən, 7-ci misalda
mənfi məna daşıyan qüvvəni bildirən leksik-semantik qruplarına daxil
olaraq, substantiv variantın ifadə vasitələri kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, sadaladığımız leksik-semantik qrupların
arasında peşə bildirən qrupuna aid olan leksemlərin bəziləri “-er” şəkilçili
düzəltmə isimlərdən ibarətdir. Məsələn: 1. The cobbler must stick to his last
(≈ Öz köçünü sür, özgədə işin olmasın.); 2.“-man” yarımsuffiksi vasitəsilə
yaranan leksem: A good marksman may miss (≈ Səhvsiz insan olmaz.).
Agentivlik mənalı sintaksemlərin leksik əhatəsinə gəldikdə isə,
onların müxtəlif məna daşıyan feil leksemləri ilə birləşmə qabiliyyəti
nəzərdə tutulur. Yuxarıda adları çəkilən leksik-semantik qruplara daxil olan
isim leksemləri xəbər sintaqmı çərçivəsində hərəkət bildirən, düşüncə,
mühakimə, yaratma, hiss, münasibət bildirən feil leksemləri ilə yanaşı
işlənərək, leksik əhatə yaradır. Həmin feil leksemləri içərisində həm təsirli,
həm də təsirsizs feillərə təsadüf etmək olur. Məsələn: The devil lurks behind
the cross (≈ Qurd qoyun dərisinə girib.)
Agentivlik mənalı sintaksemlərin leksik bazasını təşkil edən ikinci
semantik sahə bloku “Təbiət məfhumunu bildirən müxtəlif növ leksik-
semantik qrupların” leksemlərini özündə birləşdirir:
1. Heyvanlar aləmini əks etdirən leksik-semantik qrup:
1) ev heyvanlarını bildirən yarımqrup (cat, dog, cow, horse,
donkey): The dogs bark, but the caravan goes on (= İt hürər, karvan keçər.).
2) quş adlarını bildirən yarımqrup (bird, hen, cock, crow, hawk,
nightingale, pigeon): Birds of a feather flock together ( ≈ Kor koru tapar, su
da çuxuru).
3) meşə və çöl heyvanlarının adlarını bildirən yarımqrup (bully, fox,
leopard, hare, ape, lion, wolf): The leopard cannot change its spots (≈
Qozbeli qəbir düzəldər.).
4) sürünənlər və həşəratlar (tortoise, worm, fly): The tortoise wins
the race while the hair is sleeping (≈ Yatan aparmaz, yetən aparar.).
Filologiya məsələləri, № 15 2017
6
5) heyvanın orqanları (paws, leg, horn, feathers, claws): Velvet
paws hide claws (≈ Asta basır, bərk kəsir.).
2.Təbiət hadisələrini bildirən leksik-semantik qrup (storm, rain,
cloud. wind, danger, adversity, calamity): The wind cannot be caught in a net
(≈ Xəlbirlə su daşımaq olmaz).
3. Göy cisimlərini bildirən leksik-semantik qrup (the moon, the sun,
the sky): The moon does not heed the barking of dogs (≈ Yel qayadan nə
aparar; it hürər, karvan keçər.).
4. Meyvə, kol, bitkilər və onların hissələrinin adlarını bildirən leksik-
semantik qrup (fruit, apple, leaf of the mulberry, weeds, herb, straw, grass,
oak): No herb will cure love (≈ Eşq dərdinə heç bir dərman əlac etməz.).
5. Sağlamlıq və bədən üzvləri bildirən leksik-semantik qrup (remedy,
heart, fingers, tongue, eye, hand, belly, bones, face): A clean hand wants no
washing (≈ Doğruya nə and.).
6. Yemək və içki adlarını bildirən leksik-semantik qrup (mustard, bread,
egg, wine, water): Fish begins to stink at the head (≈ Balıq başından iylənər).
7. Məkan, yaşayış yeri və s. bildirən leksik-semantik qrup (house, wall,
mill, hedge, fence, door, stone): The mill cannot grind with the water that is past
(≈ Olan oldu, keçən keçdi.).
8. Əşyalar: ev avadanlığı və hissələri, sursat, geyim adları bildirən
leksik-semantik qrup (pot, broom, sack, tub, nail, pitcher, gun; coat, shoe, cap):
The pot calls the kettle black (≈ Kor kora rişxənd edər.).
9. Maliyyə və ticarət bildirən leksik-semantik qrup (exchange,
business, fortune, penny, money): Money makes money (≈ Pulu pul çəkər).
10. Həyat tərzini bildirən leksik-semantik qrup (life, custom, habit,
need, prosperity): Prosperity makes friends and adversity tries them (≈ Yaxşı
günün dostu yaman gündə məlum olar).
11. Hadisə və bayram adlarından ibarət leksik-semantik qrup (event,
case, Christmas): Christmas comes but once a year (≈ Gündə bayram olmaz.).
Agentivlik və aksionallıq (hərəkət) mənalı sintaksemlərin leksik bazası
insanın gördüyü müxtəlif növ iş fəaliyyətini əks etdirən isimlərdən (work, gain,
experience, go, stumble) ibarət olur. Bu leksemlər iş, hərəkət bildirən leksik-
semantik qrupunu təşkil edir və cümlədə xəbər mövqeyində təsirli və təsirsiz
feillərlə yanaşı işlənərək, leksik əhatə yaradır. Məsələn: A stumble may prevent
a fall (≈ Yıxılmaqdansa, büdrəmək yaxşıdır). Agentivlik və aksionallıq mənalı
sintaksemlərin leksik bazasını yoxlamaq üçün isim leksemini eyni kökdən
olan feil leksemi ilə əvəz etməklə yoxlamaq mümkündür: A stumble may
prevent a fall → a stumble → his stumble → he stumbles.
Sırf agentivlik, eləcə də agentivlik və aksionallıq bildirən sintaksem-
lərdən fərqli olaraq, agentivlik və kvalitativlik (keyfiyyət) mənalı sintaksem-
lərin leksik bazasını insan, digər canlı və cansız, əşya və hadisələrin müxtəlif