Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə24/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   20   21   22   23   24   25   26   27   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

60



uzaqlarla, sonsuzluqla, bağlı olduqda sənətkar nəinki əsrinin, hətta əsrlərin - 

əbədiyyatın  klassiki-müasiri  olur.  N.Gəncəvi,  M.Füzuli.  M.F.Axundov, 

H.Cavid, Üzeyir Hacıbəyov, S.Vurğun, Mir Cəlal, B.Vahabzadə və s. kimi 

yaşadıqları  zamanı,  dövrü,  şəraiti,  öz  əsərlərində  yaşadan,  bütün  uğurları, 

ziddiyyətləri, məhrumiyyətləri ilə təqdim edən, ədəbiyyatın – sənətin forma 

və  məzmununa  yenilik  gətirən,  özlərindən  sonra  da  ədəbi  mühiti,  ədəbi 

tarixini  öz  adları  ilə  tanıdan  və  yaşadan,  güclü  məktəblər  yaradan  ustadlar 

olublar. İlyas Əfəndiyev də bənzərsiz ədəbi-bədii irsi ilə bu siyahıda xüsusi 

yer tutan sənətkarlardandır. Bir faktı göstərmək kifayətdir ki, M.F.Axundov-

dan,  H.Cavid,  Ə.Haqverdiyev,  Ü.Hacıbəyov,  C.Məmmədquluzadə,  C.Cab-

barlı,  S.Vurğundan  sonra  Azərbaycan  səhnəsini,  teatrı,  rejissor  və  aktyor 

sənətinin  qıtlıqdan,  boş  qalmaqdan  qoruyan,  onu  yaşadan  İlyas  Əfən-

diyevdramaturgiyası olmuşdur. Bu dramaturgiya bu gün də yaşayır, fəaliyyət 

göstərir. Diqqətlə izləsək bu uğur və nailiyyət ilk başlanğıcını ədibin lirik-

romantik,  psixoloji  hekayələrindən  onların  bənzərsiz  dili  –  üslubundan 

alır.İlyas  Əfəndiyevin  ədəbi-bədii  yaradıcılığı  ədəbiyyatşünaslıq  elmi  tərə-

findən ciddi tədqiqatlar üçün mövzu olmuş, səviyyəli elmi-əsərlər, monoq-

rafiyalar,  namizədlik  və  doktorluq  dissertasiya  işləri  yazılmışdır.  Ədibin 

bədii  nəsr  yaradıcılığına  dilçilik  baxımından  jurnal,  qəzet  məqalələri  səviy-

yəsində toxunulsa da bu zəruri-vacib tədqiqatçılıq işi sistemli  ardıcıl şəkildə 

aparılmamışdır.  Mövzunun  böyüklüyü,  tədqiqatın  kəmiyyət  və  keyfiyyət 

cəhətdən  zənginliyini  nəzərə  alıb  biz  də  ədibin  yalnız  hekayəsinin  bir 

sahəsini; dialoq  yaradıcılığını araşdırmağı məsləhət bildik. 

Dialoq  məsələsi  həm  dilçilik,  həm  də  ədəbiyyatşünaslıq  baxımından 

son  dərəcə  aktual,  ciddi  bir  yaradıcılıq  mövzusudur.  Dialoq  və  monoloqla 

bağlı  əsrin  klassikləri-ustad  tənqidçiləri,  yaradıcı  alimlər,  yazıçılar  bir  sıra 

qiymətli fikirlər söyləmişlər. Dialoq və monoloqa hadisə, əhvalat, vəziyyət, 

xüsusilə  obraz  yaratmağın  ən  zəruri,  uğurlu  yaradıcılıq  vasitəsi  kimi 

baxmışlar, ona yüksək qiymət vermişlər, lirik romantik hisslərin, emosional 

əhvali-ruhiyyənin,  müxtəlif  psixoloji  məqamların,  habelə  naqis,  qüsurlu 

cəhətlərin,  mənəvi-əxlaqi  aləmi  bürüyən,  əhatə  edən  boşluğun  tənqidi 

nailiyyətlərin,  müsbət  idyalın  təbliği  və  tərənnümündə  dialoq  və  monoloq 

sənətkarın  əlində  ən  fəal  yaradıcılıq  vasitəsi  olmuşdur.  Bədii  quruluşun-

satira  və  yumorun,  kinayə,  eyham  və  sairənin  verilməsində  dialoq  və  mo-

noloq  əlverişli  yaradıcılıq  vasitəsi  kimi  qəbul  edilmişdir.  Xüsusilə  zamanı, 

dövrü,  mövcud  şəraiti  göstərməkdə,  insan  amilinə,  cəmiyyətə  baxışın  və 

münasibətin istifadəsində ustadlar dialoq və monoloqdan məharətlə istifadə 

etmişlər.  C.Məmmədquluzadənin,  Ə.Haqvediyevin,  Mir  Cəlalın  bədii  nəsr 

dilinin, sözə, cümlə və nitqə, ümumən zamana-insana səciyyənamə vermək-

də  dialoq  və  monoloq  kara  gələn  ən  uğurlu  yaradıcılıq  vasitəsi  kimi  qəbul 

edilmişdir. 



Filologiya məsələləri, № 15 2017 

 

61



Hər  bir  yazıçı  dialoq  və  monoloqa  öz  yaradıcılıq  imkanlarına, 

müşahidə  və  axtarışlarına  uyğun  olaraq  yanaşmış,  ondan  bəhrələnmişlər. 

Özü də dialoq və monoloqu zamana, dövrlərinə uyğun qəbul etmişlər. Ona 

görə də dialoq və monoloq, müxtəlif məzmunda, hər sənətkarın yaradıcılıq 

səviyyəsinə  və  imkanlarına  uyğun  özünü  göstərmişdir.  Deyək  ki,  klassik 

sənətkarlarda  dialoq  və  monoloq  daha  çox  satirik-jurnal  formada  olsa  da, 

haqqında bəhs etdiyimiz İlyas Əfəndiyevin hekayəlrində əksinə, bu daha çox 

lirik-romantik,  müsbət  idyalı  tərənnüm  edən  xarakterdədir.  Bu  da  yenə 

dövrlə, zamanla, sosialist realizimlə bağlı bir məsələdir. Böyük nasir və alim 

Mir  Cəlal  yazırdı  ki,:  «Biz  bədii  dildə  bəzən  dialoqa  çox  az  əhəmiyyət 

veririk. Halbuki, şirin və təbii yazan realist yazıçılar üçün dialoq çox böyük 

bir vasitədir. Mən bütün tipləri ədibin yaxud qəhrəmanın dili ilə danışdıran 

çox  süni  bir  üsuldan  hələ  də  əl  çəkməyənləri  demirəm.  Mən  dialoqların 

xarakterinə, təbiiliyinə çox diqqət edilməsini lazım bilirəm. 

İnsan  xarakterini  açan  və  dolğun  məna  ifadə  edən  maraqlı  dialoqlara 

klassiklərimiz  həmişə  dil  sənətkarlığının  zəruri  şərti  kimi  baxmışlar.  Yaxşı 

dialoqlar  vasitəsilə  oxucunu  güldürmək  də.  ağlatmaq  da  olar.  Dərin  fəlsəfi 

fikri  də,  xalis  daxili  psixoloji  halları  da,  lirikanı  da  dialoqlar  vasitəsilə 

vermək  olar,  satiranı  da,  yumoru  da…  sənətkarlığın  başqa  məsələlərində 

olduğu  kimi,  bu  məsələdə  də  biz,  klassiklərdən  öyrənəcəyik  və  özü  də 

dərindən öyrənməliyik» (5, səh.6). Mir Cəlal müəllim haqlı idi, bir də ona 

görəki  satirik,  lirik,  yumorik,  porteret,  xatirə  hekayələrində,  novellaların 

dialoqların təbii, gözəl nümunələrini yaratmışdı. 

Ümumən  İlyas  Əfəndiyevin  hekayə  dili  üç  istiqamətdə,  müəllif  dili, 

dialoq və monoloq danışıq dili şəklində işlənsə də aparıcı mövqedə dayanan, 

əsas  dil  vahidi  müəllifin  və  dialoqların  dilidir.  Monoloq  dili  nisbətən  az 

istifadə olunması ədibin obrazların xasiyyətnaməsinə, xarakterinə müdaxilə 

etməsi  ilə  bağlıdır.  Çox  zaman  obraza,  hətta  hadisə  və  əhvalatlara 

xarakteristikanı  müəllifin  özü  verir.  Ədibin  dialoqları  isə  kamil,  bütöv 

olmaqla  obrazların  xarakterini  dəqiqliyi  ilə  aça  bilir,  hətta  sənətkarın 

hadisəyə  münasibəti  haqda  aydın  təsəvvür  yaradır.  Ədibin  «Kiçik  bir 

poema» adlandırdığı hekayəsində bir dialoqa fikir verək: «Mən heç bir söz 

demirəm.  Daha  doğrusu  deyə  bilmirəm.  Taleyin  qəribə  işləri  barəsində  nə 

demək olar ki,:» 

-Axı  biz  çoxdan  tanışıq-deyə  gülümsədi.  Xatırlayırsınızmı?  «Durna 

gölü» sonra Bakıda xəstəxanada olan görüşümüz. 

Mən ilk yaralandığım dəqiqəni və siyasi rəhbəri xatırlayaraq: 

-Yoldaşınız salamatdırmı?-deyə zəif səslə soruşuram. 

-Necə yoldaşım?-deyə o təəssüblə üzümə baxdı. 

-«durna göldə» sizinlə gördüyüm, burada siyasi rəhbər olan… 

-O mehribanlıqla gülümsədi: 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə