71
Müəllim mövzuya başlayarkən mətn redaktorunun imkanları barədə şagirdlərə
suallar verir. Mətn redaktorunda şəkil çəkmək tələb olunan bir neçə sadə nümunə
nümayiş etdirmək olar.
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd şagirdləri
mətn redaktorunda sadə şəkillərin çəkilmə imkanları ilə tanış etməkdir. Bunun
üçün müəllim proyektor vasitəsilə mətn redaktorunun pəncərəsində rəsm zolağını
göstərir. Sadə fiqurların çəkilməsi və onların rənglənməsini nümayiş etdirmək
məqsədəuyğundur.
Şagirdlərin praktik işdə qazandıqları yeni bacarıqlarla bağlı yaranan suallar və
çətinliklər aşkarlanıb müzakirə edilə bilər. Adətən, şagirdlər sadə fiqurları
(düzbucaqlı və dairə) çəkmək üçün rəsm alətləri zolağından uyğun fiquru seçəndən
sonra siçanı iş sahəsində çıqqıldadırlar. Müəllim onlara bu alətdən qrafik
redaktorda olduğu kimi, siçanın sol düyməsini basılı saxlayıb onu hərəkət
etdirməyi izah edir. Yaranan fiqurun ölçülərini dəyişmək üçün onun tutacaqların-
dan istifadə olunmalıdır. Fiquru rəngləmək üçün qrafik redaktordan tanış olan boya
alətindən istifadə etmək daha məqsədəuyğundur. Çünki kontekst menyusundan
istifadə etmək 5-ci sinif şagirdləri üçün bir qədər mürəkkəb ola bilər. Ay və ulduz
fiqurları isə avtofiqurlardan seçilir.
Müəllim dərsliyin bu hissəsində verilən məlumatı proyektorda göstərməklə
şərh edə bilər. Sadə fiqurlar çəkmək üçün rəsm zolağındakı alətlərdən necə istifadə
olunduğunu və boya aləti vasitəsilə fiqurların rəngləndiyini nümayiş etdirmək olar.
Diferensial təlim. Təlim nəticələri yüksək olan şagirdlərə müəllim yaradıcı iş
təklif edə bilər: “Mətn redaktorunun rəsm imkanlarından isti-
fadə etməklə, istədiyiniz şəkli, yaxud belə bir şəkli çəkin”.
Təlim nəticələri zəif olan şagirdlərə mətn redaktorunun rəsm
zolağından istifadə etməklə, istədikləri şəkli çəkmək təklif
oluna bilər.
Müəllim şagirdlərlə birlikdə mövzunun “Sual və tapşırıqlar” hissəsində
verilmiş tapşırıqların cavablarını müzakirə edə bilər.
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə
qiymətləndirə bilər:
1. Mətn redaktorunda yığılmış mətnə uyğun şəkli müəyyən etmə.
2. Rəsm zolağından istifadə etməklə, sadə fiqurlar çəkmə.
3. Çəkilmiş fiqurun ölçülərini dəyişmə.
4. Hazır sənədi kompyuterin yaddaşında saxlama.
72
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1. Aşağıdakı proqramların hansında şəkil çəkmək olur?
A) NotePad
B) Paint
C) Calculator
D) PowerPoint
2. Bu şəkil qrafik redaktorun hansı elementidir?
A) menyu zolağı
B) palitra
C) alətlər qutusu
D) iş sahəsi
3.
aləti şəklin hansı formalı fraqmentini seçməyə imkan verir?
A) ixtiyari
B) düzbucaqlı
C) şəffaf fonlu
D) qeyri-şəffaf fonlu
4. Seçdirmə aləti vasitəsilə şəklin fraqmenti ilə hansı əməliyyatı aparmaq olmur?
A) çoxaltmaq
B) köçürmək
C) pozmaq
D) çap etmək
5. Şəklin fraqmentini çoxaltmaq üçün siçanın sol düyməsini sıxıb hərəkət etdirən
zaman hansı klavişi basılı saxlamaq lazımdır?
A)
B)
C)
D)
6. Şəklin fraqmentini döndərmək üçün menyu zolağından hansı komanda
seçilməlidir?
A) EditCopy
B) ImageClear
C) EditPaste
D) ImageFlip and Rotate
7. Şəklin fraqmentini əymək üçün menyu zolağından hansı komanda
seçilməlidir?
A) ImageFlip/Rotate
B) ImageStretch and Skew
C) ImageClear
D) FilePage Setup
73
8. Bunlardan hansı mətn redaktoru deyil?
A) OpenOffice.org Writer
B) MS Word
C) WordPad
D) Microsoft Paint
9. Mətni böyük hərflərlə yazmaq üçün hansı klavişi basmaq lazımdır?
A)
B)
C)
D)
10. Mətndə kursordan sağda olan simvolu silmək üçün hansı klavişi basmaq
lazımdır?
A)
B)
C)
D)
11. Mətndə şriftin ölçüsünü dəyişmək üçün hansı düymədən istifadə etmək
lazımdır?
A)
B)
C)
D)
12. Sənədi çap etmək üçün menyu zolağından hansı komandalar verilməlidir?
A) FilePage Setup
B) EditCopy
C) FilePrint
D) EditUndo
13. Mətn sənədini yaddaşda saxlamaq üçün hansı düymədən istifadə etmək olar?
A)
B)
C)
D)
14. Mətnə şəkil əlavə etmək üçün menyu zolağından hansı komanda seçilməlidir?
A) InsertFile
B) InsertPicture
C) FileOpen
D) InsertMove
74
ALT STANDARTLAR ÜZR
Ə
REALLA
Ş
DIRILACAQ BACARIQLAR
T
Ə
DR
İ
S VAH
İ
D
İ
ÜZR
Ə
ÜMUM
İ
SAATLARIN M
İ
QDARI:
6 saat
K
İ
Ç
İ
K SUMMAT
İ
V Q
İ
YM
Ə
TL
Ə
ND
İ
RM
Ə
:
1
saat
ALQOR
İ
TM V
Ə
PROQRAM
2.2.1. Alqoritmin təsviri üsullarını izah edir.
2.2.2. Sadə proqramlaşdırma mühitində proqramlaşdırma haqqında
elementar biliklərini izah edir.
2.2.3. Sadə proqramlaşdırma mühitində "İcraçı"nın hərəkətini idarə
edir.
2.2.4. Sadə proqramlaşdırma mühitində elementar fiqurlar çəkir.
T
Ə
DR
İ
S VAH
İ
D
İ
–
4