Microsoft Word A1 Consolidated ifrs report 2013 aze docx



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix14.09.2018
ölçüsü1,55 Mb.
#68246
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(18) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Mal-material ehtiyatları. Mal-material ehtiyatları maya dəyəri və xalis satış  dəyəri arasında  ən aşağı olan 

dəyərdə qeydə alınır. Maya dəyəri orta çəki metodu ilə müəyyən edilir. Maya dəyərinə birbaşa alış xərcləri, 

hasilat xərcləri, nəqliyyat və istehsal xərcləri (normal iş həcminə əsasən) daxildir. 

 

Dövlət qrantları. Dövlət qrantları onların Qrup tərəfindən alınması  və Qrupun bu qrantlarla bağlı bütün 

şərtləri yerinə yetirəcəyi təqdirdə  əsaslı  əminlik yarandıqda  ədalətli dəyərlə uçota alınır.  Əsas vəsaitlərin 

alınması ilə bağlı alınmış qrantlar uzunmüddətli öhdəliklərdə təxirə salınmış gəlir kimi uçota alınır və müvafiq 

aktivlərin gözlənilən faydalı istifadə müddəti  ərzində  bərabər çıxılmalar metoduna əsasən mənfəət və ya 

zərərdə gəlirə aid edilir.

 

 



Gəlirlər ilə bağlı alınmış qrantlar təxirə salınır və onların kompensasiya edəcəyi xərclərə uyğunlaşdırılması 

üzrə tələb olunan dövr ərzində mənfəət və ya zərərə daxil edilir. 

 

Aktivlərin ləğv olunması üzrə öhdəliklər. Qrup qurğu və ya avadanlığın bir hissəsinin sökülməsi və ya ləğv 

edilməsi və onların yerləşdiyi  ərazini bərpa etməsi üzrə öhdəliyə malik olduqda və  həmin öhdəliklə bağlı 

əsaslı təxminlər irəli sürüldükdə aktivlərin silinməsi ilə bağlı xərclər üzrə öhdəliklər uçota alınır. Neft və təbii 

qazın hasilatı  və ya nəqli üçün nəzərdə tutulan qurğular kimi yeni qurğularla bağlı öhdəliklər tikinti və ya 

quraşdırılma zamanı uçota alınır. Aktivlərin ləğv olunması üzrə öhdəlik qanunvericilikdə baş vermiş dəyişiklik 

ilə  əlaqədar olaraq qurğunun istismar dövrü ərzində yarana bilər. Uçota alınmış  məbləğ yerli şərait və 

tələblərə uyğun olaraq müəyyən edilmiş gözlənilən gələcək xərclərin cari dəyərini əks etdirir. 

 

Bundan əlavə, əsas vəsaitlərin maya dəyərində aktivlərin ləğv olunması üzrə öhdəliklər üçün təxmin edilən 



öhdəliklərin məbləği həcmində düzəliş aparılır. 

 

Gələcək xərclərin məbləği və müddəti ilə bağlı təxminlərdəki dəyişikliklərə görə öhdəliyin cari dəyərində baş 



vermiş  hər hansı  dəyişiklik ehtiyat və  əsas vəsaitlər üzrə kapitallaşdırılmış müvafiq xərclərə düzəliş kimi 

göstərilir. Tamamilə köhnəlmiş qurğu və ya avadanlığın sökülməsi və ya ləğv edilməsi üçün gələcək xərclərin 

məbləği və müddəti ilə bağlı təxminlərdəki dəyişikliklər mənfəət və ya zərər və digər məcmu gəlir haqqında 

hesabatda uçota alınır. Diskontlaşdırılmış  dəyərə düzəliş  nəticəsində öhdəliyin cari dəyərində baş vermiş 

dəyişikliklər mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda maliyyə xərcləri kimi göstərilir. 

 

Öhdəliklər və məsrəflər üzrə ehtiyatlar. Öhdəliklər və məsrəflər üzrə ehtiyatlara qeyri-müəyyən müddət və 

ya məbləğə malik olan öhdəliklər daxildir. Qrup keçmiş hadisələr nəticəsində hüquqi və ya işgüzar 

praktikadan irəli gələn öhdəliklərə malik olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi üçün Qrupdan iqtisadi 

resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ölçülə 

bildikdə ehtiyatlar uçota alınır. Ehtiyatlar gələcək əməliyyat zərərləri üçün uçota alınmır. 

 

Bir sıra analoji öhdəliklər mövcud olduqda, həmin öhdəliklərin yerinə yetirilməsi məqsədilə resursların sərf 



olunması ehtimalı ümumilikdə bütün öhdəliklər üçün müəyyən edilir. Ehtiyat, hətta öhdəlik ilə eyni sinfə daxil 

olan hər-hansı bir ayrıca maddə üzrə resursların sərf olunması ehtimalı az olduqda belə qeydə alınır. 

 

Ehtiyatlar vergidən  əvvəl faiz dərəcəsindən istifadə etməklə, öhdəliyin yerinə yetirilməsi üçün zəruri olan 



xərclərin cari dəyəri ilə qiymətləndirilir. Vergidən  əvvəl faiz dərəcəsi pul vəsaitlərinin vaxt dəyəri üzrə cari 

bazar qiymətlərini və öhdəliklərə xas olan riskləri əks etdirir. Vaxtın keçməsinə görə ehtiyatlardakı artım faiz 

xərcləri kimi uçota alınır. 

 

Dövlətə ayırmalar. Dövlətə ayırmalar hökumətin xüsusi qərarlarına uyğun olaraq dövlət büdcəsinə, ayrı-ayrı 

dövlət agentliklərinə və hökumətin həyata keçirdiyi layihələrə Qrup tərəfindən pul şəklində qoyuluşları və ya 

maliyyələşdirməni  əks etdirir. Bu cür ayırmalar kapitalın azalması kimi uçota alınır. Pul şəklində olmayan 

ayırmalar köçürülmüş aktivlərin balans dəyərində qeydə alınır. 

 

Dövlətin ayırmaları. Dövlətin ayırmaları pul qoyuluşları, digər dövlət müəssisələrinin köçürülməsi və ya 

Hökumətin digər müəssisələrdəki payının bütövlüklə və ya qismən köçürülməsi formasında həyata keçirilir. 

Qrupa dövlət müəssisələrinin köçürülməsi keçirilən müəssisənin  ədalətli dəyəri olan məbləğdə kapital 

hesabatı vasitəsilə qoyuluş kimi tanınır (Hökumət digər müəssisələrdəki payını köçürdüyü halda – müvafiq 

müəssisənin ədalətli dəyərində köçürülmüş pay). 

 

 



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər (davamı) 

(Xüsusi qeyd edilmiş hallar istisna olmaqla, məbləğlər milyon Azərbaycan Manatı ilə ifadə edilir) 

 

 

(19) 


2 Maliyyə hesabatlarının hazırlanmasının əsası və mühüm mühasibat uçotu prinsipləri (davamı) 

 

Əlavə  Dəyər Vergisi. Vergi orqanları satış  və alış  əməliyyatları üzrə  əlavə  dəyər vergisinin (“ƏDV”) xalis 

ödənilməsinə icazə verir. 

 

ƏDV üzrə kreditor borcu:  ƏDV üzrə kreditor borcu hesabat tarixində  əvəzləşdirilmiş alışlar üzrə  ƏDV-ni 

çıxmaqla, müştərilərə satışların tanınması zamanı vergi orqanlarına ödənilməli olan satış üzrə  ƏDV 

məbləğidir. Hesabat tarixində əvəzləşdirilməmiş satışlar üzrə ƏDV (əvəzləşdirilən ƏDV) həmçinin ƏDV üzrə 

kreditor borcuna daxildir. Debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyat yaradıldıqda, dəyərsizləşmə üzrə 

ehtiyat lazım olduqda ƏDV daxil olmaqla, debitor borcunun ümumi məbləğində qeydə alınır.  ƏDV üzrə 

müvafiq təxirə salınmış öhdəlik vergi məqsədləri üçün debitor borcu silinənə qədər saxlanılır. 

 

Büdcədən tələb edilə bilən  ƏDV: Büdcədən tələb edilə bilən  ƏDV hesabat tarixində  əvəzləşdirilməmiş 

alışlara aiddir. Büdcədən tələb edilə bilən  ƏDV alışlar üçün ödəniş aparıldıqda satışlar üzrə  ƏDV ilə 

əvəzləşdirilə bilər. 

 

Gəlirlərin uçotu. Gəlirlər, Qrupun adi fəaliyyət gedişində satılmış mallar və ya göstərilmiş xidmətlərə görə 

alınmış və ya alınacaq məbləğin ədalətli dəyərini əks etdirir. Gəlirlər, Qrup daxilində satışlar silinməklə ƏDV

mənfəət, güzəşt və satışdan tutulan sair vergilər (əgər mövcuddursa) çıxılmaqla göstərilir. 

 

Xam neftin satışından yaranan gəlirlər adətən neftin tankerə  və ya digər nəqliyyat vasitələrinə yükləndiyi 



zaman xam neft üzrə mülkiyyət hüququ ilə bağlı risk və faydaların ötürüldüyü anda qeydə alınır. Neft 

məhsullarının satışından yaranan gəlirlər adətən məhsulların yükləndiyi zaman məhsul üzrə mülkiyyət 

hüququ ilə bağlı risk və faydaların ötürüldüyü anda qeydə alınır. Təbii qazın satışından yaranan gəlirlər qaz 

sayğaclarındakı göstəricilərə (hər ay nəzarət edilir) və sonuncu göstəricidən hesabat dövrünün sonuna qədər 

istehlakçıların proqnozlaşdırılan qaz sərfiyyatına  əsasən hesablanır. Təbii qazın qiyməti və qazın nəqli 

tarifləri Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir. 

 

Digər malların satışından yaranan gəlirlər, mallar üzrə mülkiyyət hüququ ilə bağlı risk və faydaların 



ötürüldüyü anda qeydə alınır. 

 

Xidmətlərin realizasiyası müqavilə üzrə göstəriləcək ümumi xidmətlərə proporsional olaraq faktiki göstərilmiş 



xidmətlərə  əsasən qiymətləndirilən konkret əməliyyatın tamamlanma mərhələsinə istinadən həmin 

xidmətlərin göstərildiyi uçot dövründə qeydə alınır. 

 

Faiz gəlirləri effektiv faiz metodundan istifadə etməklə maliyyələşdirmə vaxtına proporsional şəkildə  gəlirə 



daxil edilir. 

 

Xam neftin overlifti/anderlifti. Xam neftin overlifti və ya anderlifti birgə fəaliyyətdəki tərəfdaşın əldə etdiyi 

neftin həcmi ilə onun hasilatdakı  iştirak payı arasındakı  fərqdən yaranır. Anderlift, satış kimi xam neftin 

yüklənmə  məntəqəsində anderlifter tərəfindən overlifterə satışı zamanı uçota alınır. Overlift, alış kimi xam 

neftin overlifter tərəfindən anderlifterdən alınması zamanı uçota alınır. Anderliftin həcmi Qrupun maliyyə 

vəziyyəti haqqında hesabatında aktiv kimi, overliftin həcmi isə öhdəlik kimi göstərilir. Overlift öhdəliyi və ya 

anderlift aktivinin ilkin uçotu yüklənmə tarixinə xam neftin bazar qiyməti ilə aparılır. Overlift/anderlift 

öhdəlikləri və aktivlərinin hesabat tarixindən sonrakı dövrdə uçotu müvafiq əməliyyat sazişlərində  nəzərdə 

tutulan  şərtlərdən asılıdır. Bu cür şərtlər tərəflər arasında overlift/anderlift qalıqlarının nağd pulla 

hesablaşmasına imkan yaradarsa, həmin qalıqlar ilkin uçotdan sonrakı hesabat tarixlərinə ədalətli dəyərdə 

yenidən qiymətləndirilir. Xam neftin təhvili nəticəsində yaranmış overlift/anderlift qalıqları ilkin uçotdan 

sonrakı hesabat tarixlərinə balans dəyəri və ədalətli dəyərdən ən aşağı olanı ilə qeydə alınır. 

 

İşçilərə ödənişlər.  Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, 

məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar (məs. səhiyyə 

xidmətləri və uşaq bağçaları) Qrupun işçiləri tərəfindən müvafiq xidmətlərin göstərildiyi ildə hesablanır. 

 

Seqmentlər üzrə  məlumat.  Əməliyyat seqmentləri haqqında məlumat daxili hesabat qaydalarına  əsasən 

əməliyyat məsələləri ilə bağlı Qrupun əsas qərar qəbul edən  şəxsinə  təqdim edildiyi formatda göstərilir. 

Gəlirləri, maliyyə  nəticələri və ya aktivləri bütün seqmentlərin on faizini və ya artıq hissəsini təşkil edən 

seqmentlər ayrıca açıqlanır. 

 

 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə