Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

 
 
35 
1. Milli bir kimlik seçimi
2. Fərdlərə  və  cəmiyyətin inkişafına təməldə liberal bir 
mövqe tutması; 
3. İslam dininə müsbət bir yanaşma və buna bəlli bir tarixi 
üsulla haqq qazandırmaq (bu üsuldan zaman-zaman başqa 
mövzularda da istifadə edir, amma islam dinini müzakirə 
edərkən müntəzəm müraciət etdiyi bir yoldur)
52

Diqqət çəkən bir şəkildə, o dövrün bir çox islam islahatçı-
sının və ya islam dinini bəyəndirməyə çalışanların əksinə olaraq, 
Ağaoğlu bəzi durumlarda qadınların da boşanma davası aça 
biləcəklərindən heç söz açmır. Bəllidir ki, güclü ictimai və dini 
təzyiqi, qadınları basqı altında tutan ünsürlər olaraq deyil, 
evliliyi gücləndirən, onları qoruyan bir ünsür olaraq düşünürdü. 
Bu nöqtədə o, qadınların acınacaqlı  vəziyyətə düşməsini tarixi 
şərtlərə bağlayır
53

Eynilə bunun kimi, Ağaoğlu, diqqətini çəkən başqa iki möv-
zunu da müzakirə edərkən tarixi şərtləri vurğulayır: çoxarvad-
lılıq, qadınların niqab taxması, kişilərdən ayrı yaşamaları. 
Ağaoğlu bu iki qurumun da mənfi və geri olduğunu düşünür. 
Əlbəttə ikisi də islamiyyətin, Qərbdə uzun zamanlar tənqid 
edilən və üzərinə  həyəcanlı müzakirələr edilən tərəfləri idi. 
Bunun üçün də bu mövzunu müzakirə edərkən islam dinini 
mümkün olduğu qədər mübahisədən uzaq tutmağa çalışır. Məh-
dudlaşdırılmayan çoxarvadlılıq mövzusundakı fikirlərini, bunun 
bütün Orta Şərqdə çox əskidən, islamdan öncəki dönəmdən bəri 
var olan oturuşmuş bir qurum olması (bir tərəfdən bölgənin 
iqlim  şərtlərinə, insanların təbiətlərinə bağlılığı  və dolayısıyla 
bir gündə ortadan qaldırılmasının mümkün olmaması) kimi 
dəlillərlə  əsaslandırır. Yəni islam dini, arvad sayını dördlə 
məhdudlaşdırmaq və bunların bərabər statusda olmasını məcburi 
                                                 
52
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı.  İstanbul Bilgi Univer-
sitesi Yayınları, 2005, s. 216-217. 
53
 Yenə orada, s. 218-219. 


 
 
36 
etmək kimi, bir anlamda yerinə yetirilməsi imkansız olan bir 
məcburiyyət gətirərək, həyata keçirilməsinin məhdudlaşdırıl-
ması baxımından önəmli addımlar atmışdır və  əlbəttə  qəti 
məqsədi bunu bütünlüklə ortadan qaldırmaqdır. Elə bu üzdən 
islamın çoxarvadlılığı müqəddəsləşdirdiyini, qadınları alçaldıb 
təzyiq altında tutduğunu söyləyən qərbli alimlərin xəta 
etməsində israr edir; əksinə islam dini monoqamiyanı önə 
çıxarmaqda və qadınların statusunu yüksəltməkdədir
54

Beləliklə, eyni şəkildə, həm müsəlmanlara, həm müsəlman 
olmayanlara, qadınlarla bağlı  və ya ümumi olaraq tərəqqi 
mövzusundakı islam dininin mahiyyətinin müsbət olduğunu 
göstərməyə çalışırkən belə, islahatçı islamçıların mənimsədikləri 
görüşlərdən tam fərqli bir yanaşma nümayiş etdirməkdədir.  
Holly Shissler müqayisəli təhlil apararaq vurğulayır ki, 
Ağaoğlu qadınlardan yazdığı dövrlərdə, islam dininin qadın 
haqq və azadlıqları ilə uyğun olduğunu, ondan da əlavə onların 
cəmiyyət içindəki haqq və azadlıqlarını dəstəklədiyini göstərmə-
yə çalışır. Lakin bu düşüncələrini irəli sürə bilmək üçün 
yararlandığı tarixi tezislər, qəti  şəkildə toxunulmaz olan, vəhy 
yoluyla gələn müqəddəs kitabın sonsuz səciyyələrinin önəmini 
də  zəiflədir. Həzrəti Məhəmmədin proyektinin mahiyyəti, bəlli 
tarixi-kültürəl çevrə içində anlaşılması gərəkən tarixi bir hadisə 
kimi təsvir edilir. Bu, gerçək islamın qadınlar üçün yaxşı olub, 
sonrakı saxta əlavələrin çox böyük itkilərə yol açdığını söylə-
məkdən olduqca fərqli bir şeydir. Ağaoğlu, zaman-zaman bu 
mənaya gələn  şeylər söyləyən kimidir, hətta bu cür mübahisə-
lərin içində yer alır, ancaq bu Abbasilərin son dönəmləri və 
xilafət sonrası dönəm üçün keçərlidir və başqa dönəmlərə 
baxıldığında önə sürdüyü iddiaların mexanizmi və mahiyyəti 
gerçəkdə Ağaoğlunu təkzib edir. Yazdıqlarını başqalarından bu 
qədər fərqli edən  şey, vəhyi də ehtiva edən bu tarixçilikdir. 
                                                 
54
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı.  İstanbul Bilgi Univer-
sitesi Yayınları, 2005, s. 219. 


 
 
37 
Ağaoğlunun, islam dinində qadının durumu və haqları üzərinə 
söylədiklərini, ondan iki il öncə, misirli islahatçı Qasim Əminin 
“Qadınların qurtuluşu” adlı  əsərində söylədikləriylə qarşılaş-
dırsaq, aradakı  fərq açıqca ortaya çıxar. Məsələn, hər iki yazar 
çoxarvadlılıq mövzusundan bəhs edərkən bunu təsdiqləmir və 
Quranın da bu mövzuda üstündən keçdiyini bildirirlər. Onlara 
görə, kişilər ancaq ədalətli ola bilərlərsə ikinci arvad almalarına 
izin verilə bilər, amma bu çox da mümkün deyildir. Ancaq 
Ağaoğlu, Quranın nədən çoxarvadlılığa izin verdiyi məsələsinə 
də cavab verməyə çalışır
55
.  
Holly Shisslerin də istinad etdiyi kimi, həqiqətən də Ağaoğlu 
əsərdə bu məqama aydınlıq gətirməyə, başqa sözlə, islam 
dininin çoxarvadlılığa münasibətinin təfsirini verməyə çalışır. 
Ağaoğlunun fikirlərində  təhrifə yol verməmək üçün əsərin 
mövzuyla bağlı parçasını təqdim edirik: “İndi isə – poliqamiya 
haqqında. Yuxarıda qeyd etdiyim kimi, Məhəmmədin dövründə 
Ərəbistanda və qonşu ölkələrdə  hədsiz poliqamiya hökm 
sürürdü. Əsrlərlə mövcud və yəqin ki, Şərq üçün səciyyəvi olan 
bu sosial institutu birdən-birə yox etmək mümkün deyildi; bu, 
həm də  əhalinin temperamenti və  Şərq ölkələrinin iqlimi ilə 
bağlı idi. Buna baxmayaraq, islam bütün Şərq üçün bu istiqamə-
tdə müsbət nailiyyətlər  əldə etmişdi. Qanuna görə, kəbinlərin 
sayı dörd kəbinlə  məhdudlaşdırılmışdı. Eyni zamanda, irəli 
sürülən  şərtlər o dərəcədə mürəkkəb idi ki, bu, faktiki olaraq, 
monoqamiya ilə  nəticələnməli idi. Əsas  şərt isə bundan ibarət 
idi: ər, bütün qadınlarına qarşı eyni dərəcədə ədalətli olmalıdır. 
Kamus,  İmam Fəxr Razi və Molla Fətullah “ədalət” anlayışını 
belə izah edirlər: “Ədalət,  ərlərin qadınlarına qarşı zahiri 
münasibətlərini deyil, həm də onların hissi münasibətlərini əhatə 
etməlidir; ər, nəinki bütün qadınları ilə eyni tərzdə rəftar etməli, 
hətta onları eyni dərəcədə sevməlidir”. Lakin, bu mümkün-
                                                 
55
 A.Holly Shissler. İki  İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve Yeni 
Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı.  İstanbul Bilgi Univer-
sitesi Yayınları, 2005, s. 222-223. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə