Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

 
 
62 
“Cənnət – anaların ayaqları altındadır”
104
. Məhəmməd, qadının 
mənəvi dəyərini yüksəldib, ona o qədər səlahiyyətlər vermişdir 
ki, bəzi müasir qanunvericiliklərdə, məsələn, Fransa qanunveri-
ciliyində, xəyala belə  gətirilə bilməz.  İslamda qızlar öz vali-
deynlərinin tam hüquqlu varisləridirlər; həddi-buluğa çatana 
qədər valideynlərə onları satmaq, yaxud başqa cür istədiyi kimi 
rəftar etmək qadağan olunur; sonra qız, valideynlərindən icazə 
almadan istədiyi adama ərə gedə bilər; qızın razılığı olmadan 
isə nikah qanunsuz sayılır. Onlar bütün vətəndaşlıq hüquqları-
na malikdirlər və istədiyi qanuni fəaliyyətlə  məşğul ola bilər-
lər
105
. Qurana görə, ərli qadın həmçinin tam hüquqlu vətəndaş-
dır; o, öz əmlakı ilə,  ərindən icazə almadan, istədiyi tərzdə 
rəftar edə bilər;  ər isə öz qadınından uşaqlarının  əmizdirilmə-
sindən başqa heç bir şey tələb edə bilməz, qadın yalnız  ərinə 
sadiq olmalı,  ərinə xidmət etməsi isə yalnız onun xoş 
məramının, ərinə məhəbbətinin təzahürüdür. 
Bütün mübahisəli məsələlər ailə daxilində, hər iki tərəfdən 
iki nümayəndənin iştirakı ilə  həll olunmalıdır. Qadınlar öz 
ərlərinin və uşaqlarının varisləridir. Kəbinin əsası isə – məhəb-
bətdir (“sevdiyiniz adamla ailə qurun”). O, dini baxımdan 
təsdiq olunmuş və qanunlaşdırılmış müqəddəs formal aktdır. O, 
pozula da bilər, lakin bunun üçün tutarlı səbəblər olmalıdır və 
bu zaman ər qadınına müntəzəm surətdə  kəbin məbləğini 
ödəməli, azı üç ay ərzində  tələbatlarını  təmin etməlidir (qadı-
nın ərinə sadiq olmaması halları istisna olunmaqla). Boşanmış 
qadın kiçik yaşlı  uşaqları da öz yanında saxlaya bilər və  ər 
onları da hər şeylə təmin etməlidir. Düzdür, Quran boşanmağa 
icazə verir, lakin, eyni zamanda, onu lənətləyir: “Mənim üçün 
(Allah üçün) boşanmadan pis, iyrənc bir şey yoxdur. Ərlər 
hətta sevmədiyi qadınları ilə humanistcəsinə, xoş  rəftar 
etməlidirlər”, “onlarla məhəbbət və sülh şəraitində yaşayın, 
onlardan zəhləniz getsə  də, dözün və Allah sizin bu əməllə-
                                                 
104
 Ernest Renan: “Etudes d’histoires religieuses”. 
105
 “Məcman-Nureyn”. 


 
 
63 
rinizi layiqincə qiymətləndirər”. “Bu, başqa cür ola da bilməz, 
çünki həyat sizi birləşdirdi və siz bir-biriniz qarşısında müqəd-
dəs andları içmisiniz”. Kişilər, hətta onlara xəyanət etmiş qa-
dınları belə bağışlamağı bacarmalıdırlar. Xəyanətə aid iradlar 
dedi-qodulara, ara söhbətlərə deyil, tutarlı dəlillərə əsaslanma-
lıdır;  ərinə  xəyanət etmiş qadının məsələsi səlahiyyətli məh-
kəmə tərəfindən araşdırılmalı və dörd şahidin şəhadətilə təsdiq 
olunmalıdır; yalnız ondan sonra hakim qadını tövbəyə məhkum 
edir və  nəticədə qadın səmimi surətdə öz günahını  dərk edib, 
bu əməldən tövbə edir. Quranda deyilir: “Onlar çox zəifdir və 
şeytanın kələklərindən bixəbər olduqları üçün düz yoldan 
dönürlər; onlara çox şeyi bağışlamaq olar”. Bu sözlər başqa bir 
müəllimin yolunu azmış qadın haqqında dediklərini xatırladır. 
Bu kəlmələr vəhşi, ehtiraslı, öz qadınlarını  hər bir xırda  şüb-
həyə görə daşqalaq edən bədəvilər üçün yeni münasibətləri əks 
etdirən sözlər idi
106

İndi isə – poliqamiya haqqında. Yuxarıda qeyd etdiyim 
kimi, Məhəmmədin dövründə  Ərəbistanda və qonşu ölkələrdə 
hədsiz poliqamiya hökm sürürdü. Əsrlərlə mövcud və yəqin ki, 
Şərq üçün səciyyəvi olan bu sosial institutu birdən-birə yox 
etmək mümkün deyildi; bu, həm də  əhalinin temperamenti və 
Şərq ölkələrinin iqlimi ilə bağlı idi. Buna baxmayaraq, islam 
bütün Şərq üçün bu istiqamətdə müsbət nailiyyətlər əldə etmiş-
di. Qanuna görə, kəbinlərin sayı dörd kəbinlə  məhdudlaşdırıl-
mışdı. Eyni zamanda, irəli sürülən şərtlər o dərəcədə mürəkkəb 
idi ki, bu, faktiki olaraq, monoqamiya ilə  nəticələnməli idi. 
Əsas şərt isə bundan ibarət idi: ər, bütün qadınlarına qarşı eyni 
dərəcədə ədalətli olmalıdır. Kamus, İmam Fəxr Razi və Molla 
Fətullah “ədalət” anlayışını belə izah edirlər: “Ədalət,  ərlərin 
qadınlarına qarşı zahiri münasibətlərini deyil, həm də onların 
hissi münasibətlərini əhatə etməlidir; ər, nəinki bütün qadınları 
ilə eyni tərzdə  rəftar etməli, hətta onları eyni dərəcədə sev-
məlidir”. Lakin, bu mümkündürmü? Quran bu suala da cavab 
                                                 
106
 İbn Xəldun.  


 
 
64 
verir: “Siz heç vaxt qadınlarınızla tam mənada  ədalətli mü-
nasibətləri qura biməzsiniz”. Təbii ki, bu, mümkün deyil. Bəs 
nə etməli? Bu suala da Quran cavab verir: “Əgər sizin bütün 
qadınlarınıza münasibətdə  ədaləti gözləyə biləcəyinizə az da 
olsa  şübhəniz varsa, bir qadınla evlənin; bu, ədalətsizliyə yol 
verməməyin, günah işlətməməyin  ən yaxşı vasitəsidir”. Gətir-
diyimiz sitatlar islamın monoqamiya tərəfdarı olduğunu təsdiq 
edir; bu, həm də onu göstərir ki, gələcəkdə müsəlmanlar öz 
dinini, onun mahiyyəti və yönümünü dərk edəndən sonra, 
monoqamiya qələbə çalacaq. Ona görə  də Quranı  və  Məhəm-
mədi qadına qarşı düşmənçilik münasibətlərində suçlayan bəzi 
Avropa yazarları haqsızdırlar; onlar həm də ayrı-ayrı müsəl-
manların qüsur və eyiblərini islam dini ilə bağlayanda da 
haqsızlığa yol verirlər; əksinə – bütün bu qüsurlar islama zid-
dir. Quran, Asiya qadınını yüksəltmək istiqamətində  təşəbbüs 
göstərdi. Ona, o dövrə  qədər  Şərqdə görünməyən hüquqları 
bəxş etdi, onu əsl qadın,  əsl ana səviyyəsinə ucaltdı. Qadın-
ların, artıq öz hüquqlarını  nə  dərəcədə  mənimsədikləri Molla 
Fətullahın aşağıdakı qeydində aydın görsənir. Məhəmmədin 
ölümündən sonra Ömər məsciddəki çıxışlarının birində  kəbin 
məbləğinin ləğv edilməsini təklif etmişdi. Qadınlardan biri, 
etiraz edərək dedi: “Ey möminlərin böyüyü! Siz, Allah və onun 
peyğəmbəri tərəfindən verilmiş hüquqlardan bizi məhrum edə 
bilməzsiniz”. Xəlifə geriyə çəkildi. 
Məhəmmədi guşənişinliyin tətbiqində günahlandıranlar da 
haqsızlıq nümayiş etdirirlər. Guşənişinlik Şərqdə Məmməddən 
xeyli əvvəl mövcud idi; lakin bu hal ərəblərdə müşahidə olun-
mur və  Məhəmməd heç də onu tətbiq etmirdi. Tarixdən mə-
lumdur ki, peyğəmbərin və onun silahdaşlarının arvadları 
bütün səfərlərdə və yürüşlərdə onların yanında idilər; Məhəm-
mədin arvadı, məşhur Ayişə,  ərinin vəfatından sonra orduya 
başçılıq edirdi. Guşənişinliyi  ərəblər Məhəmməddən xeyli 
sonrakı dövrlərdə tətbiq etmişlər. Bu, ərəblərin digər xalqlarla 
əlaqələrinin təzahürüdür ki, nəticədə onların adətləri korlan-


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə