Microsoft Word Agaoglu-Kitab 2 a doc



Yüklə 15,62 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix23.08.2018
ölçüsü15,62 Mb.
#63888
1   ...   19   20   21   22   23   24   25   26   27

 
 
65 
mışdı. O vaxt müsəlmanlar içərisində sayı xeyli artmış kazuist-
epikürçülər iki ifadənin qeyri-dəqiqliyindən istifadə edərək 
qadın azadlığının  əleyhinə  çıxan indiki riyakarları silahlandır-
mışlar. Bu ifadələrin birində  zinətlərin (eyib yerlərin) örtül-
məsi, digərində isə örtük (ayin hicab aien hicab) haqqında bəhs 
olunur. Qeyd etmək lazımdır ki, Məhəmmədin dövründə  və 
qismən indi də ərəblərin geyimlərində çoxçeşidlilik və zəngin-
lik müşahidə olunmur. Vəhşi, ehtiraslı  və özlərini cilovlaya 
bilməyən bədəvi kişi və qadınlar dəstə ilə peyğəmbərin yanına 
gəlib, onun yanında müxtəlif vəziyyətlərdə uzanırdılar, öz 
yarıçılpaq bədənlərini nümayiş etdirib deyirdilər: “Hədisiani, 
Mühəmməd!” (“Allahın haqqında bizə danış, Məhəmməd!”). 
Əlbəttə, bu, Məhəmmədin nəcib əxlaqi təsəvvürlərinə toxunur-
du və o, göylərə müraciət edərək, oradan müəyyən “tövsiyələr” 
alırdı. Zinətlər haqqındakı ifadədə deyilir: “Özünüzü ədəbli 
aparın, asta danışın, bədənlərinizi örtün”. Ondan sonra bədəvi 
qadınlar bədənin aşağı hissəsini örtməyə başladılar; bədənin 
yuxarı hissəsi isə – döş, boyun və baş – açıq qalırdı; peyğəm-
bər yenə də göylərə müraciət etdi və oradan saçları, boynu və 
döşü örtən örpək haqqında xəbər gəldi. 
Türk qadın yazıçısı “Məşhur müsəlman qadınları” adlı 
sanballı əsərində yazır: “Danılmaz həqiqətdir ki, peyğəmbərin 
nurlu simasına, xüsusilə, onun qadına münasibətinə heç bir uy-
durma kölgə sala bilməz. Tarixdən məlumdur ki, Məhəmməd 
və ilk xəlifələr dövründə qadınların kişilərlə ünsiyyəti tam 
sərbəst idi, onlar hər iki cinsə  mənsub olan qonaqları  qəbul 
edir, onlarla küçələrdə  gəzir, məscidlərə  və digər ictimai 
yerlərə gedirdilər. O dövrün xronikaçıları  nəql edirdilər ki, 
peyğəmbər,  Əbubəkrin qızı  Əsmanın nazik parçanın altından 
bədəninin görsəndiyini müşahidə etdikdə, demişdi: “Əsma! 
Qadının  əlləri və üzündən başqa, bədəninin heç bir hissəsi 
görsənməməlidir”. Məhəmmədin ölümündən sonra onun qızı 
Fatimə  xəlifə  Əbubəkrin yanına gəlib atasının bu nəsihətinə 
qarşı öz etirazını bildirmişdi. Məhəmmədin dövründə qadınlar 


 
 
66 
hətta ictimai yerlərə  ər axtarmaq məqsədilə gəlirdilər; bu adət 
Tadcamunn adı ilə məlumdur; bəzi dul qadınlar öz bər-bəzək-
ləri və cazibədar geyimləri ilə ciddiliyə riayət edən  şeyxləri 
hiddətləndirirdilər;  şeyxlər peyğəmbərə  şikayət etdikdə isə, o 
demişdi: “Mən onları Allahdan verilmiş keyfiyyətlərdən məh-
rum edə bilmərəm”. “İslamın ilk çağlarında özlərini missio-
nerliyə  həsr etmiş, bu məqsədlə  məscidlərdə  və digər ictimai 
yerlərdə çıxış edən, sonra isə müəllimliklə məşğul olan qadın-
lar olduqca çox idi...” 
Güman edirik ki, bu faktlar Məhəmmədi və Quranı müsəl-
manlar arasında guşənişinliyin tətbiqində  və qadınların təqib 
edilməsində suçlayan fariseylərin iradlarını alt-üst edir; müsəl-
manların nə vaxt və hansı şəraitdə guşənişinliyi tətbiq etdikləri 
haqqında aşağıda danışılacaq. 
Məhəmmədin, qadınların vəziyyətinin yaxşılaşdırılması mə-
sələsinə qayğısı qadınları xeyli sevindirirdi. Er.Renan yazırdı: 
“Qadınların rəğbəti peyğəmbərin fəaliyyətinin ilk çağlarında öz 
ünvanına eşitdiyi təhqirlərə dözümlü olmağı  məcbur edirdi; 
qadınlar peyğəmbərə qarşı  təqibləri görüb, onu daha çox sev-
mişlər. İslamın birinci əsri bir neçə böyük qadını yetişdirmişdi. 
Ömər və Əlinin əzəmətli simalarından sonra iki qadının siması 
– Ayişə  və Fatimənin simaları – özünə layiq yer tutmuşdur. 
Xədicənin surəti müqəddəslik səviyyəsinə qalxmışdı... qul 
qadın Belal da qızıl  əfsanənin (Legende doree) qəhrəmanına 
çevrilmişdi. Ümumiyyətlə isə, müsəlman qadınının evolyusiya-
sını dörd mərhələyə bölmək olar: birinci mərhələ – Məhəm-
mədin vaxtından  əməvilərin hökmranlığına qədərki dövrü 
əhatə edir; ikinci – əməvilərdən türklərə  qədərki dövrdür; 
üçüncü dövr – türklərin hakimiyyətinin dövrüdür; və dördüncü 
dövr – qadının tamamilə nüfuzdan düşməsi dövrüdür. Birinci 
dövr qadınları, ciddi münasibətlər,  əxlaqda puritanlıq, qəhrə-
manlıq arzusu, poeziya və  nəsihətə meyllərlə  səciyyələndirilə 
bilər; bu dövrün qadınları hisslərinin aliliyi və xarakter-
lərindəki qəhrəmanlıqları ilə xristianlığın ilk dövrünün qadın-


 
 
67 
larını xatırladır; səmimi və sonsuz inam, ailəsinə sadiqlik və 
bütün çətinliklərə  qəhrəmancasına dözməyə hazır olmaq – 
qadınların xarakterik cəhətləri idi. Xədicə, öz var-dövlətini, ad-
sanını, mövqeyini və  hətta həyatını belə  təhlükədə qoyub, 
böyük gücə malik olan qohumlarının etirazlarına məhəl 
qoymadan, hələ ki, heç kimin tanımadığı, “şeytanların tələsi”nə 
düşmüş, Ərəbistanın keçmişinin və bu gününün əleyhinə çıxan 
cəsur bir novatora ərə gedir. Onun şəxsiyyəti öz nuru ilə 
peyğəmbərin bütün həyatını işıqlandırmışdı. İstər-istəməz belə 
bir sual ortaya çıxır: Məhəmmədin fəaliyyətinin sübh çağını 
işıqlandırmış bu nurlu sima olmasaydı, görəsən, islamın aqibəti 
necə olardı? Neçə  dəfə peyğəmbər, bu mütəəssir adam – 
əzablardan, təhqirlərdən, istehzalardan mənən və cismən əzgin 
halda onun yanına gəlirdi. Neçə dəfə bu qadın öz məsləhətləri, 
mehribanlığı  və ruhlandırıcı  kəlmələri ilə onun sarsılmış 
inamımı qüvvətləndirir, hamının dəlilik saydığı missiyasının 
davam etdirilməsi üçün onda yeni qüvvə  və enerji oyadırdı. 
Bəli, Məhəmməd, öz qadınının simasında müttəfiq görmüş 
böyük islahatçılardan idi. Bu isə, öz növbəsində, səmimi 
məhəbbətin və sadiqliyin başlıca sübutudur.  
Xədicə ilk adam idi ki, ona inanmış  və ömrünün sonuna 
qədər onun sadiq yoldaşı olmuşdur; onun vəfatından xeyli vaxt 
ötdükdə  də  Məhəmməd onu böyük həyəcan və göz yaşları ilə 
xatırlayırdı
107
. Başqa qadınlar, ərləri və qardaşlarının peyğəm-
bərin ayaqyalın keçdiyi yola tökdükləri tikanlardan yolu tə-
mizləyirdilər
108
. Məhəmmədin fəaliyyətinin ilk dövründə onu, 
kişilərin tökdüyü küldən onun başını təmizləyən və ayaqlarının 
yaralarını sarıyan qadınların  əhatəsində görmək olardı
109
. O 
dövrdə Məkkədə hökmranlıq edən qureyşlərin başçısı, Məhəm-
mədin qatı düşməni olan məşhur  Əbu Süfyanın qızı Ümmü 
                                                 
107
 “Heyrəti Nisan” (məşhur qadınlar).  İranın xalq maarif naziri, mərhum 
Motamidi-Soltanın əsəri. 
108
 Təbəri. 
109
 Yenə orada. 


Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə