Microsoft Word Alarin menalari


Sahurə - (Ər.) Sahur vaxtı doğulan qız uşaqlarına verilən bir ad. (Sahur - Ramazanda şəfəqdən əvvəl  yeyilən yeməkdir.)  Saxir



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix01.07.2018
ölçüsü0,81 Mb.
#52826
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

63 

 

Sahurə - (Ər.) Sahur vaxtı doğulan qız uşaqlarına verilən bir ad. (Sahur - Ramazanda şəfəqdən əvvəl 

yeyilən yeməkdir.) 

Saxir - Ayıq, sayıq olan. 

Sakib - Meteor, kameta, uçan ulduz. 

Sakit (Sakitə) -  (Ər.) 1.Hərəkətsiz olan, durğun, Sükut edən, səssiz, səssiz-səmirsiz, dinc, oynamayan.       

2.Rəvan, öz halında yavaş olan. 3.Bir yerdə yerləşən, oturan. 4.Həyacanı ve ya qızğınlığı olmayan. 



Saqir (Saqirə )- (Ər.) Uşaq, balaca. 

Saqiyə - (Ər.) Diqqətli.. 

Salah -  (Ər.) 1.Düzəlmə, yaxşılaşma, yaxşılıq. 2.Sülh, ədalət. 3.Dinə olan bağlılıq. 

Salahəddin -  (Ər.) Dininə bağlı kimsə, ədalət İnançı. 

Salam - Sülh, salamatlıq. 

Salamat -  (Ər.) Sağlamlıq. Hər cür qorxu, dərd və təhlükədən uzaq, təhlükəsizlik içindəolma. Xilasolma, 

qurtuluş. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Salaməddin -  (Ər.) Dinin qurtuluşu. 

Salamullah -  (Ər.) Allahın salamı. 

Salatın - (Ər.) Sultan, səcdə olunan. 

Salavat -  Dualar. 

Saleh -  (Ər.) 1.Yararlı, yaraşan, əlverişli, uyğun. Səlahiyyəti olan, səlahiyyətli. 2.Dinin əmr və qadağanlarına 

uyğun gələn, yaxşı əxlaq sahibi 



Salih – Mömin. 

Salihə -  (Ər.) 1.Yaxşı, xoş. 2.Dinin əmr və qadağanlarına uyğun gələn, yaxşı əxlaq sahibi (qadın). - (Bax 

Saleh). 



Salman -  (Tür.) 1.Özbaşına adam, sərbəst, azad. 2.Barış içində olmaq, dinclik, sülhsevər, sakit, dinc. 

Sami -  (Ər.) 1.Eşidən, duyan dinləyən, dinləyici. 2.Yüksək, uca. 

Samid - 1.Yüksələn, başını qaldırıb sinəsini qabardan.  2.Heyrətdə qalan. 3.Qafil. 

Samin -  (Ər.)

 

Səkkizinci.  



Samir - 1.Səmərəli, bar verən. 2.Həmsöhbət, söhbəti dəstəkləyən. 3.Yol yoldaşı arxadaş. 

Samirə  - Dost, rəfiqə, yoldaş, həmsöhbət. 

Samiyə -  (Ər.) Yüksək, uca. 

Samiyyə - Uca, hündür. 

Samur - Birlik, güc. 

Sani -  (Ər.) 1. İkinci. 2.Edən, işləyən, meydana gətirən. 3.Təmtəraqlı. 3.Yaradan. Allahın adlarından.  

Sanih (Sanihə) - (Ər.) Zehin və düşüncədə meydana gəlib çıxan, fikrdən doğulan. 

Saniyə -  (Ər.) 1.Bir dəqiqənin və ya dərəcənin altmışta biri. 2.İkinci dərəcədə mülki rütbə. 

Sani – 1.Öyünən. 2.Parıldayan. 

Sara - 1.Şahzadə xanım. 2.Var-dövlət. 3.Xalis, qatqısız, təmiz. 4.Rəngi dəyişmiş olan su. 5.Hz. İbrahimin 

xanımı. 



64 

 

Sarac -  (Ər.) 1.Qoşqu, yəhər düzəldən və ya satan kimsə. Meşin üzərində bəzək işləri görən kimsə.

 

2.Sirac 


sözünün dəyişikliyə uğramış şəkli. 

Sarıçiçək -  (Tür.) 1.Sarı rəngli çiçək. 2.Artvində və ətrafında oynanan bir növ xalq oyunu. 

Sarıgül -  Sarı rəngli gül. 

Sarvan - (Tür.) 1.Karvanbaşı,dəvənin başını çəkən,dəvə sürən. 2.Dəvə saxlayan, dəvəci. 3.Basçı, lider 

Savalan - Əzəmətli, böyük. 

Savər -  (Tür.) Sağlam, gümrah, güclü kişi. 

Sayğın -  (Tür.) Hörmət görən, sayılan, xətirli. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Saygül - (Tür.) Nadir, bənzərsiz gül, saylı gül. 

Sayxan -  (Tür.) Ədalətli rəhbər, hökmdarların ədalətlisi, ölçülüsü.  

Seid - Ağa, basçı. 

Selda - (Tür.) Sel, daşqın su.  

Seldağ -  (Tür.) Dağları aşan sel, coşğu. 

Seldanur -  (Tür.) Nur seli. 

Selmi -  (Ər.) Barışla ilgili, barışcıl. 

Selmin -  (Ər.)

 

Sülh tərəfdarı, sülh və sevgi hissi ilə dolu. 



Selnur - (Tür.) Nur seli, ışıq seli. 

Selva - (Ər.) 1.Bal. 2.Böyük bildirçin. Tih çölündə olduqları müddətcə, İsrail Allah tərəfindən qüdrət halvasıyla 

birlikdə, qarınlarını doyurmaq üçün göndərilən quş. 3.(İsp.) Ekvator da tez balta görməmiş meşə. 



Sera -  (Fars.) 1.Saray. 2.Böyük sahib. 3.Köşk. 

Seval -  (Tür) Sevərək al, həmişə sev. 

Sevan -  (Tür.) Sevərək al, saxla, xatırla. -Kişi və qadın adı olaraq istifadə edilir. 

Sevay -  (Tür.) Sevimli ay. 

Sevcan -  (Tür.) Sevimli insan, sevimli. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Sevda -  (Ər.) 1.Bir şeyə qarşı hiss edilən şiddətli arzu. 2.Şiddətli sevgi, məhəbbət, eşq. 3.Həddindən artıq 

istək, həvəs. 4.Qara sevda, xülya. 5. Hüzn, kədər. 



Sevəngül -  (Tür.) Sevimli gül, sevgini xatırladan gül. 

Sevər - Sevən. 

Sevginaz  -  (Tür.) Çox nazlı, sevimli. 

Sevil -  (Tür.) Hər zaman sevilən, bəyənilən biri olmaq tmənnası. qoy məni sevsinlər. 

Sevilay -  (Tür.) Ay kimi hər zaman sevil. 

Sevinc -  (Tür.) Bir haldan məmnun olmanın doğurduğu həyəcan. 

Sevnaz -  (Tür.) Ka. - Çox nazlı sevgili. 

Sevnur -  (Tür.) Sevgi nuru, işığı, aygınlığı. 

Seydulla - Məınim cənabım.  

Seyfəddin - (Ər.) Dini qoruyan, dinin qılıncı. inamın qılıncı. 


65 

 

Seyfəl - Qılınc 



Seyfi (Sefiyə) -  (Ər.) 1.Qılıncla əlaqədar qılınc şəklində. 2.Əsgərliklə əlaqədar. Hərbi. 

Seyful - Qılınc. 

Seyfulla - (Ər.) Allahın qılıncı. - Əli (r.a.) -nin və Hz. Xalid b. Vəlidin ləqəbi. 

Seyxan - (Ər.) 1.İordaniyanın kənarında Hz.Musanın məzarının olduğu şəhər. 2.Adana düzənliyini yararaq 

İskəndərun körfəzinə tökülən çay. - Kişi və qadın adı olaraq istifadə edilir. 



Seyidxan -  (Ər.) Xanlar başı, rəhbər. 

Seylab -  (Fars.) Sel, sel suyu. 

Seylan -  (Ər.) Axma, axış. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Seymur - 1.Xeyirxahlıq, nicat. 2.Sirləri üzə çıxaran, məxfi işləri açan. 

Seyran -  (Ər.) Gəzmə, baxıb seyr etmə. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Seyyid (Seyyidə) -  (Ər.) 1.Bir cəmiyyətin irəli gələn şəxsi, lider. 2.Hz. Peyğəmbərin nəslindən olan kimsə.   

Sezən - O şəxs ki, hiss edir. 

Sezgin - (Tür.) Sezmə qabiliyyəti olan, duyğulu anlayışlı. - Kişi və qadın adı olaraq istifadə edilir. 

Sezginay - (Tür.)  (Bax Sezgin). - Kişi ve qadın adı olaraq istifadə edilir. 

Səadət - Xoşbəxtıik, bəxtiyarlıq. 

Səba - (Ər.) Gündoğandan əsən yüngül külək. Türk musiqisinin ən köhnə məqamlarından. 

Səbinə - Sabinyanok  tayfasından. 

Səbnur - Gecə nuru. 

Səbri - (Ər.) Səbirlə əlaqədar, səbrə bağlı. 

Səbrinnisə - (Ər.) Qadınların sabırlısı. 

Səcid - Allaha pərəstiş edən. 

Səda - 1.Səs,avaz. 2.Əks-səda. 

Səda -  (Ər.) Səs. Əks-səda. 

Sədad - (Ər.)  Doğruluq, haqq. Insaf, doğru və haqlı. 

Sədaqət - Vəfa, etibar. 

Səddam - Qarşi duran adam. 

Sədəf - (Ər.) 1.Bəzi dəniz heyvanlarının sərt, ağ və parlaq qabığı. 2.Bu qabıqdan edilmiş və ya bəzənmiş 

əşya.  


Sədri - (Ər.) Birinci, baş. 

Səfa - (Ər.) 1.Könül rahatlığı, xatircəmlik, rahatlıq, qayğısız və sakitolma. 2.Əyləncə, zövq, sevinc. 

3.Saf,duru. 4.Tamaşa,seyr. 5.könülaçan. 



Səfbəstə - (Ər.Fars.İbr.)   Səf bağlanmış, sıra-sıra düzülmüş. 

Səfər - (Ər.) 1.Bir yerdən bir yerə getmə, səfər, səyahət. 2.Döyüş hazırlığı,döyüşəgetmə. Hərb, döyüş.         

3. Gəmilərin üzüb limana təkrar dönənə qədər etdikləri hərəkət. 4.Şəri baxımdan üç gün üç gecəlik (və ya on 

səkkiz saatlıq) yol getmək üçün adamın olduğu yerdən ayrılması. 5.Dəfə, kərə. 6.Təmiz ürəkli, dürüst kimsə.    

7. Hicri təqviminin ikinci ayı. 



Səfinə - (Ər.) 1.Gəmi, qayıq. 2.Kosmosun cənub yarımı. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə