22
sığorta əməliyyatlarının maliyyə davamlılığının təmin edilməsinin başlıca
iqtisadi alətidir.
Sığorta tarifi sığorta haqqının hesablanması üçün aktuar hesablamalrına
ə
sasən müəyyən edilən dərəcədir.Aktuar hesablamalar sığorta tariflərinin və
sığorta ehtiyatlarının hesablanması üçün istifadə edilən iqtisadi-riyazi
metodların sistemidir.Aktuar hesablamalar bir sıra xesusiyətlərə malikdir:
-
Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malikdir,
-
Ayrı-ayrı illərdə ümumi qanunauyğunluq kütləvi sığorta hadisələri vasitəsilə
yaranır.
-
Sığortaçı tərəfindən göstərilən sığorta xidmətlərinin maya dəyərinin
hesablanması bütün sığorta obyektlərinə nəzərən aparılır,
-
Sığorta ehtiyatlarının yaradılması və onun optimal həcminin müəyən edilməsi
zəruridir,
-
Sığortaçının və sığorta etdirənin maliyyə öhdəliklərinin ekvivalentliyi prinsipi,
-
Baxılan sığorta obyektləri çərçivəsində risl qruplarının seçilməsi.
Aktuar hesablamalarının əsas məsələlərinə aiddir
-
Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi və onların
tədqiqi,
-
Sığorta hadisələrinin başvermə ehtimalının hesablanması və zərərin ağırlığının
müəyyən edilməsi.
-
Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərclərin zəruri məbləğinin
riyazi əsaslandırırlması və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması,
-
Sığortaçının zəruri ehtiyat fondlarının riyazi əsaslandırılması və həmin
metodların müəyyən edilməsi.
cbari formada aparılan sığorta növləri üzrə sığorta tarifləri icbari sığorta
haqqında qanunlarla , könüllü formada aparılan sığorta növləri üzrə sığorta
tarifləri isə sığortaçılar tərəfindən müəyyən edilir.
Sığorta tarifi brutto- stavka adlanır və o,iki hissədən ibarətdir:netto- stavka
və yükləmə (əlavə).
23
Sığorta tarifi hesablanarkən ən mühüm məsələ netto –stavkanın
hesablanmasıdır.Belə ki,netto-stavkanın hesablanması baxılan sığorta növünün
həyat və ya qeyri-həyat sığortası sahəsinə aid edilməsindən asılıdır.Netto-
stavkadan fərqli olaraq brutto-stavka eyni düsturla hesablanır.Brutto- dərəcə
sığorta məbləği vahidi ilə hesablanır.Sığorta məbləği vahidi adətən 100 manat
qəbul edilir.
Netto-stavka sığorta tarifnin əsas hissəsini(70-80%) təşkil etməklə ,sığorta
müqavilələri üzrə sığorta ödənişlərinin verilməsi üçün sığorta ehtiyyatlarının
yaradılması təyinatı daşıyır.Netto-stavkaya əlavə brutto-stavkanın 15-20%-ni
təşkil etməklə, sığorta əməliyyatlarının aparılmasına çəkilən xərcləri ödəmək
və qarşısıalınma tədbirləri fondunun yaradılması təyinatını daşıyır.Yükləmənin
tərkibində mənfəət də nəzərdə tutula bilər.Yəni, sığortaçının fəaliyyəti
kommersiya xarakteri daşıyır və digər sahibkarlıq strukturları kimi onun da
fəaliyyətinin başlıca məqsədi mənfəət əldə etməkdir.Lakin yükləmənin
tərkibində tarif mənfəətinin nəzərdə tutulması mütləq deyildir.Çünki sığortaçı
mənfəətini birbaşa olaraq sığorta tarifinini strukturu üzrə deyil,konkret
fəaliyyətlə əlaqədar yaranan gəlirlər və xərclər əsasında müəyyən edir.
Qeyri-həyat sığortası sahəsinə aid olan sığorta növləri üzrə netto-dərəcənin
tərkibi əsas hissə və risk üstəliyindən ibarətdir.Əsas hissə orta sığorta ödənişinə
uyğundur.Risk üstəliyi isə ayrı-ayrı illər üzrə sığorta hadisələrinin sayının
onların orta qiymətini aşmasını nəzərə almaq məqsədi daşıyır.Yükləmənin
tərkibinə isə işlərin (sığorta ilə əlaqədar) aparılması xərcləri (ştat işçilərinin və
sığorta vasitəçilərinin əməyini ödənilməsi xərcləri ,inzibati-təsərrüfat xərcləri,
sığorta işinin reklamı xərcləri və s.),qaşısıalınma tədbirlər fondu və tarif
mənfəəti daxildir.
şlərin aparılması xərcləri dəyişən və sabit ola bilər.Dəyişən xərclər ayrıca
sığorta növünə və ya sığorta şəhadətnaməsinə aid edilə bilər. Sabit xərclər isə
ayrıca sığorta növünə aid edilə biməz,bu xərclər bağlanmış sığorta
müqavilələrinin bütün portfeli üzrə bölüşdürülməlidir. şlərin aparılması
24
xərclərinin tərkibində sabit xırclərin çəkisi dəyişən xərclərlə müqayisədə
kiçikdir.Sığortaçının fəaliyyətində dəyişən xərclər mühüm yer tutur.
Qarşısıalınma tədbirləri fondu baş verə biləcək sığorta hadisələrinin qarşısını
almaq məqsədi ilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün
yaradılır.Bu fond sığorta tarifinin strukturunda nəzərdə tutulduğu halda
yaradılır(sığorta müqaviləsi üzrə daxil olmuş sığorta haqqından sığorta tarifinin
strukturunda nəzərdə tutulmuş faiz qədər birbaşa ayırma yolu ilə).
Həyatın qarışıq sığortasında netto-dərəcə sığorta müqaviləsinin müddətinin
sonuna kimi yaşamaq və ya həmin müddət ərzində ölmək hadisələri üzrə netto-
dərəclərin cəmindən ibarətdir. Bu növ sığortanın şərtlərində əlavə olaraq həm
də bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi üzrə sığorta
təminatının verilməsi nəzərdə tutulduqda həmin hissəyə uyğun netto-dərəcə
ümumi netto-dərəcənin tərkibinə daxil edilir. Bundan başqa,həyatın qarışıq
sığortasının şərtlərində əlavə olaraq həm də müəyyən xəstəliklərdən sığorta
təminatının verilməsi nəzərdə tutula bilər.
Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə netto-dərəcə
hesablanır. Netto-dərəcənin əsasını sığorta məbləğinin zərərlilik göstəricisi
təşkil edir.Bu göstərici müəyyən tarif dövrü üçün mövcud olan sığorta
statistikası əsasında hesablanır və sığortanın növü üzrə ümumi sığorta
ödənişinin ümumi sığorta məbləğinə faiz nisbətini xarakterizı edir.Tarif dövrü
keçmişə aid olan illəri əhatə etməklə müəyyən ərazi (respublika, şəhər və.s.)
üzrə adətən 5 il götürülür.Lakin bəzi sığorta növləri ( kənd təsərrüfatı
bitkilərinin sığortası) üzrə tarif dövrü 10 il qəbul edilir.
Bu sığorta sahəsinə daxil olan sığorta növləri üzrə tarif dərəcəsi hesablanarkən
aşağıdakı statistik məlumatlardan istifadə edilir:
-bir sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı (q ),
-bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği (S),
-bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi (S
ö
).
Dostları ilə paylaş: |