40
özündə yaşatdığından bir qədər geniş şəkildə onun təfərrüatına
varaq:
Moğol elinə Oğuz xan soyundan olan İ1 xan başçılıq edirdi. İ1
xan tatarların hökmdarı Sevinc xanla vuruşur. Bu vuruşlarda
həmişə İ1 xan qalib gəlirdə. Sevinc xan qırğız xanını öz tərəfinə
çəkməkdən ötrü ona hədiyyələr göndərirdi. Moğallar güclü olduq-
larından ətrafda yaşayan digər türk boylarının onlarda qisası vardı.
Elə buna görə də Sevinc xanla birləşib moğolların üstünə getdilər.
Moğollar güclü idilər. Bunu görən Sevinc hiyləyə əl atdı. Xan və
bəylərə bildirdi ki, lazımsız malları buraxıb, geri çəkilməliyik. Belə
də etdilər. Moğollar belə fikirləşdilər ki, düşmən məğlub olub
qaçır. Tatarlar möhkəmləndikləri ordugahlardan çıxıb vuruşdular.
Moğolların böyüklərini qırdılar, kiçiklərini əsir götürdülər. Əsir
düşənlərə yiyələrinin adını verdilər. Moğollar qırılıb çatıldı, onlar-
dan əsər-əlamət qalmadı. Moğol hökm|darı İ1 xanın oğlu Qıyan və
qardaşıoğlu Nüküz də əsir düşmüşdülər. Hər ikisi təzəcə evlən-
mişdilər. Fürsətdən faydalanıb ailələri ilə birlikdə əsirlikdən qaçıb,
yurdlarına döndülər.
Döyüşdən on gün keçmişdi. Onlar yurdlarında düşməndən
qaçmış heyvanları da gördülər. Rastlaşdıqları heyvanları da götürüb
dağ yolları ilə əlçatmaz, ünyetməz bir yerə gəlib çıxdılar. Bu yer
olduqca gözəl idi. Gəlib çıxdıqları bu yer üçün Tanrıya şükürlər
etdilər. Bu gözəl və varlı torpaqda yurd saldılar. Qışda malların
ətini yeyir, dərisini geyir, yazda südünü içirdilər. Bu yerin adını
Ərgənəkon qoydular. Ərgənəkon hündür dağ yamacı anlamındadır.
Qiyanla Nüküzün övladları oldu, mal-heyvanları düz-dünyanı ağ-
zına aldı. Böyük bir xalq əmələ gəldi. O qədər artıb -çoxalmışdılar
ki, Ərgənəkon onlara darlıq edirdi.
Uca dağlar arasında uzun illər yaşayıb-yaratmış türklər artıb-
çoxalmış, dağlar arasına sığışmamışlar. Türklərin ulularının
Ərgənəkona gəlməsindən 400 il keçmişdir. «Bir gün yığışıb söhbət
elədilər. Babalarımız deyərdi ki: Ərgənəkondan kənarda gözəl,
41
geniş bir ölkə var, xalqımızı tatar qırmış, ölkəmizi yağmalamış
deyə söylədilər.
İndi gərək dədə-baba yurdumuza qayıdaq. Ancaq dədə-
babalarının buraya qaçıb gəldikləri dar cığırı heç kim xatırlamırdı.
Ona görə də Ərgənəkondan çıxış üçün yol aradılar. Lakin tap-
madılar. Bir dəmirçi gəlib dedi ki, burada bir dəmir mədəni var,
onu əritsək, yol açılar». Belə də etdilər. Camaat odun, kömür
gətirib, od-ocaq qalayıb, yolu açdılar. «Ərgənəkondan çıxdıqları
həmin günü moğollar həmişə bayram etdilər. Bir dəmiri qızana
qədər odda saxlar, sonra onu çəkiclə döyərlər. Bu gün «zindandan
çıxıb baba yurdumuza gəldiyiniz gündür» deyərlər» (33, 44).
«Türklərdə Ərgənəkondan çıxmaq yazın gəlişi ilə əlaqələndirilmiş,
bu tarixi hadisə ilə bağlı möhtəşəm mərasim yaranmışdır. Həmin
mərasimdə dəmir döymək, yəni dəmirçiliyin müqəddəs (xilasedici)
bir sənət olduğunu nümayiş etdirmək adəti zəmanəmizə qədər gəlib
çıxmışdır» (33, 29). Böyük ehtimalla demək olar ki, türklərin
dağlar arasından çıxıb ata-baba yurdlarına qayıtmaları, doğma
yurd-yuvalarını zəbt etmiş əski düşmənlərini məğlub etdikləri
həmin gün Novruz ərəfəsinə və yaxud elə Novruza düşdüyündən
hər il bayram ediblər.
Çin və digər mənbələrdə qədim türklərin yazın gəlişi münasi-
bəti ilə keçirdiyi bayramlardan birinin də Ayzıt olduğu qeyd
edilibdir. Bu törən altaylıların gözəllik Tanrısı Ayzıtın şərəfinə
keçirilmişdir. Törən yazın başlanğıcında meşələrdə təşkil olunur-
muş. Qadınların bu bayramda iştirakı arzuedilməz sayılardı. Qışda
evdə keçirilən bayram mərasimlərində qadınlar da iştirak edirdilər.
Bayram törənlərini qara şamanlar aparırdılar. (Qara rəngdə paltar
geyindikləri üçün şamanlara belə ad vermişdilər.) Bayram günləri
evlər təmizlənir, bəzədilir, dadlı və ləzzətli yeməklər bişirilir, təmiz
və təzə paltar geyilirdi. Şaman 9 qız və 9 oğlan seçir, onları sağ və
sol tərəfdə düzürdü. Sonra həmin oğlan və qızları Ayzıtın sarayına
aparırdı. Ayzıtın özü də həmin vaxt dəbdəbəli geyinərdi. «Başında
42
ağ göydən ağ bir başlıq, çılpaq çiyinlərində ag göydən bir atqı
(şərf), ayaqlarında baldırına qədər qara çəkmə olardı. Bu şəkildə
qayaya söykənərək uyuyur, ya da meşədə dolaşır» (32, 56). Bu
törən də özündə yaz bayramının komponentlərini qoruyub saxla-
yıbdır. Törənin təfərrüatından göründüyü kimi, Ayzıt bayramı ildə
iki dəfə keçirilmişdir: qısda və yazda. Məlumdur ki, türklər ili iki
fəslə: yaz və qışa bölüblər. Ayzıt bayramı yazda dağda, meşədə,
qışda isə evdə keçirilibdir. Görünür, türklər yazın gəlişini dağda,
qışın çıxmasını isə evdə bayram etmişlər. Buradan da belə qənaətə
gəlmək olar ki, qədim türklər, zamanı bir sistem kimi dərk və qəbul
etmişdilər. Qədim türklər kainat və onun təsirində olan planetdə
mütləq və nisbi zamanın mövcudluğunu müəyyənləşdirmiş və
zamanın diktəsinə uyğun hərəkət etmişdilər. M.Seyidov «Yaz bay-
ramı» kitabında yazır: «Əski azərbaycanlılar təqvimlə bağlı vaxt
anlayışını hərdən animistləşdirmişlər: hərdən insan kimi gözə
çarpdırmış, hərdən isə zoomorfik aləmlə bağlamışlar. Alman
bilicisi əski oğuz atalar sözlərini XIX yüzilliyin lap əvvəllərində
çap etdirmişdir. Buradakı bir atalar sözü diqqətimizi cəlb etmişdir.
İndi biz onu təqvimlə bağlı yad etmək istəyirik. Atalar sözündə
deyilir «Oğuz (dan) 366 alp qopdu, 24 xas bəy, 32 səksən Sultan
Salur Qazan oqçisi Quzan peklisi Qormuş oğlundan Qorqut».
Burada deyilir ki, Oğuzdan 366 alp qopdu. Bizcə, burada alpdan-
igiddən söhbət getmir. Ola bilsin, Oğuz danın sökülməsini xəbər
verən danın özüdür. Başqa sözlə, Oğuz günəşin çıxdığını, gündü-
zün gəldiyini xəbər verir. Oğuzdan-dandan gündüz doğur, ola
bilsin, onun doğulduğunu bildirir. İldə 366 gün olduğundan əski
oğuzlar təqvimlə bağlı bu astronomik hadisəni insan şəklində atalar
sözünə salmış və hər günü bir alp saymışlar. «24 xas bəy» deməklə,
günün 24 saatdan ibarət olduğu başa düşülmüşdür. Bu örnəkdən
görünür ki, oğuzlar ili, günü canlı təsəvvür etmişlər» (17, 6-7). Çox
doğru yerə, H.Zərdabi xalq təqvimini xalqın müdrik müşahidəsi ilə
bağlamışdır. Fikrimizcə, əski insanlar təbiətlə daha sıx bağlı
Dostları ilə paylaş: |