50
hissəsi olduğunu bu gün də qeyd edilən ata-baba ruhu günü əyani
şəkildə təsdiqləyir. Məlumdur ki, Novruza bir neçə gün qalmış,
daha doğrusu, ilaxır çərşənbədən əvvəlki cümə axşamı qəbirüstə
gedilir, hər kəs dünyasını dəyişmiş yaxınlarını yad edir, ehsanlar
verilir. Əminliklə demək olar ki, Novruz sisteminin bir çox
komponentlərini özündə ifadə edən Tura bayramı Novruzun ilkin
formalarından biridir.
Turanlılar təqvimlərində ilin ilk ayını öz əcdadları Turun
şərəfinə adlandırmışlar. Bu dəyərli faktı «Avesta» da təsdiqləyir.
Turanlıların əzəmətli ruh-əcdadı Tur hesab olunurdu. Bununla
yanaşı, hər bir tayfanın özünün də ruh-əcdadı var idi. Çox vaxt
ayrı-ayrı tayfaya mənsub olanları elə həmin ruh-əcdadın adı ilə
çağırırdılar. Mifik inama görə, Turun Pəşənəq və («Avesta»da
Pəşənədir) Maqnidən başqa, Siv ilahəsi olan rəsmi arvadından
Madi (Cəsur) adlı oğlu da var idi. Pəşənəq peçeneqlərin əcdadı
sayılırsa, onda Maqnini maq tayfasının, Madini madaların ulu
əcdadları hesab etmək olar. Böyük ehtimalla deyə bilərik ki, Çin
məxəzlərində Mode (bütün türk dünyası onu Mete deyə tanıyır)
kimi məşhur olan böyük Hun sərkərdəsinin də ləqəbi elə bununla
bağlıdır. Məlumdur ki, m.ö. 2-ci minilliyin sonlarında hunlar Altay
türkləri ilə birləşmişdilər. Elə bu birləşmə nəticəsində tarixə səs
salmış hunlar meydana gəlmişlər. Altay türklərinin yaratdıqları
«Maday-Kara» (Maday – əcdad allahı) dastanı da uzaq tarixdən
nərəsi indi də eşidilən Modeyə (Meteyə) həsr olunubdur (11, 63).
Tura ayı martın ortalarından aprelin ortalarınadək olan bir
dövri əhatə etmişdir. Turanlıların bu dövrü – yazın gəlişini Tura
adlandırmaları təsadüfi deyildir. Birincisi, bu türklərdə ata kultunun
müqəddəsliyindən irəli gəlirdi. İkincisi, əcdad gününün də yazın-
təbiətin gəlişi – havanın istiləşməsi, təbiətin canlanması ərəfəsinə
salınmasında incə bir inam olubdur. İnsanlar bu inamda olublar ki,
hər şeyin dirçəldiyi, canlandığı bir vaxtda ruhlar da canlanar, oyana
bilər. Bir qədər irəlidə qeyd etdik ki, qədim türk təqvimində il iki
51
fəsildən – qış və yaydan ibarət idi. Tura ayının l-dən – martda gecə
ilə gündüzün bərabərləşdiyi gündən payız bərabərliyinədək olan
müddət yay sayılırdı.
Tura bayramı qədim Turan təqviminə görə, qeyd olunduğu
kimi, yay mövsümünün əvvəlində keçirilirdi.
Tura bayramının adını və antik mahiyyətini qədim türklərin
süvar qolunun bugünkü varisləri olan çuvaşlar hələ də qoruyub
saxlayırlar. Mifik Turan düşüncəsinə görə, Süvar adı Turun qanuni
Siv ilahəsinin adı ilə bağlıdır. Sivər sözü Siv adamları «Siv nəsli»
anlamındadır. Tura bayramının adının və mahiyyətinin çuvaşlarda
hələ də qorunub saxlanılması onların bütpərəst olmaları ilə bağlıdır.
Çuvaşlar XVIII əsrdə xristian dinini qəbul etdiklərindən qədim türk
inamını da qoruyub saxlayıblar. Çox maraqlıdır ki, çuvaşlar əski
çağlardan Tanrıya Tura deyirlər. Çuvaşlar Tura bayramını indi| də
dəbdəbəli qeyd edirlər. A.A.Volkova «Ural və Volqaətrafı xalq-
larının etnoqrafiyası» kitabında çuvaşların milli bayramları
arasında günəşə, Tura allahına və əcdadlara qurbanvermə məra-
siminin xüsusi yer tutduğunu yazır. Müəllif bayramın martda keçi-
rildiyini və bir neçə gün davam etdiyini də qeyd edibdir. Tədqiqatçı
adıçəkilən kitabında çuvaşların odu, suyu, günəşi, yeri müqəddəs
tutduqlarını, baş allah Silt Tura başda olmaqla, xeyirxah qüvvələrə
və ruhlara inandıqlarını göstərir. «Avesta»da Tura-Novruz bayramı
barədəki yazılanlara istinadən demək olar ki, Tura bayramı «Aves-
ta» yaranana qədər mövcud olmuşdur. Tura bayramının «Aves-
ta»dan çox əvvəl qeyd olunduğundan xəbər verən mənbələr
mövcuddur. Miladdan öncə 1-ci minilliyin əvvəllərində Turan
etnosu Baykal (Vorukaşa) gölündən Qara dənizə (Turan dənizinə)
qədərki böyük bir ərazidə məskunlaşmışdır. Turanın mərkəzi
hissəsi sayılan Kənq əyaləti isə Baykalın qərbində – indiki Turan
çayı ilə Kən çayı arasındakı Kən çölündə yerləşirdi. Turan tay-
falarından nisbətən uzaq qərbdə yerləşən kimmer və mada tayfaları
idi. Kimmerlərin rəhbərlərindən biri Tuqdamme, başqa biri Tenşpa,
52
skiflərin əcdadı isə Tarqıtay olmuşdur. Bu adlar da fonetik
cəhətdən «tokar» və «tur» adlarına çox yaxındır. Aydınlıq naminə
deyək ki, bu adlar da digərləri kimi, ayrı-ayrı türk xalqlarının
tələffüz versiyasında yazıya köçürülərkən təhrif olunmuşdur (11,
63). İlk dövrlərdə kimmer və madalar eyni qan qrupundan olduqları
turlarla (skiflərlə) strateji müttəfiq idilər. E.ə. VIII əsrin sonlarında
skiflərlə kimmerlər arasında müharibə olmuşdur. Kimmerlərin
«Turanın oğlanlarının aqibəti» dastanında skiflərlə kimmerlərin
müharibəsi təfərrüatı ilə verilir. Skiflərlə kimmerlər arasındakı qan
düşmənçiliyinə səbəb Turanın kiçik oğlu Briyanın («Avesta»da bu
«Friyan» formasmda verilib) kimmerlərin sərkərdəsi Kiyanı
öldürməsidir. Bu fakt və hadisələr «Avesta»da da yazılıbdır. Qədim
türk mifologiyasında kimmerlər qaniçən, xəyanətkar obrazında
təsvir olunur. E.ə. VIII əsrin sonlarında skiflər (turlar) kimmerləri
birgə yaşadıqları Qara dəniz ətrafından çıxardırlar. Bu toqquş-
madan sonra kimmerlər Qərbi Avropaya üz tutdular. Avropada
indiki Fransa, İtaliya və İspaniya ərazisində məskunlaşdılar. Bu
məskunlaşma kimmerləri kelt tayfaları ilə qaynadıb-qovuşdurdu.
Aradan keçən bir neçə əsrdən sonra kiınmerlərlə bərabər, kelt
tayfaların böyük bir hissəsi roman və german tayfaların assimilya-
siyasına məruz qaldılar. Ancaq X əsrədək bir çox Avropa mənbə-
lərində kimmerlərin adı «kimr» kimi yazılırdı. Kimmerlərin izləri
Qərbi Avropada, az da olsa, özünü qoruyub saxlamaqdadır.
Fransada Tur və Kən şəhərləri, Turan adlı tarixi əyalət, İtaliyada
Turin şəhəri, İspaniyada Turiya çayı türk etnoslarının «daşlaşmış»
nişanələridir. Bu tarixi faktları vurğulamaqda əsas məqsədimiz
zərdüştlikdən çox-çox əvvəl (m. ö. VIII əsrdə) Turandan ayrılmış
kimmer tayfasının Tura bayramı və digər qədim türk adət-ənənə-
lərinə bağlılıqlarını göstərməkdir.
«Kelt mifologiyası ensiklopediyasın»da ingilis araşdırıcıları
m.ö. keltlərlə birləşmiş kimmerlərin türk dünyagörüşündən bəhs
edirlər. Onlar yazırlar ki, qədim kimmerlərdə il iki mövsümə – yay
Dostları ilə paylaş: |