53
və qış mövsümlərinə bölünürdü. Yazdakı gecə-gündüz bərabərliyi
yayın, payız bərabərliyi isə qışın başlanğıcı idi. Birinci bayram
Belteyn (yay), ikinci isə Sameyn (qış) adlanırdı. Belə inam var idi
ki, yaz bərabərliyi dövründə keçirilən Belteyn bayramı zamanı şər
qüvvələri iqtidardan düşür, güc-qüvvətləri azalır, işıq və xeyir
qüvvələrin onlara qalib gəlməsi asanlaşır, canlıların inkişafının
düşməni şər qüvvə rəmzi olan qış yerini həyat simvolu olan yaza
verir. Belteyn bayramı ərəfəsində gözəgəlimli uca yerlərdə nəhəng
tonqallar alovlandırılırdı. Yuxarıda adını çəkdiyimiz mifoloji
ensiklopediyada da bayramın keçirilməsi bir qədər təfərrüatı ilə
qeyd edilibdir. Uca yerlərdə çatılmış tonqalların üzərindən kişilər,
alov bir qədər zəifləyəndə qadınlar, alov öləziyəndə isə mal-qara
keçməli idi. Onlarda belə bir inam var idi ki, bayramda (Belteyn)
ata-babalarının ruhları doğma ev-eşiklərinə dönür. Belteyn günü
əcdadlarının ruhları üçün ərzaq tədarük olunur, mal-heyvan
kəsilirdi. Bayramda kütləvi gəzintilər, məclis və şənliklər təşkil
edilirdi. Kimmerlərdə Turan ənənələri və atəşpərəstlikdən qalmış
oda sitayiş uzun əsrlər özünü qoruyub saxlamışdır. Zərdüştlikdən
xeyli əvvəl Turan dünyasından qopmuş kimmerlərin mifik təfək-
küründə dualist dünyagörüş hakim idi. Onların mifik baxışlarında
«işıq oğulları ilə zülmət dünyasının əcinnələri» arasında aramsız
müharibələr», şər qüvvələrin Tanrıları ilə xeyir Allahı arasında ge-
dən sonsuz mübarizə» bir daha əyani surətdə göstərir ki., zərdüşt-
liyin özülünü təşkil edən dualizm «Avesta» fəlsəfəsindən çox
qabaq Turan dünyagörüşündə əsaslı şəkildə formalaşmışdır . Bir
çox araşdırıcılar da əminliklə bildirirlər ki, Zərdüşt Turan
təfəkküründən kifayət qədər faydalanıbdır. Genetik kodları ilə
bütövlükdə türk etnosuna mənsub olan Zərdüşt təəssübkeşliklə Tu-
ran mənəvi dünyasını mövcud olan qüsurlardan təmizləmək istə-
yirdi. Zərdüştün yaşadığı dövrdə Turan xalqlarının bəziləri ilin ilk
ayını Tura, digərləri Turan ayı adlandırırdılar. Qədim Turan coğrafi
məkanında məskunlaşmış Sibir türkləri olan eveneklər, şorslar və b.
milli təqvimlərində mart ayının ortalarından aprelin ortalarına
54
qədər olan müddətə bu gün də Turan ayı deyirlər. Zərdüştdən çox
sonra Əhəməni hakimiyyəti dövründə hazırlanan zərdüştlik təq-
vimində ilin ilk ayı fravaşiv (əcdad ayı) adlandırılmışdır. «Çox
güman ki, bu dəyişiklik Turun və yaxud Turanın zərdüştlik dininin
düşməni sayılan turanlıların əcdadı olması ilə bağlı olmuş və
deməli, siyasi-ideoloji səciyyə daşımışdır» (26). Bu dəqiq, qısa və
məntiqi şərhə nə isə əlavə etməyə ehtiyac duyulmur. Böyük ehti-
malla demək olar ki, Zərdüşt, Turanın Tura təqvimi, bayram və
digər mənəvi-ideoloji dəyərlərindən məharətlə istifadə etmiş,
özünün əzəmətli mənəvi -ideoloji sistemini yaratmışdır. Zərdüştdən
sonra bu siyasi-ideoloji sistemə yiyələnmiş hakim sinif Turan
dünyasına olan kin-küdurət və digər neqativ hisslərdən türk
təfəkküründən gələn mənəvi izləri itirməyə və silməyə çalışdılar.
Ancaq çox çalışsalar da, buna nail ola bilmədilər
Bu gün Yaxın və Orta Şərqdə Novruz kimi qloballaşmış mə-
nəvi dəyərlər toplusu ilkin qaynağını Turan dünyasından
götürmüşdür. Onu da əminliklə demək olar ki, bu gün Novruz kimi
möhtəşəmləşmiş bu sistemin mənşəyi Tura və Turandan başlanır.
Hələlik əldə edilmiş mənbələrdəki fakt və sübutlar belə deməyə
əsas verir. Bu məntiqdən çıxış edib tam əminliklə deyə bilərik ki,
bugünkü Novruz Tura və Turandan yol alıb gəlir. Bu gün Novruz
kimi qəbul etdiyimiz dəyərlər toplusu tarixin ayrı-ayrı dövrlərində
bu və digər səbəblərdən müxtəlif cür adlandırılsa da, mahiyyət və
məna tutumunu dəyişməmiş, bütün proqressiv mənəvi dəyərlərini
özündə qoruyub saxlamışdır.
55
II FƏSİL
NOVRUZ QƏDİM DÖVR VƏ
ORTA ƏSR MƏNBƏLƏRİNDƏ
2.1. «Avesta»da Novruz dəyərləri
Bəşəriyyətin işıqlı və ulu kitablarından biri də «Avesta»dır.
Qədim dövrlərdə bütövlükdə Şərq dünyasında mayak rolu oynamış
bu müqəddəs kitab mədəni, ictimai-siyasi mühiti formalaşdırmış,
uzun illər mənəvi-ideoloji dominantlığını qoruyub saxlamışdır.
«Avesta» bütövlükdə Yaxın Şərq, o cümlədən Azərbaycan mədə-
niyyətinə güclü təsir göstərmişdir. «Avesta» kainat və planet qa-
nunlarını özündə cəmləyən, mənəvi-əxlaqi dəyərləri bəşəriyyətə
diktə etmış həyat kitabıdır. «Avesta»nın ilkin qaynaqlarından biri
ona qədər mükəmməlləşmiş Novruz sistemi olubdur. Ədalət
naminə onu da deyək ki, Novruzun inkişaf mərhələlərini, tarixi
təkamül prosesini öyrənmək üçün «Avesta» analoqu olmayan bir
məxəzdir. «Avesta»nın yaradıcısı olan Zərdüşt Novruz sistemini
əsaslı şəkildə mənimsəmiş , kitabının özülünü Novruz dəyərləri
üzərində ucaltmış , bunlarla bərabər Novruz sistemini də yaşatmış
və gələcək sivilizasiyaya ötürmüşdür. Novruz sistemi qədim turan-
lıların, o cümlədən Azərbaycan türklərinin həyat müşahidəsinin
məhsuludur. «Artıq bəllidir ki, «Avesta» qədim Azərbaycanın əsa-
tir və əfsanələri, adət və ənənələri, etiqad və əqidələri əsasında
yaranmış fəlsəfi, dini, ədəbi bir əsərdir» (1, 8-10). Bir çox tədqi-
qatçılar, o cümlədən xarici araşdırıcılar da Zərdüştün vətəninin
Turan olduğunu təsdiqləyirlər. Mövcud tədqiqatlarda «Avesta»nın
yaranma məkanından danışılarkən, ən çox iki yer üzərində dayanı-
lır: Araz vadisi və Midiya şəhəri olan Raqa (11, 23). Bu fikrin tə-
rəfdarları bu inamdadırlar ki, zərdüştlik ilk dəfə Midiyada yaşayan
maq tayfaları tərəfindən qəbul edilmişdir. Bu fikrin əleyhinə olan
Dostları ilə paylaş: |