Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə36/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   32   33   34   35   36   37   38   39   ...   68

 
117
bilavasitə  olaraq  risklərin  müəyyənləşdirilməsi  və  onların  idarə 
edilməsi  ilə  bağlıdır
102
.  Risklərin  qiymətləndirilməsi  üsullarının 
beynəlxalq təcrübədə tətbiqinin nümunəsi kimi bu zaman kapitalın 
kifayət miqdarının kredit, bazar və əməliyyat risklərini nəzərə alan 
ə
msalların  köməyilə  müəyyənləşdirildiyi  şəxsi  kapital  normaları 
haqqında olan Bazel sazişini göstərmək olar. Son on il ərzində Ba-
zel bank nəzarəti komitəsi tərəfindən faiz, kredit, əməliyyat və tö-
rəmə maliyyə vasitələri və elektron bankinqlə əlaqəli risklərin ida-
rə edilməsi üzrə yeddi normativ dərc etdirilmişdir. Bu gün onların 
müəyyənləşdirilməsi  və  idarə  edilməsi  üzrə  çox  saylı  müxtəlif 
üsullar mövcuddur.  
Böhranların  erkən  qarşısının  alınması  modelləri  –  inkişaf 
göstəricilərinin yüksək risklər sahəsinə kənarlaşması hallarının qa-
baqcadan  qiymətləndirilməsinə  və  düzəldici  tədbirlərin  görülmə-
sinə  əsaslanan  maliyyə  bazarında  böhranların  qarşısının  alınması 
üsullarından  biridir.  Bu  üsul  BVF-da  işlənib  hazırlanmaqdadır, 
onun elementlərinin bir qismi isə bəzi mərkəzi banklar və korpora-
siyalar tərəfindən maliyyə və valyuta böhranlarının qarşısının alın-
masında istifadə olunur.  
Beynəlxalq qəbul olunmuş standartlar və məcəllələr risklərin 
azalmasına kömək edən normaların təcrübədə tətbiqi yolu ilə böh-
ranların qarşısının alınmasına səbəb olur.  Bazar iqtisadiyyatı sub-
yektlərinin fəaliyyətinin  onun mövcud standartlara uyğunluğu ba-
xımından qiymətləndirilməsi qəbul edilən siyasi, iqtisadi, o cümlə-
dən investisiya qərarlarının keyfiyyətini artırmağa imkan verir.  
Maliyyə  fəaliyyətinin  bir  çox  sahələrində  beynəlxalq  stan-
dartlar  müəyyən  olunub.  BVF,  Dünya  Bankı,  Beynəlxalq  Hesab-
laşmalar Bankı digər beynəlxalq təşkilatlarla birlikdə ölkələrə ma-
liyyə və korporativ fəaliyyətlə və rəsmi məlumatların yayılması ilə 
bağlı  on  iki  sahə  üzrə  beynəlxalq  qəbul  olunmuş  standartlara  uy-
ğ
unluğunun  qiymətləndirilməsində  texniki  kömək  göstərirlər. 
                                                 
102
 Проблемы управления рисками. Конференции. Совещания. Семинары. 
– S. 56-62. 


 
118
Bank sistemlərinin sabitliyinin (möhkəmliyinin) və onların fəaliy-
yət təhlükəsizliyinin artırılmasına istiqamətlənmiş, bankların şəxsi 
kapitalının  norması  haqqında  Bazel  sazişi-2  bankların  fəaliyyəti 
zamanı yaranan risklərin azaldılması tələbi nəzərə alınmaqla bank 
kapitalının  kifayət  miqdarı  normativini  müəyyən  etmişdir.  Qəbul 
olunmuş  standartların  və  məcəllələrin  istifadəsi  ilə  bərabər  siyasi 
və  maliyyə  institutlarının  potensialı  gücləndirilməli,  maliyyə 
bazarının strukturu təkmilləşdirilməli və hesabatlığ və qəbul edilən 
siyasi qərarların şəffaflığı təmin edilməlidir.  
Hökumət başçılarının, maliyyə nazirlərinin və mərkəzi bank-
ların iclas gündəliyinə daima böhran hadisələrinə reaksiya və onla-
rın  qarşısının  alınması  ilə  bağlı  məsələlər  çıxarılır.  7  Qrupuna 
(“Böyük yeddiliyə”) daxil olan ölkələr dünya valyuta sisteminin və 
maliyyə  bazarlarının  möhkəmləndirilməsi,  BVF  islahatı  üzrə,  o 
cümlədən  beynəlxalq  standartların  işlənib  hazırlanması  və  istifa-
dəsi hissəsində, tədbirlər görmüş və digər təşəbbüslər etmişlər. Bu 
dünya valyuta sisteminin sabitliyinin qorunub saxlanılması və böh-
ranların  qarşısının  alınması  məqsədilə  edilmişdir.  Onların  həyata 
keçirilməsinin və böhranların qarşısının alınmasına təsirinin yekun 
nəticələri həmçinin dünya ictimaiyyətinin diqqət mərkəzindədir.  
CŞA-da  yaranmış  maliyyə  bazarı  böhranlarının  zəncirvarı 
reaksiyasına  cavab  olaraq  1999-cu  ildə  7  Qrupuna  daxil  olan 
ölkələrin təşəbbüsü ilə Maliyyə sabitliyi forumu (FSF) yaradılmış-
dır. Həmin forum aşağıdakı maliyyə orqanlarının: dörd beynəlxalq 
maliyyə institutunun, dörd beynəlxalq maliyyə komitəsi və komis-
siyasının  və  mərkəzi  bankların  iki  ekspert  komitələrinin      nüma-
yəndələrini birləşdirir, ildə iki dəfə onların görüşü keçirilir.   
Forumun  yaradılmasında  məqsəd  beynəlxalq  maliyyə 
sabitliyini  təmin  edən  siyasətin  formalaşdırılması,  dünya  maliyyə 
bazarının fəaliyyətinin yaxşılaşdırılması, və böhranların yayılması-
nın zəncirvarı reaksiyası ehtimalının azaldılmasıdır.  
Bu  məqsədin  həyata  keçirilməsi  üçün  Forum  maliyyə  baxı-
mından beynəlxalq qeyri-sabitlik risklərini müəyyən edir, böhran-
ların yaranma ehtimalının azaldılması üzrə tədbirləri müəyyən edir 


 
119
və sabitliyə görə cavab verən maliyyə orqanlarının nümayəndələri 
arasında  qarşılıqlı  əlaqəyə  və  məlumat  mübadiləsinə  kömək  edir. 
Forumun  2004-cü  ilin  sentyabr  ayında  keçirilmiş  iclasında  xüsusi 
diqqət  risklərin  idarə  edilməsinə,  təkrar  sığorta  bazarının  şəffaflı-
ğ
ının  artırılmasına,  hec-fondlarla  və  ofşor  zonalarla  əlaqədar 
müxtəlif  məsələlərə,  beynəlxalq  mühasibat  hesabdarlığı  və  auditi 
üzrə beynəlxalq standartların inkişafına yetirilmişdir.  
BVF-nun  valyuta  və  borc  böhranlarının  qarşısının  alınması 
üzrə üç tərkib hissəyə: məlumat şəffaflığı, nəzarət və texniki  yar-
dım əsaslanır. Üzv ölkələrin iqtisadi vəziyyəti haqqında məlumatın 
şə
ffaflığının  artırılması  və  makroiqtisadi  məlumatların  vaxtında 
daxil olmasının təmin olunması üçün Fond məlumatların yayılması 
üzrə xüsusi standartı daxil etmişdir. Məlumat baxımından aşkarlıq 
siyasəti çərçivəsində Fond yalnız üzv ölkələrin iqtisadi göstəricilə-
rinə deyil, həmçinin öz fəaliyyəti, siyasəti, ehtiyatları və kreditlərin 
şə
raiti haqqında materialları, həmçinin elmi və müzakirə material-
larını dərc etdirir.  
Üzv ölkələrin hökumətlərinin praktiki fəaliyyətinə nəzarət – 
Fondun böhranların qarşısının alınması üzrə işinin əsas hissəsidir. 
BVF-nun Sazişinə müvafiq olaraq Fondun missiyaları ilə üzv ölkə-
lərin hökumətləri arasından keçirilən illik görüşlər zamanı Maliyyə 
sabitliyinin  qiymətləndirilməsi  proqramının  (FSAP)  və  Standart-
lara və məcəllələrə uyğunluq haqqında məruzənin (ROSC) prose-
durları  çərçivəsində  əsas  makroiqtisadi  göstəricilər  və  risklər  qiy-
mətləndirilir, sarsıntının test yoxlaması həyata keçirilir və müxtəlif 
sahələrdə  yürüdülən siyasətin beynəlxalq qəbul olunmuş standart-
lara və məcəllələrə uyğunluğu müəyyən olunur. Nəzarətin nəticələ-
ri və Fondun tövsiyələri müntəzəm surətdə dərc etdirilir. Ənənəvi 
olaraq Fond ölkələri onun böhran hadisələrinin qarşısının alınması 
üzrə tövsiyələrinə uyğun tədbirlərin görülməsi zəruriliyinə inandır-
maq istəyir.  
BVF  Maliyyə  institutlarının  potensialının  möhkəmləndiril-
məsində  və  sabit  iqtisadi  siyasətin  həyata  keçirilməsində  ölkələrə 
texniki yardım proqramlarını konsultasiyalar, texniki və diaqnostik 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə