Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə34/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   30   31   32   33   34   35   36   37   ...   68

 
111
zəncirvarı  reaksiyasının  standart  makroiqtisadi  göstəriciləri  və 
indikatorları istifadə olunmuşdur. Model yaxşı nəticələr göstərmişdir: 
beş böhrandan dördü haqqında qabaqcadan doğru xəbər verilmişdir.   
S.Qoşun və A.Qoşun əsərində
94
 ÜDM mühüm dərəcədə aşa-
ğ
ı düşməsinə səbəb olan dərin valyuta böhranları tədqiq olunmuş-
dur. Beş makroiqtisadi dəyişənlərdən və korporativ borc almaların 
iki  göstəricilərindən  ibarət  indikatorlar  dəsti  institusional  mühitin 
keyfiyyət  göstəriciləri  ilə  tamamlanmışdır:  onların  bir  qismi  qa-
nunvericilik mühitini, digəri isə səhmdarların, kreditorların hüquq-
larının qorunmasını xarakterizə edir. Keyfiyyət göstəricilərinin öl-
kələrin  zəifliyinə  təsiri  binar  rekursiv  ağacın  metodologiyası  əsa-
sında  qiymətləndirilmişdir.  Bu  həmin  modeli  statistik  modeldən 
mühüm dərəcədə fərqləndirir.  
Valyuta,  bank  və  borc  böhranlarının  öyrənilməsinə  həsr 
olunmuş  ilk  elmi  işlərdən  biri  Houkins  və  Klau
95
  tərəfindən  nəşr 
etdirilmişdir; bu iş BHB-nın himayəsi altında aparılmışdır. Sektor-
ların hər biri – valyuta, bank və borc – üçün əhəmiyyətli dəyişənlər 
müəyyənləşdirilmiş  və  zəiflik  indeksləri  yaradılmışdır.  Sonra  on-
ların  əsasında  valyuta  kursuna  təzyiq  indeksinin  müəyyənləşdiril-
məsi üçün reqress tənlik tərtib olunmuşdur. Dəyişən kəmiyyətlər 1 
addım  irəliləmə  ilə  -2-dən  +2  kimi  beş  qiymətlə  ifadə  olunan 
diskret kəmiyyətlərə dəyişirdilər. Müəyyən çəkilərlə nəzərə alınan 
göstərilən dəyişənlərin cəmi olan funksiya -10-dan +10 kimi disk-
ret  qiymətlərlə  ifadə  olunurdu.  Oxşar  prosedur  valyuta  kursunun, 
ehtiyatların və faiz dərəcəsinin dəyişikliklərindən ibarət olan ehti-
kar təzyiqi indeksi üçün keçirilmişdir. Faktiki olaraq bu metodika 
Kaminskinin əsərində təklif edilən  yanaşmanın modifikasiyası ol-
muşdur. Həmin metodikanın yaxşı cəhətlərindən biri Kaminskinin 
ə
sərində təsvir edilmiş ikipilləli diskretizasiyadan fərqli olaraq mə-
                                                 
94
  Ghosh  S.  and  Ghosh  A.  Structural  Vulnerabilities  and  Currency  Crises. 
International Monetary Fund Working Paper: WP/02/9, January 2002.  
95
  Hawkins  J.  and  Klau  M.  Measuring  potential  vulnerabilities  in  emerging 
market economics. Working Papers No. 91, BIS, 2000. 


 
112
lumatı daha tam nəzərə alan beşpilləli diskretizasiyadır. Zəiflik in-
dekslərinin və valyutaya edilən təzyiqin hesablanması üzrə kifayət 
qədər  sadə  və  şəffaf  metodika  ölkələrin  zəifliyinin  müəyyənləşdiril-
məsində  ilk  addım  kimi  istifadə  edilmişdir.  Təklif  olunan  model 
BHB-da yoxlanılmış ilk erkən qarşısını alma modellərindən biridir.  
BVF-nun  dünya  maliyyə  sabitliyi  haqqında  məruzəsində
96
 
valyuta böhranlarının erkən qarşısının alınması modellərinin istifa-
də  təcrübəsinin  təhlili  əsasında  həmin  modellərin  çox  tərəfli  nə-
zarət vasitələrindən biri kimi əhəmiyyəti qeyd olunmuşdur. Model-
lərin təkmilləşdirilməsi böhran hadisələrini əks etdirən maliyyə ba-
zarının bütün sektorlarının indikatorlarının qeydə alınması əsasın-
da həyata keçiriləcək. Büdcə-vergi göstəricilərinin qeydə alınması 
həmçinin  modellərin  inkişafına  öz  töhfəsini  verə  bilər.  BVF-nun 
işində
97
  əsasında  valyuta,  bank  və  borc  böhranlarının  proqnozlaş-
dırılması modellərinin qurulduğu həmin göstəricilərin əhəmiyyəti-
nin təhlili aparılmışdır. Müəyyənləşdirilmişdir ki, müəyyən şərait-
də  bu  maliyyə  böhranlarının  proqnozlaşdırmasının  dəqiqliyini  ar-
tırmağa imkan verir.  
2003-cü  ildə  BVF-da  borc  böhranlarının  erkən  qarşısının 
alınması modellərinə həsr edilmiş əsər dərc etdirilmişdir. Manasse 
və  digər  müəlliflər
98
  suveren  (müstəqil)  borc  böhranlarının  proq-
nozlaşdırılması  mümkünlüyünü  tədqiq  edirdilər.  Böhranın  müəy-
yənləşdirilməsi Standard & Poor`s reytinq agentliyi ilə təklif olu-
nan defoltun meyarlarına uyğun gəlir. Reqress modelinin və binar 
rekursiv ağac modelinin köməyilə borc böhranlarının yaranmasını 
bir  il  öncədən  proqnozlaşdırmağa  imkan  verən  ödəmə  və  satılma 
                                                 
96
 “Early Warning System Models: The Next Steps Forward”, in Global Finan-
cial  Stability  Report.  –  Washington:  International  Monetary  Fund,  2002.  – 
March. – S. 48-64.  
97
 Hemming R., Kell M., Schimmelpfennig A. Fiscal vulnerability and financial 
crises in emerging market economics. Occasional paper 218, IMF, Washington 
DC, 2003. – S. 124.  
98
 Manasse P., Roubini N. and Schimmelpfennig A. Predicting Sovereign Debt 
Crises. WP /03/221 – Washington: International Monetary Fund, 2003.  


 
113
qabiliyyətlərinin problemlərini əks etdirən dəyişənlər müəyyənləş-
dirilmişdir.  Əsərdə  1970-2002  illər  ərzində    borc  kapitalları  üzrə 
dünya bazarına daxil olmaq imkanına malik olan 47 ölkə üzrə mə-
lumatlar  istifadə  edilmişdir.  Borc  böhranlarının  yaranmasına  təsir 
edən indikatorlar qismində aşağıdakı göstəricilərdən istifadə olun-
muşdur: ödəmə qabiliyyətinin, satıınlma qabiliyyətinin, xarici bor-
cun xidmətinin; ölkənin borc böhranı zamanı sabitliyini əks etdirən 
makroiqtisadi göstəricilər; büdcə və siyasi göstəricilər.  
Dövlət borcu ilə bağlı böhranın xüsusiyyətləri göstərilmişdir. 
Valyuta böhranından fərqli olaraq borc böhranı daha uzun müddət 
davam edir və onun nəticələri xeyli müddət ölkənin inkişafına təsir 
edir.  Modeldə  yalnız  borc  böhranının  yaranmasının  deyil,  həmçi-
nin ondan çıxışın proqnozlaşdırılması mümkünlüyü nəzərdə tutul-
muşdur.  Onlar  müxtəlif  dövrlər  üçün  yoxlanılaraq  sabit  nəticələr 
göstərmişlər.   
Borc böhranlarının proqnozlaşdırılmasının yüksək keyfiyyə-
tini  qeyd  etmək  lazımdır.  Modellərin  effektivliyinin  artırılması 
üçün  müəlliflər  dövlətin  büdcə  problemlərini,  kredit  reytiqnlərini, 
dövlət istiqrazları üzrə spredləri qeydə almağı təklif etdilər. Borc, 
bank və valyuta böhranları arasında qarşılıqlı əlaqələrin öyrənilmə-
si  zəruriliyi  qeyd  olunmuşdur  ki,  bu  onların  daha  dəqiq  proqnoz-
laşdırılmasına imkan verəcək.  
Bu  baxımdan,  valyuta  böhranlarının  proqnozlaşdırılması 
üzrə  müxtəlif  statistik  modellərin  tədqiqatı  aparılmış  M.Bussie-
renin  əsəri
99
  xüsusilə  qeyd  olunmalıdır.  Təhlil  nəticəsində  böh-
ranların cəmi dörd mühüm indikatoru ayrılmışdır:  
• 
qısamüddətli borcun valyuta ehtiyatlarına nisbəti; 
• 
böhranların zəncirvarı reaksiyası;  
• 
özəl sektorun kreditləşməsinin artım templəri;  
• 
valyuta kursunun trendə nisbətən qalxması.  
                                                 
99
 Bussiere M. Balance of payment crises in emerging markets. How early were 
the “early” warning signals? European central bank. Working Papers Series No 
713. January, 2007. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə