135
dünya və iqtisadiyyat elmi, əlavə edim ki, həmçinin böhranların
qarşısının alınması sistemini yaradanlar, bu növ böhranlarla
çoxdan tanışdırlar
120
. Maliyyə bazarının inkişafı və strukturunun,
həmçinin onun seqmentlərinin fəaliyyətinin tənzimlənməsinin
mürəkkəbləşməsi, yeni maliyyə vasitələrinin yaranması və iqtisadi
və maliyyə əlaqələrinin qloballaşması ilə əlaqədar olaraq bu
sahədə böhranın yeni təhlükəsi və riskləri əmələ gəlir. Onların
eyniləşdirilməsinə və qarşısının alınmasına hazırlıq ekspertlərin
maliyyə bazarının zəif tərəflərinin qiymətləndirilməsi və mo-
delləşdirilməsi üzrə dərin təhlili işini tələb edir. Çox vaxt yeni növ
böhranlar hökumətlər və rəsmi ictimaiyyət üçün gözlənilməz olur.
Bunun daha bariz nümunəsi kimi həm dünya ictimaiyyətinin
ölkələr daxilində uyğunsuzluqların yeni kompozisiyasının eyniləş-
dirilməsinə hazırlıqlı olmaması, həm də böhranın region boyunca
zəncirvarı yayılması kimi qətiyyən gözlənilməz olan reaksiya ilə
səciyyələndirilən 1994-cü ilin Meksika böhranını və 1997-ci ilin
Asiya böhranını göstərmək olar.
Böhranların QXS-nin istifadəsi üzrə toplanmış təcrübənin
qiymətləndirilməsi valyuta, maliyyə və bank böhranlarının qarşıs-
ının alınması təcrübəsi nəzərə alınmaqla SWOC-təhlil (strengths –
yaxşı cəhətlər, weakness – nöqsanlar, opportunities – imkanlar,
constraints – məhdudiyyətlər)
121
əsasında aparılmışdır.
Fəlakətlərin erkən qarşısının alınması təcrübəsini ümumiləş-
dirərək QXS-nin qurulmasına məhdud və geniş yanaşmanı ayırmaq
olar. Məhdud mənada böhranların qarşısının alınması bütün ma-
raqlı təşkilat və şəxslərin o cümlədən valyuta, maliyyə və bank sa-
hələrində böhran meyllərinin tədqiqat nəticələri və iqtisadi inkişa-
fın proqnozu haqqında, yeni risk amilləri və böhranların yaranma
120
Монтес М.Ф., Попов В.В. «Азиатский вирус» или «голландская
болезнь
»? Теория и история валютных кризисов в России и других
странах
». – М.: Дело, 1999. – S. 15.
121
Early Warning Systems: Do`s and Don`ts. Report of Workshop, 2003. – 20-
23
October,
Shanghai,
China.
/prepared
by
M.Glantz.
–
www.esig.ucar.edu/warning/
. – S. 52-53.
136
və yayılma mümkünlüyünə təsir edən digər hadisələr haqqında
məlumatlandırılması deməkdir. Bu tədqiqatlar böhranların idarə
edilməsi və onların qarşısının alınması məsələlərilə məşğul olan
orqanlar, elmi-tədqiqat təşkilatları, ayrı-ayrı alimlər və maraqlı
şə
xslər tərəfindən aparılır.
Geniş mənada erkən qarşısını alma yalnız qabaqlayıcı məlu-
matlandırma deyil, həmçinin bununla əlaqədar ehtimal olunan zə-
rərin azaldılması üzrə tədbirlərin işlənib hazırlanmasıdır. Bu ya-
naşma yaranan təhlükələrə aktiv reaksiyanı nəzərdə tutur. Beləlik-
lə, yanaşmadan asılı olaraq QXS-nin vəzifələri böhranın yaranma
ehtimalı haqqında məlumatlandırmadan həmin böhranın qarşısının
alınmasına kimi genişlənir, bu da sistemin strukturunun və funksi-
yalarının seçiminə təsir edir. Maliyyə böhranlarının erkən qarşı-
sının alınması mexanizminin qısa inkişaf tarixini müzakirə edək.
Maliyyə bazarında böhranların erkən qarşısının alınması
sisteminin işlənib hazırlanması ötən əsrin 90-cı illərinin
ortalarından başlamışdır. 1994-cü ilin Meksika hadisələrindən
sonra Latın Amerikası boyunca baş vermiş böhranların zəncirvarı
reaksiyası ilə təşvişə gələn Yeddi qabaqcıl ölkələr qrupu 1995-ci
ildə Halifaksda keçirdiyi görüşdə Beynəlxalq Valyuta Fonduna
valyuta böhranlarının erkən qarşısının alınması sistemini hazırla-
mağı tövsiyə etmişdir. Maliyyə bazarında böhranların QXS-nin iki
inkişaf mərhələsini ayırmaq olar. Birinci mərhələdə valyuta böh-
ranlarının erkən qarşısının alınması modeli işlənib hazırlanmış,
onun tətbiqi təcrübəsi qazanılmışdır. İkinci mərhələ modelin tək-
milləşdirilməsi, onun maliyyə bazarının müxtəlif - borc, valyuta
fond seqmentlərinə yayılması, həmçinin böhranların qarşısının
alınması üzrə digər üsullar arasında həmin modelin yerinin müəy-
yənləşdirilməsi ilə bağlıdır.
BVF-nun böhranların erkən qarşısının alınması sisteminə
birinci mərhələdə valyuta böhranlarının qarşısının alınması üzrə
miqyaslı sistem məsələsinin həlli üçün yalnız, maliyyə bazarının
digər seqmentlərilə əlaqələndirmədən, valyuta bazarında böhranın
yaranma vaxtının proqnozlaşdırılması üzrə ədədi model daxil idi
137
və prinsip etibarilə məhdud nöqteyi-nəzərindən müzakirə
olunurdu. 1999-cu ilədək olan dövrdə BVF valyuta böhranlarının
qarşısının alınması üzrə əsas və yeganə üsul kimi bir neçə modeli
işləyib hazırlamış və onları tətbiq etməyə başlamışdır. Onun
analitikləri böhran hadisələrinin proqnozlaşdırılması üzrə riyazi
modellərin işlənib hazırlanması və tətbiqi sahəsində toplanılmış
təcrübəni və həmin modellər üçün səciyyəvi olan məhdudiyyətləri,
həmçinin böhranların erkən qarşısının alınması sistemlərinin
istifadə təcrübəsini nəzərə almamışlar. Fondun miqyaslı tənqidi
nəticəsində iqtisadiyyatın tənzimlənməsinə və kapitalın beynəlxalq
hərəkətinin sürətli liberallaşmasına monetarizm yanaşmasına əsas-
lanan “Vaşinqton konsensusu” siyasətindən imtina olunmuşdur.
Bu mərhələdə böhranların proqnozlaşdırılması üzrə statistik mo-
dellərin istifadəsinə mövcud yanaşmalar tənqidi başa düşülmüşdür
və onların aşağıdakı nöqsanları müəyyən olunmuşdur:
• yalnız kəmiyyət məlumatlarının təhlilinə əsaslanan böh-
ranların qarşısının alınmasına məhdud yanaşma;
• böhranın yaranma vaxtının proqnozlaşdırılmasının müm-
künsüzlüyü;
• müxtəlif göstəricilərin kifayət qədər əlverişli və dəqiq ol-
maması;
• müxtəlif maliyyə sarsıntılarının milli spesifikasının nəzərə
alınmasının mürəkkəbliyi;
• investorların böhranın ehtimalı haqqında reaksiyasının xa-
rakterinin və onun şəraitin sabitləşdirilməsinə və ya sabitliyinin
pozulmasına təsirinin proqnozlaşdırılmasının mümkünsüzlüyü;
• modellərin istiqamətlənmə subyektivliyi, müəyyən növ
böhranlara istiqamətlənmə, gözlənilməz hadisələrin proqnozlaşdı-
rılmasının mümkünsüzlüyü;
• çox sayda yanlış siqnalların yaranmasına səbəb olan erkən
qarşısını alma modellərindən daxil olan siqnalların işlənilməsi me-
todikalarının mükəmməl olmaması.
Dostları ilə paylaş: |