Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə50/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   46   47   48   49   50   51   52   53   ...   68

 
159
bank  problemlərinin  ağırlığında  əsas  açar  indekator  rolunu  oy-
nayır. Kreditlərin aktivlərə nisbəti nə qədər böyükdürsə bir o qədər 
kredit portfeli defolt  riskinə  yaxındır. Bu problem çox zaman da-
xili nəzarət sisteminin zəifliyi zamanı ortaya çıxır.  
Ə
sas  indekator  rolunda  aktiv  və  passivlərin  müddətləri 
arasında böyük fərq çıxış edir. Likvidlik riski həmçinin iri depozit 
sertifikatlarının aktivlərə nisbəti indekatoru ilə müəyyən edilir.  
Sistem  diaqnostika.  Təklif  olunan  indekatorlar  metodikası 
ilə  yanaşı  sistem  diaqnostikası  mövcuddur.  Sistem  diaqnostika 
indekatorlara  əsaslanmır  və  özünün  spesifik  xüsusiyyətləri 
mövcuddur. Belə sistemlər əsasən bank sferasında tətbiq olunur və 
formal olaraq 4 kateqoriyaya ayırd edilir: 
1.
 bankların qiymətləndirilməsinin reytinq sistemləri 
2.
 maliyyə koeffisenti və qrup şəklində analiz sistemi 
3.
 bank risklərinin qiymətləndirilməsinin kompleks sistemi 
4.
 statistik modellər. 
Bir  neçə  sistemin  bir  dəfəyə  istifadəsi  ehtimalı  daha  da  ar-
tırır.  Sistemlər  əsasən  kəmiyyət  qiymətləndirilməsini  və  kompyu-
terlə  keyfiyyət  hesablarını  özündə  cəmləyir.  Bəzilərində  kompyu-
ter proqramları, bəzi halda isə ekspert rəyləri dominantlıq edir.  
Bankların  qiymətləndirilməsinin  reytiq  sistemləri.  Ilk 
ə
vvəl  bankların  reytinqi  onların  fəaliyyətlərinin  yerində  təhlili  ilə 
ə
laqəli  idi.  Hal  –  hazırda  isə  yanaşma  müəyyən  qədər  dəyişərək 
uzaqdan  monitorinq  metoduna  yaxınlaşıb.  Burada  subyektiv 
qiymətləndirmə  əsas  götürülür.  Reytinq  sistemi  bank  sferasının 
cari  vəziyyətini,  problemli  bankların  üzə  çıxardılmasına  imkan 
verir.  Bu  sistem  konkret  zaman  kəsiyinin  informasiyasına  əsas-
lanır. Uzaqdan monitorinq bir tərəfdən informasiya genişliyinə yol 
açırsa digər tərəfdən yerində olan informasiya ilə dəqiqliyini aşağı 
salır. 
Maliyyə koeffisentləri və qrup şəklində analiz. Məlumdur 
ki,  bankın  maliyyə  vəziyyətini  son  maliyyə  göstəriciləri  top-
lusumüəyyən  edir.  Sonuncular  özündə  kapitalın  lazımı  səviyyədə 
olması,  aktivlərin  keyfiyyəti,  gəlirliyi  və  likvidliyi  cəmləyir. 


 
160
Çoxsaylı  koefifsentlər  bu  göstəricilərə  aid  olub  bankların  sistem 
analizində  istifadə  edilir.  Sistem  üçün  informasiya  nəzarət 
orqanlarının  illik  hesabat  məlumatları  əsasında  daxil  olur. 
Analizlərin  nəticələri  ayrı  -ayrı  kredit  təşkilatlarının  fəaliyyətinin 
müqayisəsinin formalaşması və ayrı-ayrı bank qruplarının maliyyə 
fəaliyyəti  kriteriyalarının  təyin  olunması,  eyni  zamanda  uyğun 
qrupun  göstəricilərinə  uyğun  olmayan  bankların  müəyyən  olun-
ması üçün istifadə olunur. Qrup şəklində analiz bank qrupları üçün 
maliyyə  koeffisentlərinə  əsaslanır.  Nəzarətçi  müəyyən  edir  ki, 
hansı  səviyyədə  ayrı-ayrı  bankların  göstəricisi  analoji  banklardan 
fərqlidir və bunun səbəbi araşdırılır.  
Belə  sistemdə  qrupların  təşkili  aktivlərin  həcminə  (məsələn 
böyük və kiçik banklar), bazar seqmentinin spesifikasına (məsələn, 
yerli  kommersiya  bankları,  xarici  banklar,  korporativ  və  əmanət 
bankları)  əsaslanır.  Bəzi  sistemlər  müqayisə  üçün  xüsusi  qruplar 
yaratmağa imkan verir. (məsələn, biznesin istiqaməti və ya konkret 
reqional  banklar).  Belə  yollarla  göstəriciləri  pisləşən  banklar 
müəyyən olunur. Qrup analizi həmçinin bütün bank sektorunda və 
ya  onun  ayrı-ayrı  seqmqntlərində  tendensiyaların  tədqiqində 
istifadə olunur. 
 
 


 
161
3.4. BANK SİSTEMİNDƏ STRESS TEST SİSTEMİ  VƏ 
BANK SFERASINDA DİAQNOSTİK SİSTEM  
  
Stress testlər istisna hallarda baş verə biləcək hadisələr üzrə 
risk faktorlarının dəyişməsinin bankın maliyyə durumuna potensial 
təsirinin  qiymətləndirilməsi  üçün  həyata  keçirilir  və  bankın 
potensial  zəif  tərəflərini  izləməyə,  qiymətləndirməyə  və  zəruri 
preventiv  tədbirləri  müəyyən  etməyə  imkan  verən  risklərin  risk-
lərin  idarə  olunması  mexanizminin  elementlərindən  biridir.  Stress 
test  çərçivəsində  banklar  kəskin  zərərlərə  gətirib  çıxaran  və 
risklərin  idarə  edilməsini  çətinləşdirən  hər  bir  risk  faktorunu 
nəzərə  almalıdır.  Bu  faktorlar  bazar,  kredit,  likvidlik  və  digər 
risklərin komponentlərini özündə cəmləşdirir. 
Stress testlərin keçirilməsi nəticəsində aşağıdakılar müəyyən 
edilir: 
1.
 bankın kapitalının şoklara dözümlüyü; 
2.
 şoklar nəticəsində bankın məruz qaldığı maksimum itki; 
3.
 bankın fəaliyyətində boşluqlar; 
4.
 müxtəlif risklərin qiymətləndirilməsi və onların qarşılıqlı 
ə
laqəsi; 
5.
 bankın makro iqtisadi amillərdən asılılığı. 
6.
 Ssenari  təhlili  mümkün  ekstremal  hadisənin  baş  verməsi 
nəticəsində  eyni  zamanda  bir  neçə  faktorun  bankın  maliyyə 
vəziyyətinə  təsirini  ölçür.  Ssenari  təhlilləri  uzunmüddətli  dövrləri 
ə
hatə  edir.  Həssaslıq  təhlili  yalnız  bir  faktorun  dəyişməsinin 
bankın maliyyə durumuna təsirini ölçür. Ssenari təhlilindən fərqli 
olaraq həssaslıq təhlili daha qısamüddətli dövrü əhatə edir. 
7.
 Hər  bir  bankda  stress  testlərin  həyata  keçirilməsi  üçün 
bankın  həcmindən  və  onun  fəaliyyət  istiqamətlərinin  mürəkkəbli-
yindən asılı olaraq stress test modeli hazırlanmalıdır. 
Stress testlərin aparılması zamanı potensial maksimal zərərin 
müəyyənləşdirilməsi üçün müxtəlif risk faktorlarının kombinasiya-
sına  baxılmalı  və  onların  bir-biri  ilə  əlaqəsi  nəzərə  alınmalıdır. 
Risk  profillərinin  müxtəlifliyi  səbəbindən,  habelə  beynəlxalq 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə