Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə46/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   42   43   44   45   46   47   48   49   ...   68

 
147
hələsində göstərilmiş müxtəlifliklərin üzə çıxardılması vəzifə kimi 
qoyulmur. 
Sabit    inkişaf  prosesinin  tərkib  hissəsi  kimi  böhranların 
QAS-nin  məqsədi  sosial-iqtisadi  sahədə  müsbət  nəticələrin  təmin 
edilməsindən  və  uzun  müddət  qorunub  saxlanmasından  ibarətdir. 
Sabit  inkişaf  siyasətini  yürüdən  cəmiyyət  daima  təbii  və  antropo-
gen böhranlardan müdafiə axtarışındadır. Həmin cəmiyyətdə böh-
ranların yaranması ehtimalının azaldılması və nəticədə baş verə bi-
ləcək  fəsadların  azaldılması  yolu  ilə  gücləndirilməsi  üçün  mexa-
nizmlər  işləyir.  QAS  bu  təhlükələri  daha  asan  aradan  qaldırmağa 
kömək edirlər. Beləliklə, QAS məqsədi qloballaşma şərtində sabit 
sosial-iqtisadi inkişafın təminatından ibarət olan daha ümumi siste-
min  yarım sistemidir. Yuxarıda göstərildiyi kimi, sistem  yanaşma 
nöqteyi-nəzərindən iyerarxiya tabeliyi prinsipi  tabe olan sistemin 
qarşısında  duran    məqsədlərin  və  vəzifələrin  prioritetlərini  müəy-
yən edir. QAS-nin  fəaliyyətinin bir neçə variantı  yarandığı halda, 
sabit inkişaf  məqsədlərinə daha çox cavab verən variant prioritet 
hesab olunur. Böhranların QAS-nin prinsipləri müəyyən sahələrdə 
böhranların  yaranma  risklərinin    üstünlük təşkil edən  növlərindən 
asılı  olaraq  dəyişilə  bilər.  Sistem  sadə  formadan  çox  sayda 
təhlükələrə istiqamətlənmiş mürəkkəb, çox məqsədli formaya kimi 
dəyişilə  bilər.  Bu  məsələdə  əsas  məqam  maliyyə  bazarında  böh-
ranların yaranma riskinin amillərinin təsiri altında olan dövlətlərin, 
bazar  iqtisadiyyatı  subyektlərinin  və  əhalinin  ehtiyaclarının  təmin 
olunmasıdır.   
Maliyyə bazarında böhranların qarşısının alınması sisteminin  
prinsiplərindən  biri  onun  istiqamətləndiyi  təhlükələrin  təsviridir. 
Zamanla təhlükələr və risklər yalnız gücü, tezliyi, yarandığı və ya-
yıldığı  coğrafi  yeri  deyil,  həmçinin  nəticələrin  əhəmiyyəti  baxı-
mından dəyişə bilərlər. Riskin hər bir növü üçün müvafiq müəyyən 
etmə  və  qarşısını  alma  metodikasının  işlənib  hazırlanması  məq-
sədəuyğundur.  
Maliyyə bazarında böhranların qarşısının alınması sisteminin 
düzgün  işləməsi  məqsədilə  mövcud  təhlükələrin  və  risklərin, 


 
148
onların  cəmiyyət  və  ayrı-ayrı  vətəndaşlar  üçün  müxtəlif  nəti-
cələrini  nəzərə  almaqla,  prioritetlərini  müəyyən  etmək  lazımdır. 
Böhranların  yaranma  risklərinin  dərk  edilməsi  bilikdən,  yığılmış 
böhran təcrübəsindən, mədəni fərqlərdən və  cəmiyyətdə üstünlük 
təşkil  edən  sosial  və  siyasi  maraqlardan  asılı  olaraq  fərqləndirilir. 
Böhran  sarsıntıları  risklərinin  prioritetləri  yeni  və  unudulmuş 
təhlükələrin yaranması ilə əlaqədar olaraq dəyişir. Qlobal təhlükə-
lərin  prioritetləri  dövlət  səviyyəsində  milli  təhlükəsizlik  şurası, 
valyuta və bank sahələrinə uyğun olaraq mərkəzi bank və müvafiq 
orqanlar, xüsusi səviyyədə isə direktorlar şurası və ya müəssisə və 
ya bankın  müşahidə şurası tərəfindən qiymətləndirilir. Bu proses-
də elmi-tədqiqat institutları, nüfuzlu alimlərin və siyasətçilərin fi-
kirləri vacib rol oynayır. 
Yığılmış böhran təcrübəsinin nəzərə alınması belə xarakterli 
risklərin erkən qarşısının alınması üsullarının həssaslığını artırma-
ğ
a  icazə  verir.  Maliyyə  bazarının  inkişafı,  onun  quruluşunun  və 
seqmentlərinin  fəaliyyətinin  nizamlanmasının  mürəkkəbləşməsi, 
yeni  maliyyə vasitələrinin yaranması ilə əlaqədar olaraq bu sahədə 
yeni risklər yaranır. Onların eyniləşdirilməsi və qarşısının alınması 
maliyyə  bazarının  zəif  tərəflərinin  qiymətləndirilməsi  və    model-
ləşdirilməsi  ilə  məşğul  olan  ekspertlərdən  dərin  təhlilin  aparılma-
sını tələb edir.  
Digər sahələrdə olan erkən qarşısını alma sistemlərindən da-
xil  olan  siqnalların  vaxtında  nəzərə  alınması,  onların  mənfi  təza-
hürlərinin valyuta və maliyyə böhranlarının mümkünlüyünə təsiri-
ni qiymətləndirməyə və nəzərə almağa imkan verəcək. Hərbi mü-
naqişələr, təbii fəlakətlər və faciələr bütöv bir regionların maliyyə 
bazarının vəziyyətinə mühüm təsir edir. Proqnozlaşdırılmamış risk 
və  şokların  adekvat  şəkildə  erkən  qarşısının  alınmasını  təmin  et-
mək  mümkün  deyil.  Lakin, xüsusi  qabaqlayıcı  tədbirlər  görməklə 
və risklərdən sığortalanma və zərərin kompensasiyası mexanizmlə-
rindən istifadə etməklə onların fəsadlarının bu və ya başqa dərəcə-
də azaldılmasına hazırlaşmaq olar. Məsələn, böhranların zəncirvarı 
reaksiyasının  yayılması təhlükəsinə standart reaksiya inkişaf edən 


 
149
ölkələrin maliyyə bazarlarını tərk edən kapitalın ehtiyatda saxlanıl-
masının tətbiqidir.  
Böhranların  qarşısının  alınması  sistemi  risklərin azaldılması 
prosesinə  böyük  töhfə  verir  və  risk  qrupunda  fəaliyyət  göstərən 
bazar  iştirakçılarına  yaxınlaşan  təhlükə  ərəfəsində  onun  fəsadları-
nın  və  zərərinin  azaldılması  üçün  vaxtında  tədbir  görməyi  müm-
kün  edir.  Adətən  mövcud  sistemlərin  imkanları  keyfiyyət  para-
metrlərinin  formalaşdırılmasının  mürəkkəbliyi,  qiymətləndirmə 
metodikaları,  risklərin hərtərəfli təhlilinin və onların effektiv idarə 
edilməsi  sisteminin  yoxluğu  ilə  məhdudlaşdırılmış  olur.  Böhranın 
yaranması  riski  risk  qrupunun  onu  idarə  etmək,  fəsadlarını  yün-
gülləşdirmək  və  maliyyə  sarsıntılarının  səbəb  olduğu  zərəri  azalt-
maq  imkanının  ölçüsüdür.  İmkan  nə  qədər  böyükdürsə  risk  bir  o 
qədər  kiçikdir.  Bank  təcrübəsindən  əyani  nümunə  kimi  gözlənil-
məz zərər riskini kompensasiya etməyə icazə verən bank kapitalına 
irəli sürülən minimal tələblərin müəyyən edilməsi göstərilə bilər.  
Müxtəlif  növ,  proqnozlaşdırılan  və  gözlənilməyən,  ani  hə-
yata  keçmə  sürəti  ilə  xarakterizə  olunan  və  mühitin  qiymət-
ləndirilməsi  üçün  vaxt  verən  risklər  üçün  onların  amil  və  nəticə 
tərəflərinə  təsirə  əsaslanan  zərərin  azaldılması  və  həmin  risklərin 
yaranma  ehtimalının  mümkün  azaldılması  üzrə  xüsusiləşdirilmiş 
strategiyaları nəzərə almaq məqsədəuyğundur.   
Böhranların qarşısının alınması sisteminin funksiyaları müx-
təlif  yollarla  daxil  olan  məlumatın  işlənilməsinə  əsaslanıb.  Mə-
lumat antropogen və təbii risklərin vəziyyətini və inkişafını xarak-
terizə  edən  ədədi  məlumatlardan  və  statistik  sıralardan,  həmçinin 
hesabatlardan, ekspertlərin müşahidələrindən və fikirlərindən, elmi 
nəşrlərdən  ibarət  ola  bilər.  Buna  müvafiq  olaraq,  ikinci  qiy-
mətləndirici  istiqamət  çərçivəsində  risklərin  kəmiyyət  göstərici-
lərinin  monitorinqi  və  qiymətləndirilməsi  ilə  əlaqəli  olan  prinsip-
lər, üçüncü təhlili istiqamət çərçivəsində isə risklərin göstəriciləri-
nin, əmsallarının və başqa kompleks parametrlərinin və  göstərici-
lərinin təhlili və onların həyata keçməsinin mümkün ssenarilərinin 
işlənib hazırlanması ilə bağlı prinsiplər qruplaşdırılmışdır.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə