Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə49/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   45   46   47   48   49   50   51   52   ...   68

 
156
ehtiyatların  azaldılması  hesabına  maliyyələşməsinin  qeyri-
mümkünlüyü  ən  son  halda  devalvasiyanın  vacibliyini  ortaya 
qoyur.  Bu  kriteri  cari  əməliyyatlar  hesabında  defisitin  hazırki 
dövrdə  hətda  olmadığı  təqdirdə  devalvasiyanın  uyğun  olduğuna 
işarə  verir,  lakin  əgər  cari  əməliyyatlar  hesabının  defisiti  dövrü 
xarakter daşıyırsa bu zaman devalvasiyaya ehtiyac duyulmur. Cari 
ə
məliyyatlar hesabının saldosu real mübadilə kursunun dəyişiminə 
asta  reaksiya  verdiyi  üçün  bir  o  qədər  də  yaxşı  indekator  rolunu 
oynamır. 
Bəzi alimlər devalvasiyanın indekatoru kimi cari hesabın bü-
tün  saldosunu  yox,  idxalında  təsiri  nəzərə  alınmaqla  yalnız  ixracı 
götürürlər.  
Bir çox ölkələrdə paralel və ya qara bazarlar mövcuddur. Bu 
bazarlarda mövcud “bazar dəyişim kursu” rəsmi mübadilə kursun-
da  qeyri-bərabərliyin  səviyyəsinin  ən  yaxşı  indekatoru  kimi  çıxış 
edir. Hərçənd belə bazarlar qeyri – aktiv olub bir neçə dilerin nə-
zarətində ola bilər, bu baxımdan bu indekatorun interpretasiyasına 
ehtiyatlı yanaşmaq lazımdır. Milli valyutanın paralel bazarda həd-
dindən  artıq  qiymətinin  aşağı  düşməsi  çox  zaman  süni  artırılmış 
mübadilə kursuna işarədir. 
Pul  kütləsinin  artımı  özü  –  özlüyündə  yaxınlaşan  valyuta 
böhranının göstəricisidir və belə halda o mübadilə kursuna təzyiqi 
ikiqat  artıraraq,  ölkə  siyasətinə  inamsızlıq  formalaşdırır.  Bu  qrup 
indekatorlara  dövlət  büdcəsinin  defisitini  (büdcə  defisiti/  ÜDM) 
aid  etmək  olar.  Praktikada  qeyd  etdiyimiz  problemin  maliy-
yələşməsi  neqativ  təsir  edərək  spekulyantlarda  şübhə  yaradır  və 
nəticədə hökumət maliyyələşdirmə prosesində pul kütləsini artırır. 
Bəzən  büdcə  problemləri  ilə  bağlı  olmayan  daxili  kreditin  səviy-
yəsinin ÜDM-a nisbətidə vacib indikator rolunu oynayır.  
Valyuta silkələnmələrinin aparıcı qüvvəsi kimi spekulyantlar 
çıxış  edir.  Bu  baxımdan  digər  ölkələrlə  müqayisədə  faiz 
dərəcələrində  dəyişmə  indekatoru  əhəmiyyətlidir.  Hər  hansı  bir 
ölkədə  spekulyantların  davranışı  qısa  müddətli  kapital  axınlarının 
ÜDM-a  olan  nisbətində  çox  gözəl  əks  olunur.  Bununla  yanaşı 


 
157
ölkənin  spekulyativ  potensialını  qiymətləndirərkən  birbaşa  xarici 
investisiyaların  ÜDM  –  a  nisbəti  əhəmiyyətli  ola  bilər,  hansı  ki, 
xarici alimlər (M. Qoldştayn, K. Raynxart, 1997 ) tərərfindən aktiv 
istifadə edilmişdir. Bütün bunlardan əlavə bank sisteminin böhranı 
faktı  özü  spekulyantları  depozitlərini  geri  götürməyə  məcbur  edir 
ki,  bu  proses  də  ikiqat  böhrana  yol  açır.  Burada  qeyd  etmək  la-
zımdır ki, xarici valyutada əks olunmuş dövlət öhdəlikləri üzrə de-
folt  həmçinin  mübadilə kursuna  təzyiqi  və  məcburi  devalvasiyanı 
qızışdırır. 
Nəzəri  baxımdan  suveren  kredit  reytinqi  valyuta  böhranının 
indekatoru kimi yüksək çəkiyə malikdir. 2000 – ildə amerika pro-
fessorlarının  M.  Qoldştayn,  Q.  Kaminski  və  K.  Rayn  Xartın  em-
prik tədqiqatlarının nəticələri suveren kredit reytinqi “İnstityuşinal 
İ
nvestor”)  (İnstitutional  İnvestor)  və  “Mudis”  agentliklərinin  20 
ölkədə  ikiqat  böhranlarla  əlaqəni  müəyyən  etmişdir,  həmçinin 
agentliklərin  maliyyə  böhranını  öncədən  proqnozlaşdırma  baca-
rığını şübhə altında qoyurdu.  
Heç bir reytinq agentliyi bank böhranının öncədən görə bil-
məmişdir.  K.Raynxartın  (2002)  digər  emprik  tədqiqatları  suveren 
kredit  reytinqinin  maliyyə  böhranı  ilə  aşağıdakı  qarşılıqlı  xü-
susiyyətlərini müəyyən etməyə imkan verdi. Inkişaf etməkdə olan 
və  keçid  iqtisadiyyatlı  ölkələrdə  qeyri  kredit  reytinqi  valyuta 
kursunun  enməsini  xəbər  verir,  valyuta  böhranı  isə  reytinqin  en-
məsini qaçılmaz edir. Inkişaf etmiş ölkələrdə isə kredit reytinqinin 
valyuta böhranına hər hansı təsiri barəda sübut yoxdur.  
Valyuta spekulyantları üçün ölkədəki siyasi vəziyyət və onu 
xarakterizə edən indekatorlar vacib göstəricisidir.  
Bank  panikasının  siqnallarını  nəzərdən  keçirsək  prinsipial 
spesifika aşkar edərik. Ümumiyyətlə bütün kredit sisteminin daya-
nıqlığı və ayrı – ayrı bankların problemlik indekatorlarını ayırd et-
mək olar. Kredit sisteminin böhranının  yaxınlaşması indekatorları 
qrupuna aşağıdakılar aid oluna bilər. 
Real  faiz  dərəcələrinin  depozitlər  üzrə  dəyişməsi  bank 
sisteminə təzyiqi artırır. Öz növbəsində depozitlər üzrə yüksək faiz 


 
158
dərəcələri likvidlik probleminə yol açır və banklara etibarı azaldır. 
Həmçinin xarici valyuta ilə depozitlərin pul kütləsi M2 – yə 
olan  nisbəti  vacib  indekator  rolunu  oynayır.  Daşınmaz  əmlakın 
qiymətləri klassik kredit kredit təminatı kimi çıxış edir və burada 
enmə verilmiş kreditin dəyərinin real olaraq qiymətdən düşməsinə 
gətirib çıxardır. Bundan əlavə ixrac qiymətləri, neft qiymətlərində 
mənfi  dinamika  sistemli  bank  böhranının  yaxınlaşmasına  bir 
işarədir.  
Milli  valyutanın  devalvasiyası  xüsusilə  də  əgər  bank  öhdə-
liklərinin  böyük  hissəsi  xarici  valyutada  əks  olunduğu  təqdirdə 
bank panikasının yaxınlaşması indekatoru rolunda çıxış edir. Real 
mübadilə  kursu  indekatoru  valyuta  böhranı  üçün  əsas  siqnal 
olduğuna  əsasən  bank  qeyri  –  stabilliyi  üçün  də  indekator  rolunu 
oynayır. Bundan əlavə mübadilə kursunu saxlamaq məqsədi ilə in-
tervensiya üçün mərkəzi bankın valyuta ehtiyatları həcmi həmçinin 
bank sisteminə təzyiq mexanizminə malikdir.  
Bank qeyri – stabilliyi indekatorlarından borc silkələnmələri, 
suveren  kredit  reytinqi,  siyasi  amillər  kimi  yuxarıda  qeyd  etdiyi-
miz  göstəriciləri  də  ayırmaq  olmaz.  Bu  siqnallar  bank  və  ikiqat 
böhranların  həmçinin  bütövlükdə  maliyyə  sistemindəki  silkələn-
mələrdə çox böyük rol oynayırlar.  
Bank  sisteminin  böhranlarından  əlavə,  bank  böhranının  öz 
şə
xsi  indekatorları  da  mövcuddur  ki,  bunlar  yalnız  bütün  sistemi 
ə
hatə etməməklə bəzi banklarda problemlər barədə məlumatlandı-
rır. Bu zaman informasiya mənbəyi kimi balans hesabatları, bank-
ların digər xərc və gəlir hesabatları çıxış edir. Bankların etibarlı ol-
ması və problem yaranma təhlükəsi kimi başlıca indekator rolunda 
bankların  kapitalizasiya  səviyyəsi  hesab  olunur.  Bankın  özəl  ka-
pitalı  bəzi  aktivlərinin  dəyəri  dəyişdiyi  halada  onun  xərclərini 
ödəyir  və  öz  öhdəliklərini  yerinə  yetirməyə  imkan  yaradır.  Özəl 
kapitalın  həcmi  aktivlərin  riskliyindən  asılıdır.  Əgər  bank  iqtisa-
diyyatın sahələrini kreditləşdirirsə ona kapitalizasiyanın yüksək sə-
viyyəsi gərəkdir, çünki bu sahələrdə xarici təsirlə bağlı çoxlu dəyi-
ş
ikliklər  baş  verir.  Şübhəli  və  vaxtı  keçən  kreditlərin  səviyyəsi 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə