Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə52/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   48   49   50   51   52   53   54   55   ...   68

 
165
timallara  və  şoklara  hər  bir  stress  test  keçirilərkən  fərdi  qaydada 
baxılmalı və təsdiq edilməlidir. 
Bank  sferasında  diaqnostika  sistemı  tətbiq  olunur  və  4 
hissədən təşkil olunur: 
•  bankların qiymətləndirilməsinin reytinq sistemləri; 
•  maliyyə koeffisenti və qrup şəklində analiz sistemi; 
•  bank risklərinin qiymətləndirilməsinin kompleks sistemi; 
•  statistik modellər. 
Sistemlər əsasən kəmiyyət qiymətləndirilməsini və kompyu-
terlə  keyfiyyət  hesablarını  özündə  cəmləyir.  Bəzilərində  kompyu-
ter proqramları, bəzi halda isə ekspert rəyləri dominantlıq edir.  
Bankların  qiymətləndirilməsinin  reytiq  sistemləri.  Ilk 
ə
vvəl  bankların  reytinqi  onların  fəaliyyətlərinin  yerində  təhlili  ilə 
ə
laqəli  idi.  Hal  –  hazırda  isə  yanaşma  müəyyən  qədər  dəyişərək 
uzaqdan  monitorinq  metoduna  yaxınlaşıb.  Burada  subyektiv  qiy-
mətləndirmə  əsas  götürülür.  Reytinq  sistemi  bank  sferasının  cari 
vəziyyətini,  problemli  bankların  üzə  çıxardılmasına  imkan  verir. 
Bu  sistem  kon-kret  zaman  kəsiyinin  informasiyasına  əsaslanır. 
Uzaqdan monitorinq bir tərəfdən informasiya genişliyinə yol açırsa 
digər tərəfdən yerində olan informasiya ilə dəqiqliyini aşağı salır. 
Maliyyə koeffisentləri və qrup şəklində analiz. Məlumdur 
ki,  bankın  maliyyə  vəziyyətini  son  maliyyə  göstəricilər  toplusu 
müəyyən  edir.  Sonuncular  özündə  kapitalın  lazımı  səviyyədə  ol-
ması, aktivlərin keyfiyyəti, gəlirliyi və likvidliyi cəmləyir. Çoxsay-
lı koefifsentlər bu göstəricilərə aid olub bankların sistem ana-  liz 
ində  istifadə  edilir.  Sistem  üçün  informasiya  nəzarət  orqanlarının 
illik hesabat məlumatları əsasında daxil olur. Analizlərin nəticələri 
ayrı -ayrı kredit təşkilatlarının fəaliyyətinin müqayisəsinin forma-
laşması və ayrı-ayrı bank qruplarının maliyyə  fəaliyyəti kriteriya-
larının təyin olunması, eyni zamanda uyğun qrupun göstəricilərinə 
uyğun olmayan bankların müəyyən olunması üçün istifadə olunur. 
Qrup  şəklində  analiz  bank  qrupları  üçün  maliyyə  koeffisentlərinə 
ə
saslanır.  Nəzarətçi  müəyyən  edir  ki,  hansı  səviyyədə  ayrı-ayrı 


 
166
bankların  göstəricisi  analoji  banklardan  fərqlidir  və  bunun  səbəbi 
araşdırılır.  
Belə  sistemdə  qrupların  təşkili  aktivlərin  həcminə  (məsələn 
böyük və kiçik banklar), bazar seqmentinin spesifikasına (məsələn, 
yerli  kommersiya  bankları,  xarici  banklar,  investisiya  bankları) 
ə
saslanır. Bəzi sistemlər müqayisə üçün xüsusi qruplar yaratmağa 
imkan  verir.  (məsələn,  biznesin  istiqaməti  və  ya  konkret  reqional 
banklar). Belə yollarla göstəriciləri pisləşən banklar müəyyən olu-
nur. Qrup analizi həmçinin bütün bank sektorunda və ya onun ayrı-
ayrı seqmqntlərində tendensiyaların tədqiqində istifadə olunur. 
Bank  risklərinin  qiymətləndirilməsində  kompleks  sistem-
lər. Belə sistem çərçivəsində bütövlükdə kredit təşkilatının riskləri-
nin qiymətləndirilməsi baş verir. Kompleks  yanaşma riskin kəmiy-
yət  və  keyfiyyət  amillərinin  qiymətləndirilməsinə  imkan  yaradır. 
Bankın  vəziyyəti  haqqında  hərtərəfli  informasiya  alınması  üçün 
milli  və  xarici  nəzarət  orqanlarının  qarşılıqlı  fəaliyyəti  vacibdir. 
Bankın yoxlanılmasına çoxlu resurs və vaxt sərf edilir, lakin iri milli 
və  beynəlxalq  bankların  və  diversifikasiyalı  biznesi  olan  bank 
qruplarının qiymətləndirilməsi üçün rahatdır. 
Statistik modellər. Statistik modellərin əsas məqsədi bank-
ların gələcək vəziyyətini proqnozlaşdırmaq və vaxtında bank prob-
lemlərinin  diaqnostikasıdır.  Model  nəzarət  orqanları  tərəfindən 
bank  fəaliyyəti  haqqında  toplanmış  informasiyaları  risklərin  qiy-
mətləndirilməsi üçün istifadə edir. 
Siyasi risklər 
•  Idarəetmə  forması  və  siyasi  institutların  adaptasiya  dərə-
cəsi; 
•  Ölkənin idarəetməsində əhalinin geniş iştirak dərəcəsi; 
•  Iqtisadi  siyasi  məqsəd  və  məsələlər  üzrə  geniş  kon-
sesiumun olması; 
•  Qlobal maliyyə və ticarət sisteminə inteqrasiya dərəcəsi; 
•  Milli təhlükəsizliyin daxili və xarici gözləntiləri. 


 
167
Ə
hali  gəlirlərinin  strukturu  və  iqtisadiyyatın  struktur 
təşkili 
•  əhalinin gəlirlərinin səviyyəsi və hayat səviyyəsi; 
•  bazar və qeyri-bazar iqtisadiyyatı; 
•  resursların 
mövcudluğu  və  onların  diversifikasiya 
dərəcəsi. 
İ
qtisadiyyatın artım perspektivi 
•  Kapital qoyuluşu, əmanətlərin həcmi və strukturu; 
•  İqtisadiyyatın artım tempi və xarakteri. 
Büdcə vergi siyasətinin elastiklik dərəcəsi 
•  Milli  hökumətin  fiskal  siyasətinin  yekunu  və  büdcənin 
tarazlığı; 
•  Vergitutma 
sisteminin 
rəqabətliyi, 
vergitutmanın 
dərəcələrinin artımı sistemində elastiklik dərəcəsi; 
•  Dövlət xərclərinin artımına yol açan amillər. 
Dövlət borcu 
•  Milli hökumətin maliyyə aktivləri; 
•  Dövlət borcunun valyuta strukturu; 
•  Pensiyaların ödənilməsi üzrə dövlət öhdəlikləri; 
•  Bank sisteminin öhdəlikləri. 
Qiymətlərin stabilliyi 
•  Qiymət inflyasiyasının inkişaf tendensiyası; 
•  Pul kütləsinin artım tempi; 
•  Mazənnə siyasəti; 
•  Mərkəzi bankın suverenlik dərəcəsi. 
Tədiyyə balansıının elastikliyi 
•  Xarici  əməliyyatlar  hesabının  vəziyyətinə  büdcə  -  vergi 
və pul – kredit siyasətinin təsiri; 
•  Cari əməliyyatlar hesabının strukturu; 
•  Kapital axınının strukturu. 
Xarici borc və likvidlik 
•  Xarici dövlət borcunun valyuta quruluşu və həcmi; 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə