165
timallara və şoklara hər bir stress test keçirilərkən fərdi qaydada
baxılmalı və təsdiq edilməlidir.
Bank sferasında diaqnostika sistemı tətbiq olunur və 4
hissədən təşkil olunur:
• bankların qiymətləndirilməsinin reytinq sistemləri;
• maliyyə koeffisenti və qrup şəklində analiz sistemi;
• bank risklərinin qiymətləndirilməsinin kompleks sistemi;
• statistik modellər.
Sistemlər əsasən kəmiyyət qiymətləndirilməsini və kompyu-
terlə keyfiyyət hesablarını özündə cəmləyir. Bəzilərində kompyu-
ter proqramları, bəzi halda isə ekspert rəyləri dominantlıq edir.
Bankların qiymətləndirilməsinin reytiq sistemləri. Ilk
ə
vvəl bankların reytinqi onların fəaliyyətlərinin yerində təhlili ilə
ə
laqəli idi. Hal – hazırda isə yanaşma müəyyən qədər dəyişərək
uzaqdan monitorinq metoduna yaxınlaşıb. Burada subyektiv qiy-
mətləndirmə əsas götürülür. Reytinq sistemi bank sferasının cari
vəziyyətini, problemli bankların üzə çıxardılmasına imkan verir.
Bu sistem kon-kret zaman kəsiyinin informasiyasına əsaslanır.
Uzaqdan monitorinq bir tərəfdən informasiya genişliyinə yol açırsa
digər tərəfdən yerində olan informasiya ilə dəqiqliyini aşağı salır.
Maliyyə koeffisentləri və qrup şəklində analiz. Məlumdur
ki, bankın maliyyə vəziyyətini son maliyyə göstəricilər toplusu
müəyyən edir. Sonuncular özündə kapitalın lazımı səviyyədə ol-
ması, aktivlərin keyfiyyəti, gəlirliyi və likvidliyi cəmləyir. Çoxsay-
lı koefifsentlər bu göstəricilərə aid olub bankların sistem ana- liz
ində istifadə edilir. Sistem üçün informasiya nəzarət orqanlarının
illik hesabat məlumatları əsasında daxil olur. Analizlərin nəticələri
ayrı -ayrı kredit təşkilatlarının fəaliyyətinin müqayisəsinin forma-
laşması və ayrı-ayrı bank qruplarının maliyyə fəaliyyəti kriteriya-
larının təyin olunması, eyni zamanda uyğun qrupun göstəricilərinə
uyğun olmayan bankların müəyyən olunması üçün istifadə olunur.
Qrup şəklində analiz bank qrupları üçün maliyyə koeffisentlərinə
ə
saslanır. Nəzarətçi müəyyən edir ki, hansı səviyyədə ayrı-ayrı
166
bankların göstəricisi analoji banklardan fərqlidir və bunun səbəbi
araşdırılır.
Belə sistemdə qrupların təşkili aktivlərin həcminə (məsələn
böyük və kiçik banklar), bazar seqmentinin spesifikasına (məsələn,
yerli kommersiya bankları, xarici banklar, investisiya bankları)
ə
saslanır. Bəzi sistemlər müqayisə üçün xüsusi qruplar yaratmağa
imkan verir. (məsələn, biznesin istiqaməti və ya konkret reqional
banklar). Belə yollarla göstəriciləri pisləşən banklar müəyyən olu-
nur. Qrup analizi həmçinin bütün bank sektorunda və ya onun ayrı-
ayrı seqmqntlərində tendensiyaların tədqiqində istifadə olunur.
Bank risklərinin qiymətləndirilməsində kompleks sistem-
lər. Belə sistem çərçivəsində bütövlükdə kredit təşkilatının riskləri-
nin qiymətləndirilməsi baş verir. Kompleks yanaşma riskin kəmiy-
yət və keyfiyyət amillərinin qiymətləndirilməsinə imkan yaradır.
Bankın vəziyyəti haqqında hərtərəfli informasiya alınması üçün
milli və xarici nəzarət orqanlarının qarşılıqlı fəaliyyəti vacibdir.
Bankın yoxlanılmasına çoxlu resurs və vaxt sərf edilir, lakin iri milli
və beynəlxalq bankların və diversifikasiyalı biznesi olan bank
qruplarının qiymətləndirilməsi üçün rahatdır.
Statistik modellər. Statistik modellərin əsas məqsədi bank-
ların gələcək vəziyyətini proqnozlaşdırmaq və vaxtında bank prob-
lemlərinin diaqnostikasıdır. Model nəzarət orqanları tərəfindən
bank fəaliyyəti haqqında toplanmış informasiyaları risklərin qiy-
mətləndirilməsi üçün istifadə edir.
Siyasi risklər
• Idarəetmə forması və siyasi institutların adaptasiya dərə-
cəsi;
• Ölkənin idarəetməsində əhalinin geniş iştirak dərəcəsi;
• Iqtisadi siyasi məqsəd və məsələlər üzrə geniş kon-
sesiumun olması;
• Qlobal maliyyə və ticarət sisteminə inteqrasiya dərəcəsi;
• Milli təhlükəsizliyin daxili və xarici gözləntiləri.
167
Ə
hali gəlirlərinin strukturu və iqtisadiyyatın struktur
təşkili
• əhalinin gəlirlərinin səviyyəsi və hayat səviyyəsi;
• bazar və qeyri-bazar iqtisadiyyatı;
• resursların
mövcudluğu və onların diversifikasiya
dərəcəsi.
İ
qtisadiyyatın artım perspektivi
• Kapital qoyuluşu, əmanətlərin həcmi və strukturu;
• İqtisadiyyatın artım tempi və xarakteri.
Büdcə vergi siyasətinin elastiklik dərəcəsi
• Milli hökumətin fiskal siyasətinin yekunu və büdcənin
tarazlığı;
• Vergitutma
sisteminin
rəqabətliyi,
vergitutmanın
dərəcələrinin artımı sistemində elastiklik dərəcəsi;
• Dövlət xərclərinin artımına yol açan amillər.
Dövlət borcu
• Milli hökumətin maliyyə aktivləri;
• Dövlət borcunun valyuta strukturu;
• Pensiyaların ödənilməsi üzrə dövlət öhdəlikləri;
• Bank sisteminin öhdəlikləri.
Qiymətlərin stabilliyi
• Qiymət inflyasiyasının inkişaf tendensiyası;
• Pul kütləsinin artım tempi;
• Mazənnə siyasəti;
• Mərkəzi bankın suverenlik dərəcəsi.
Tədiyyə balansıının elastikliyi
• Xarici əməliyyatlar hesabının vəziyyətinə büdcə - vergi
və pul – kredit siyasətinin təsiri;
• Cari əməliyyatlar hesabının strukturu;
• Kapital axınının strukturu.
Xarici borc və likvidlik
• Xarici dövlət borcunun valyuta quruluşu və həcmi;
Dostları ilə paylaş: |