Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə53/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   49   50   51   52   53   54   55   56   ...   68

 
168
•  Dövlət zəmanətli öhdəliklərin həcmi; 
•  Dövlət borcunun ödəmə müddəti; 
•  Xarici aktiv və dövlət ehtiyatlarının quruluşu və həcmi; 
• 
Borcun ödənilməsi ilə bağlı tarixi faktlar (defoltların tarixi ). 
Bank risklərinin qiymətləndirilməsində kompleks sistem-
lər. Belə sistem çərçivəsində bütövlükdə kredit təşkilatının risklə-
rinin  qiymətləndirilməsi  baş  verir.  Kompleks  yanaşma  riskin  kə-
miyyət və keyfiyyət amillərinin qiymətləndirilməsinə imkan yara-
dır.  Bankın  vəziyyəti  haqqında  hərtərəfli  informasiya  alınması 
üçün  milli  və  xarici  nəzarət  orqanlarının  qarşılıqlı  fəaliyyəti 
vacibdir.  Bankın  yoxlanılmasına  çoxlu  resurs  və  vaxt  sərf  edilir, 
lakin iri milli və beynəlxalq bankların və diversifikasiyalı biznesi 
olan bank qruplarının qiymətləndirilməsi üçün rahatdır. 
Statistik modellər. Statistik modellərin əsas məqsədi bank-
ların gələcək vəziyyətini proqnozlaşdırmaq və vaxtında bank prob-
lemlərinin  diaqnostikasıdır.  Model  nəzarət  orqanları  tərəfindən 
bank  fəaliyyəti  haqqında  toplanmış  informasiyaları  risklərin 
qiymətləndirilməsi üçün istifadə edir. 
Modellər  yüksək  və  aşağı  müflisləşmə  dərəcələrinə  görə 
bankları  ayırd  edir.  Statistik  modellərlə  yanaşı  yuxarıda  qeyd 
etdiyimiz sistemlər arasında 2 əsas fərqlilik mövcuddur: 
1.
  Diqqət  əsasən  gələcəkdə  bankın  vəziyyətinin  pisləşmə-
sinə  gətirəcək  risklərin  müəyyən  olunmasında  cəmlənir.  Statistik 
model böhran və ya müflisləşmədən əvvəl riskli bankları ayırd et-
məyə cəhd edir ki, bu da onu digər sistemlərdən fərqləndirir. 
2.
  Model əsasən kəmiyyət metodlarından istifadə edir. Müx-
təlif amillərin təsiri hər bir varianta görə test olunur. Kəmiyyət öl-
çüləri hazırlanılır. 
Maliyyə  qeyri-stabilliyinin  3-cü  elementi  borc  böhranıdır. 
Onun da özünəməxsus siqnalları vardır. Burada dövlət borclanma-
sı  əsas  götürüləcək.  Borc  sferasının  diaqnostikası  məqsədi  ilə xü-
susi  agentliklər  mövcuddur  ki,  bunlar  əsasən  reytinq  sistemindən 
istifadə edirlər.  


 
169
Kredit  reytinqi  özü-özlüyündə  ölkə  defoltunu  işarə  verən 
kompleks indikatordur. Reytinq müəyyən edən agentliklər qiymətli 
kağızlar üzrə öhdəliklərə xüsusi diqqət yetirir. 
Ümumilikdə suveren reytinqin müəyyən olunma metodikası 
özündə bir neçə göstərici qruplarını cəmləyir: 
Siyasi risklər 
• 
Idarəetmə forması və siyasi institutların adaptasiya dərəcəsi 
• 
Ölkənin idarəetməsində əhalinin geniş iştirak dərəcəsi 
• 
Iqtisadi  siyasi  məqsəd  və  məsələlər  üzrə  geniş 
konsesiumun olması 
• 
Qlobal maliyyə və ticarət sisteminə inteqrasiya dərəcəsi 
• 
Milli təhlükəsizliyin daxili və xarici gözləntiləri 
Ə
hali  gəlirlərinin  strukturu  və  iqtisadiyyatın  struktur 
təşkili 
• 
ə
halinin gəlirlərinin səviyyəsi və hayat səviyyəsi 
• 
bazar və qeyri-bazar iqtisadiyyatı 
• 
resursların mövcudluğu və onların diversifikasiya dərəcəsi 
İ
qtisadiyyatın artım perspektivi 
• 
Kapital qoyuluşu, əmanətlərin həcmi və strukturu 
• 
Iqtisadiyyatın artım tempi və xarakteri 
Büdcə vergi siyasətinin elastiklik dərəcəsi 
• 
Milli hökumətin fiskal siyasətinin  yekunu və büdcənin 
tarazlığı 
• 
Vergitutma  sisteminin  rəqabətliyi,  vergitutmanın 
dərəcələrinin artımı sistemində elastiklik dərəcəsi 
• 
Dövlət xərclərinin artımına yol açan amillər 
Dövlət borcu 
• 
Milli hökumətin maliyyə aktivləri 
• 
Dövlət borcunun valyuta strukturu 
• 
Pensiyaların ödənilməsi üzrə dövlət öhdəlikləri 
• 
Bank sisteminin öhdəlikləri 
Qiymətlərin stabilliyi 
• 
Qiymət inflyasiyasının inkişaf tendensiyası 


 
170
• 
Pul kütləsinin artım tempi 
• 
Mazənnə siyasəti 
• 
Mərkəzi bankın suverenlik dərəcəsi 
Tədiyyə balansıının elastikliyi 
• 
Xarici əməliyyatlar hesabının vəziyyətinə büdcə - vergi 
və pul – kredit siyasətinin təsiri. 
• 
Cari əməliyyatlar hesabının strukturu 
• 
Kapital axınının strukturu 
Xarici borc və likvidlik 
• 
Xarici dövlət borcunun valyuta quruluşu və həcmi 
• 
Dövlət zəmanətli öhdəliklərin həcmi 
• 
Dövlət borcunun ödəmə müddəti 
• 
Xarici aktiv və dövlət ehtiyatlarının quruluşu və həcmi 
• 
Borcun ödənilməsi ilə bağlı tarixi faktlar (defoltların tarixi ) 
BVF- nun ekspertləri K. Mülderin və R. Parellinin 1998 –ci 
il emprik tədqiqatlarının nəticəsi göstərir ki, “Mudis” və “Standart 
End  Purs”  agentliklərinin  reytinq  fəaliyyəti  69  –  85  %  aşağıdakı 
indekatorlardan asılıdır: 
• 
Ixrac borcu 
• 
Defoltun tarixi 
• 
Büdcə defisiti 
• 
Istehsalın həcmi 
• 
Inflyasiyanın həcmi 
Qeyd  etmək  vacibdir  ki,  ölkənin  təhlükəli  sahəyə  keçidini 
göstərən sərt göstəricilər mövcud deyildir. S. Qlazyev 1996-cı ildə 
borc  təhlükəsizliyi  indekatorları  üçün  sərhəd  göstəricilərini  belə 
ayırd etmişdir. 
• 
Daxili borcun ÜDM –a nisbəti faizlə - 20%; 
• 
Dövlət  borcunun  ödənilməsinin  mərkəzi  hökumətin 
vergi gəlirlərinə faizlə nisbəti -25 %; 
• 
Xarici borcun ÜDM-a faizlə nisbəti-25 %; 
• 
Büdcə defisitinin maliyyələşməsində xarici borclanma-
30 %. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə