Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə47/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   43   44   45   46   47   48   49   50   ...   68

 
150
   Daxil  olan  məlumatın  daimi  monitorinqinin  və  məlumat 
bazalarının  formalaşmasının  həyata  keçirilməsi  risklərin  mümkün 
amillərini  və  inkişaf  ssenarilərini  daha  tam  nəzərə  almağa  imkan 
verir. Tarixi məlumatların böyük həcmi risklərin proqnoz-laş-dırıl-
ması  üzrə  statistik  üsullardan  istifadəni  mümkün  edir.  Proqnozun 
keyfiyyəti  daxil olan məlumatın keyfiyyəti ilə müəyyən edilir. Bu 
gün inkişaf  etmiş ölkələrin istifadəsi üçün iri həcmli statistik mə-
lumatlar  mövcuddur.  Lakin,  işləmənin  təhlili  məqsədilə  onların 
formalaşdırılması  metodikalarındakı  fərqləri  nəzərə  almaq  lazım-
dır.  İnkişaf  etmiş  ölkələr  üzrə  statistik  məlumatların  çatışmazlığı 
və onların formalaşması metodikalarında əhəmiyyətli kənarlaşma-
lar mövcuddur.  
   Xüsusi məsələ kimi indikatorların formalaşdırılması və ax-
tarışıdır ki, onların əsasında böhranların yaranması mümkünlüyünü 
qabaqcadan qiymətləndirmək olar. Böhran hadisələrinin proqnozu, 
maliyyə  bazarında  böhran  riskinin  həyata  keçməsi  mümkünlüyü-
nün qiymətləndirilməsi, risklərin və sabitliyin reytinqlərinin tərtibi, 
qiymətləndirmə  üzrə  başqa  kəmiyyət  üsullarının  istifadəsi  böh-
ranın  yaranması  ehtimalı  haqqında  erkən  xəbərdarlığın  forma-
laşdırılması  üçün  əsasdır,  bu  da  qabaqlayıcı  tədbirlər  görməyə 
imkan  verir.  Riskin  dərəcəsinin  qiymətləndirilməsindən  asılı  ola-
raq bu xəbərdarlıq sistemdaxili ola və ya müvafiq formada sistem-
dən kənarlaşdırıla bilər. İstənilən halda o, riskin amil və nəticə tə-
rəflərinin  sonrakı  dərin  tədqiqinə  və  böhran  əleyhinə  tədbirlərin 
işlənib hazırlanmasına təkan verir.  
  Monitorinq,  proqnozlaşdırma,  tendensiyaların  (meyllərin) 
təhlili kimi prinsiplər bu gün  istifadə olunan erkən qarşısını alma 
sistemlərində  əsasdır.  Daxil  olan  məlumatın  tematika  spektoru 
geniş  olmalı,  təhlükə  və  risklərin  mənbəyi  olan  bütün  sahələri 
ə
hatə etməlidir. Qloballaşan dünyada iqtisadi və maliyyə sistemləri 
istənilən mənfi hadisələrə (əsas faiz dərəcələrinin dəyişməsi, milli 
tətillər,  təbii  faciələr  və  fəlakətlər)  qarşı  olduqca  həssas  oldu-
ğ
undan   ənənəvi məlumatlarla birlikdə həmçinin böhranların qar-
ş
ısının  alınması  üzrə  digər  sistemlərin  məlumatlarının  təhlili  çox 


 
151
mühüm  bir  zərurətə  çevrilir.  Erkən  qarşısının  alma  tədbiri  kimi 
yalnız  mürəkkəb  riyazi  modellərin  hesablanması  nəticələri  deyil, 
həmçinin  ekspertlərin  fikirləri,  elmi  nəşrlər  və  hətta  qabaqcadan 
xəbər  vermələr  də  çıxış  edə  bilər.  Lakin  maliyyə  bazarında 
böhranların QAS çərçivəsində onlar standart proseduradan keçməli 
-  müfəssəl  təhlil  olunmalıdır,  və  onlar  üçün  böhran  əleyhinə 
tədbirlər işlənib hazırlanmalıdır. 
  Təhlili  istiqamət  çərçivəsində  risklərin  keyfiyyət  gös-
təricilərini  və  kompleks  parametrlərini  qiymətləndirməyə  imkan 
verən    prinsiplər  qruplaşdırılmışdır.  Bu  siyasi,  institusional    və 
qanunverici  riskləri,  işgüzar  mühiti,  biznes-etikanı  və  digər  əhə-
miyyətli  keyfiyyət  göstəricilərini  nəzərə  almağa  imkan  verir  ki, 
hansılar    müvafiq  işlənmədən  sonra  müxtəlif  növ  əmsalların, 
reytinqlərin və digər vasitələrin köməyilə təqdim olunur. 
  Təhlükələrin  və  onlar  tərəfindən  yaradılan  risklər  müx-
təlifliyi,  iqtisadi  mühitin  daima  dəyişilməsi  və  qloballaşan  dünya 
iqtisadiyyatında  qarşılıqlı  əlaqələrin  güclənməsi  risklərin  qiymət-
ləndirilməsi  prosesinə  və  onların  təhlili  üçün  geniş  instrumen-
tarinin (vasitələr dəstinin) mövcudluğuna qarşı yüksək tələblər irəli 
sürürlər. Müşahidə olunan risklər təhlil olunur və proqnozlaşdırılır, 
ziyanın  səviyyəsini  qiymətləndirməyə  icazə  verirlər.  Qarşısının 
alınması  erkən  qarşısını  alma  tədbirlərinin  istifadə  edilə  biləcəyi 
tez  inkişaf  edən,  proqnozlaşdırılmayan,  müşahidə  edilməyən  və 
gizli  risklərin  təhlili  üçün  xüsusiləşdirilmiş  üsulların  işlənib 
hazırlanması tələb olunur. Həmçinin nizamlayıcı orqanlarla, bazar 
iqtisadiyyatının  subyektlərilə,  xarici  investorlarla  və  maliyyə 
bazarında  böhran riskinin yığılmış amillərinin  dərk edilməsi üzrə  
psixoloji  mexanizmləri  formalaşdıran  informasiya  mühiti  ilə 
ə
laqəli  olan  risk  mənbələrinin  xüsusiyyətlərinin  nəzərə  alınması 
tələb olunur. 
Böhran baş verdikdə mümkün olan zərərin həcmini müəyyən 
etməyə  icazə  verən  əsas  prinsiplərdən  biri  riskin  mümkün  həyata 
keçmə  ssenarilərinin  işlənməsidir.  Ssenari  yanaşma  məlumatın 
təqdim edilməsi və təhlili üzrə obyekt-yönümlü üsullar sinfinə aid 
edilir.  Bu  yanaşmanın  əsası  kimi    onların  daha  mümkün  inkişaf 


 
152
ssenarilərinin ayrılması yolu ilə böhran şəraitində iqtisadi subyekt-
lərin,  istər  dövlət,  müəssisə  və  ya  bütövlükdə  iqtisadi  və  maliyyə 
sisteminin  davranışının  proqnozlaşdırılması  mümkünlüyü  çıxış 
edir.  Ssenarilərinin  sonrakı  təhlili  böhran  əleyhinə  proqramların 
seçimi  və  həyata  keçirilməsi  və  böhranların  fəsadlarının  aradan 
qaldırılması zamanı çox saylı idarəetmə qərarlarının effektivliyini 
qiymətləndirməyə və onları uyğunlaşdırmağa imkan verir.   
  Beləliklə, inkişafın ssenarisi böhranların qarşısının alınması 
sisteminin  məqsədlərinin  müəyyənləşdirilməsi  ilə  müxtəlif  növ 
risklərin həyata keçməsi zamanı cəmiyyətin və iqtisadi subyektlə-
rin  reaksiyaya  hazırlığını  təmin  edən  tədbirlər  kompleksinin  for-
malaşdırılması  mərhələlərini  birləşdirən  mühüm  hissədir.  Sistem 
yanaşma  nöqteyi-nəzərindən  ssenari  yanaşma  metodologiyasının 
istifadəsi  maliyyə  bazarlarının  və  onların  iştirakçılarının,  onların 
məqsədləri, quruluşu və hərəkət proqramları haqqında məlumatlara 
ə
saslanaraq,  inkişaf  trayektoriyasını  qurmağa  və  risklərin  həyata 
keçməsi  nəticəsində  mümkün  zərərin  həcmini  qiymətləndirməyə 
imkan verir. Bir çox ssenarilərə əsaslanan və optimallaşdırma nəti-
cəsində  alınan  böhranların  ehtimal  olunan  inkişafı  variantları  tam 
uyğun  olub  təbii,  texnogen,  sosial-iqtisadi  şəraitin  dəyişikliklərilə 
birlikdə çevik surətdə dəyişə bilir, bu da idarə edən tərəfin ehtiyat-
larının məhdudluğu və qloballaşan iqtisadiyyat şəraitində risklərin 
çox amilli olması şəraitində çox vacibdir.    
Sarsıntıların test  yoxlaması iqtisadi obyektin əsas risk amil-
lərinə  qarşı  həssaslığını  müəyyən  etməyə  imkan  verən  ssenari 
planlaşdırma  çərçivəsində  ən  ucuz  üsuldur.  Böhran  hadisələrinin 
yaranma  ehtimalı  və  mümkün  zərər  səviyyəsi  haqqında  xəbərdar-
lığın  formalaşdırılması  effektiv  qabaqlayıcı  hərəkətlərin  təşkili 
üçün əsas kimi çıxış edir. 
  Dördüncü  texnoloji  istiqamətdə  risklər  həyata  keçdikdə 
reaksiyaya hazırlığın təmin olunmasına görə cavab verən maliyyə 
bazarında  böhranların  qarşısının  alınması  sisteminin  qurulma  və 
fəaliyyət  prinsipləri  qruplaşdırılmışdır.  Sistemin  xüsusiyyəti  vax-
tında qarşısını almanın təmin olunmasıdır ki, hansı özündən sonra 
zərərin  vurulması  ehtimalının  azaldılması  məqsədilə  risk  qrupları 
və  məsul  orqanlar  tərəfindən  görülən  müvafiq  tədbirlərin  həyata 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə