Microsoft Word antibohran-vidadi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə41/68
tarix20.09.2018
ölçüsü1,67 Mb.
#69653
1   ...   37   38   39   40   41   42   43   44   ...   68

 
132
baxımından  inkişaf  etməsinə  baxmayaraq  oxşar  cəhətləri  çoxdur. 
Ölkənin və dünya ictimaiyyətinin sabit sosial-iqtisadi inkişafı ətraf 
mühitin  vəziyyətinə  görə  narahatlığa  və  gələcək  nəsillər  üçün 
ehtiyat bazasının müdafiəsi zəruriliyinə əsaslanır. BMT-nin İnkişaf 
proqramı  ilə  işlənib  hazırlanmış  bu  konsepsiya  inkişaf  edən 
ölkələrdə  yoxsulluğun  və  ətraf  mühitin  çirklənməsinin  artmasına 
bir  növ  cavab  olmuşdur
118
.    QXS  daha  məhdud  vəzifələri  yerinə 
yetirir və sabit inkişaf prosesinin bir hissəsidir. Erkən qarşısını al-
ma sistemi bilavasitə təhlükə yarandıqdan sonra iş düşə bilər,  sabit 
sosial-iqtisadi inkişafın həyata keçirilməsi siyasəti isə tədricən apa-
rılır. Sabit inkişafın məqsədlərinə o cümlədən QXS ilə olduğu kimi 
cari  vəziyyətin  yalnız  qorunub  saxlanılması  deyil,  həmçinin  onun 
yaxşılaşdırılması daxildir.  
QXS  təhlükələrə  əks  təsir  göstərmək  və  zərərin  azaldılması 
məqsədilə  hökumət  və  rəsmi  strukturların  böhranların  potensial 
riskləri haqqında xəbərdarlığı zəruriliyinə əsaslanır. Sistem cəmiy-
yəti  o  cümlədən  maliyyə  bazarında  böhranın  yaranma  təhlükəsini 
dəf etmək üçün hazır vəziyyətdə saxlamalıdır. QXS inkişaf yolun-
da  risklərlə  bağlı  maneələri  müəyyənləşdirib  aradan  qaldırmağa 
kömək edir, həmçinin hökumətin ölkənin sabit sosial-iqtisadi inki-
ş
afı planlarının həyata keçirilməsi sahəsində işinin mühüm hissəsi-
dir. Xərclərin azaldılması nöqteyi-nəzərindən bu valyuta və maliy-
yə  sahəsində  böhranların  yaranması  üzrə  potensial  təhlükələrə 
reaksiyanın  və  onlarla  mübarizənin  effektiv  üsuludur.  Təhlükələr 
zərərin vurulması və ehtiyatların böhranların və fəlakətlərin nəticə-
lərinin  aradan  qaldırılmasına  ayrılması  səbəbindən  cəmiyyəti  geri 
sala biləcək çox böyük mənfi potensiala malikdirlər. Sabit inkişa-
fın  perspektivi  əsasən  müxtəlif  risklərin  erkən  qarşısının  alınması 
üzrə bir çox sistemlərin effektivliyindən asılıdır.  
                                                 
118
 Lopes C. Sustainable development: meeting the challenges of the millennium 
/  Choices.  Mobilizing  actions  for  sustainable  development/  -  UNDP.  World 
summit on sustainable development, 2002. – S. 7/  


 
133
Sabit inkişaf prosesinin tərkib hissəsi olan QXS-nin məqsədi 
sosial-iqtisadi sahədə müsbət nəticələrin uzun müddətə təminatın-
dan və dəstəklənməsindən ibarətdir. Sabit inkişaf siyasətini həyata 
keçirən cəmiyyət daima təbii və antropogen böhranlardan müdafiə 
axtarışındadır.  Həmin  cəmiyyətdə  müxtəlif  növ  təhlükələrin  ehti-
mal olunan nəticələrinin azaldılması yolu ilə onun gücləndirilməsi-
nə səbəb olan mexanizmlər işləyir. QXS isə həmin təhlükələrin öh-
dəsindən daha yaxşı gəlməyə kömək edir. Beləliklə, QXS məqsədi 
qloballaşma  şəraitində  cəmiyyətin  sabit  inkişafının  təminatı  olan 
daha ümumi sistemin alt sistemidir. Bu səbəbdən sistem yanaşma 
baxımından bu iyerarxiya tabeliyi tabe olunmuş sistem qarşısında 
duran məqsəd və vəzifələrin prioritetlərini müəyyən edir. QXS fəa-
liyyətinin bir neçə variantı olduqda sabit inkişaf məqsədlərinə daha 
yaxşı  cavab  verən  varianta  üstünlük  verilir.  Bu  müddəa  həmçinin 
maliyyə bazarında böhranların qarşısının alınması sisteminə aid ol-
malıdır.  
Maliyyə  bazarında  böhranların  qarşısının  alınması  prosesin-
də  təyinedici  hissə  həmin  sistemin  istiqamətləndiyi  təhlükələrin 
təsviridir. Bu gün fəlakət riskinin demək olar ki hər bir növü üçün 
müəyyənləşdirilməsi və qarşısının alınması üzrə müvafiq sistem və 
ya  metodika  hazırlanmışdır.  Təhlükələr  və  risklər  zamanla  yalnız 
gücünə, tezliyinə, yaranma yerinə, müddətinə görə deyil, həmçinin 
nəticələrin  əhəmiyyətinə  görə  dəyişə  bilərlər.  Cəmiyyət  bəzi 
müəyyən risklərlə mübarizə aparmağın yolunu öyrənib, digər risk-
lərə isə yalnız onların yaranması yaxud  zəncirvarı yayılma reaksi-
yası nəticəsində zərər  yaşadıqda diqqət yetirir. Məsələn, BMT hi-
mayəsi altında təbii fəlakətlərin erkən qarşısının alınması proqramı 
həyata  keçirilmişdir  və  çox  sayda  insan  qurbanlarına,  Tailandın, 
Hindistanın, İndoneziyanın, Şri-Lankanın sahil xəttinin dağılması-
na,  sığorta  və  turizm  şirkətlərinin  böyük  zərərinə  və  bazar  dəyiş-
mələrinə səbəb olmuş 25 dekabr 2005-ci ilin hadisələrindən sonra 


 
134
Asiya-Sakit okean regionunda sunaminin erkən qarşısının alınması 
sistemi yaradılmışdır
119
.      
Böhranın  yaranma  riskinin  dərəcəsinin  müəyyənləşdirilmə-
sini sosial-iqtisadi şəraitin və ətraf mühitin tədricən dəyişməsi kimi 
amili  çətinləşdirir.  Həmin  dəyişikliklərin  böhran  mərhələsinə  nə 
vaxt keçəcəyini anlamaq çətindir, çünki kəskinləşmənin yaranma-
sını  təsdiqləyən  göstəricilərin  hədd  qiymətlərini  müəyyən  etmək 
həmçinin  çətindir.  Bu  səbəbdən  belə  halda  QXS  yaradılması  zə-
ruridir, çünki mənfi dəyişikliklərin yığılması üzün müddətli dövrdə 
böhranın  yaranması  riskinin  amillərinə  təsir  göstərir  və  böhranın 
daha  dağıdıcı  miqyaslarına  və  nəticələrinə  gətirib  çıxarda  və  tez 
inkişaf edən böhran hadisələrilə müqayisədə daha çox vəsait tələb 
edə  bilər.  Lakin  gözlənilmədən  yaranmış  böhran  təhlükəsi  qə-
rarların qəbulu üçün az vaxt verir.  
Böhranların  yaranma  riskinin  həyata  keçmə  sürəti  maliyyə 
bazarında  böhranların  qarşısının  alınması  metodikasına  mühüm 
təsir  göstərir.  Yığılan  iqtisadi  inkişafla  bağlı  uyğunsuzluqlar,  ma-
liyyə  bazarlarının  gərginliyi  və  iqtisadiyyat  və  maliyyə  sahəsində 
olan və çox sürətli olmağa qədər risklərin həyata keçmə sürəti ilə 
xarakterizə olunan digər mənfi hadisələr QXS ən münasib işi üçün 
kifayət  sayda  erkən  qarşısını  alma  siqnallarının  daxil  olmasını 
təmin edir və qabaqlayıcı tədbirlər görməklə risklərin amil tərəfinə 
təsir  etməyə  imkan  verirlər.  Mənfi  məlumat,  kapital  axınlarının 
istiqamət  dəyişikliklərinə  təsir  göstərən  investorların  meyllərinin 
kəskin dəyişməsi qiymətlərin aşağı düşməsində ifadə olunan bazar 
riskinin praktiki olaraq dərhal həyata keçməsinə səbəb olur.  
Keçid dövrünə aid iqtisadiyyata malik ölkələr üçün dünyada 
toplanmış böhran təcrübəsinin nəzərə alınması vacibliyini qiymət-
ləndirən  V.Popov  və  M.Montes  qeyd  etdilər  ki,  həmin  təcrübə 
yalnız  böhranı  yaşayan  ölkə  üçün  maraqlı  ola  bilər,  çünki  qalan 
                                                 
119
 UN launches plans for global early warning system on natural disasters. UN 
News  Service.  19  January,  2005;  Юго-Восточная  Азия:  год  после  смерти  // 
Росбалт
. – 2005. – 27 дек.  


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə